Ramil Həsən
Ramil Həsən | |
---|---|
Vəzifədədir | |
10 mart 2020-ci ildən | |
Seçki dairəsi | VI çağırış — 91 saylı Ucar VII çağırış — 94 saylı Ucar |
16 iyul 2014 – 3 iyul 2018 | |
Əvvəlki | Xəlil Axıncı |
Sonrakı | Bağdad Amreyev |
29 sentyabr 2009 – 1 oktyabr 2013 | |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Jandos Asanov |
2005 – 2011 | |
Əvvəlki | Siyavuş Novruzov |
Sonrakı | Seymur Orucov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 23 sentyabr 1978[1] (46 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, səfir |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Ramil Sahib oğlu Həsən (Həsənov) (23 sentyabr 1978[1], Qafan rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin VI və VII çağırış deputatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sabiq baş katibi, Türkdilli Dövlətlərin Parlament Assambleyasının sabiq baş katibi, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sabiq sədri, Müşfiqabad bələdiyyəsinin sabiq sədr müavini.
Həyatı
[redaktə | mənbəni redaktə et]Ramil Həsən 23 sentyabr 1978-ci ildə Ermənistan Sovet Sosialist Respublikasının Qafan rayonunda anadan olmuşdur. Ramil Həsən Bakı Dövlət Universitetinin Tarix fakültəsinin bakalavr pilləsini və Beynəlxalq münasibətlərin tarixi ixtisası üzrə magistr pilləsini bitirmişdir. Birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinə malikdir.
Evlidir, 2 övladı var. İngilis və rus dillərini bilir.
İctimai-siyasi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Ramil Həsən 23 dekabr 1999-cu ildə keçirilmiş ilk bələdiyyə seçkilərində Müşfiqabad qəsəbə bələdiyyəsinin üzvü seçilmiş, 2001-ci ilədək bələdiyyənin sədr müavini olmuşdur.
Ramil Həsən 2002–2009-cu illərdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin idarə rəisi olmuşdur. Ramil Həsən 29 sentyabr 2009-cu il tarixindən 1 oktyabr 2013-cü il tarixinədək Türkdilli Dövlətlərin Parlament Assambleyasının baş katibi,[2] diplomatik missiya rəhbəri, 2014–2018-ci illərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi, diplomatik missiya rəhbəri vəzifələrində çalışmışdır.
Ramil Həsən 9 fevral 2020-ci ildə keçirilmiş növbədənkənar seçkilərdə 91 saylı Ucar seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizəd olmuşdur.[3] O, seçkilərdə 8387 səs[4] və ya ümumi səslərin %52,2-ni toplayaraq[5] deputat seçilmişdir. Hal-hazırda Ramil Həsən Milli Məclisin Gənclər və idman komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. İspaniya, İtaliya, Qətər, Moldova, Özbəkistan, Rumıniya, Türkiyə, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Ramil Həsən 2005-ci ildə Siyavuş Novruzovun ardınca Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin 2-ci sədri seçilmişdir. O, bu vəzifəni 2011-ci ilədək daşımışdır.[2]
2024-cü il oktyabrın 8-də Azərbaycan - Nepal parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[6]
Mükafatları
[redaktə | mənbəni redaktə et]Ramil Həsən Krans Montana Forumunun qızıl medalı ilə təltif edilmişdir.
Mənbə
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 https://www.turkkon.org/tr/eski-genel-sekreterler.
- ↑ 1 2 "Arxivlənmiş surət". 2022-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-25.
- ↑ "Arxivlənmiş surət". 2022-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-25.
- ↑ "Arxivlənmiş surət". 2022-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-25.
- ↑ "Arxivlənmiş surət". 2020-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-25.
- ↑ "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI". Apa.az (az.). 2024-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-22.
- 23 sentyabrda doğulanlar
- 1978-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Qafan rayonunda doğulanlar
- Yeni Azərbaycan Partiyasının üzvləri
- Bakı Dövlət Universitetinin Tarix fakültəsinin məzunları
- "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan Milli Məclisinin VI çağırış deputatları
- Azərbaycan bələdiyyələrinin üzvləri
- Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədrləri