Qvyudni Torlasius Youhannesson
Qvyudni Torlasius Youhannesson | |
---|---|
isl. Guðni Thorlacius Jóhannesson | |
İslandiyanın Prezidenti | |
1 avqust 2016 – h.h | |
Əvvəlki | Oulavyur Raqnar Qrimsson |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Reykyavik, İslandiya |
Təhsili | |
Fəaliyyəti | tarixçi, universitet müəllimi[d], tərcüməçi, siyasətçi |
Həyat yoldaşı |
|
Uşağı | 5 |
gudnith.is | |
Vikianbarda əlaqəli mediafayllar |
Qvyudni Torlasius Youhannesson (isl. Guðni Thorlacius Jóhannesson; 26 iyun 1968[1][2][…], Reykyavik) — İslandiyanın hazırkı Prezidenti olan island tarixçi.
Tarixçi olan Qvyudni 2016-cı ildə prezidentliyə namizədliyini irəli sürməzdən əvvəl İslandiya Universitetində dosent idi. Tədqiqat sahəsinə müasir İslandiya tarixi, Treska döyüşləri, 2008–2011-ci illər İslandiya maliyyə böhranı və İslandiya prezidentliyi və digər mövzular daxildir.
Həyatı
[redaktə | mənbəni redaktə et]Qvyudni müəllim və jurnalist Marqret Torlasius və idman təlimçisi Yohannes Somundssonun oğludur. Qardaşı Patrekur Yohannesson İslandiya həndbol milli komandasının oyunçusu olub. Qvyudni gəncliyində həm İslandiyada, həm də İngiltərədə həndbol oynadı.[3]
Qvyudni 1987-ci ildə Reykyavikin mərkəzində yerləşən kiçik kollec olan Reykyavik Uşaq Kollecindən məzun oldu. RUK-də təhsil alarkən azyaşlı kolleci tələbələri üçün təşkil edilən və viktorina şousu olan "Gettu betur"-da yarışdı. 1991-ci ildə İngiltərədəki Vorvik Universitetində tarix və siyasi elmlər üzrə bakalavr dərəcəsi, 1997-ci ildə isə İslandiya Universitetində tarix üzrə magistr dərəcəsi aldı. Universitetdə alman və rus dillərini mükəmməl öyrənmişdir. 1999-cu ildə Oksford Universitetinin Sent-Entoni Kollecində tarix üzrə magistr dərəcəsi aldı. 2003-cü ildə London Kraliça Meri Universitetindən tarix elmləri namizədi olmuşdur.[4]
Qvyudni özünü heç bir dinin mənsubu hesab etmir, lakin katolik inanclı ailədə böyüdü. Rahiblərin sui-istifadə hallarına dair xəbərlərə gecikmiş və səssiz cavab verilməsi səbəbindən Katolik kilsəsini tərk etdi. Onun şüarı Ümumdünya İnsan Haqları Bəyannaməsidir: "İnsanlar azad olaraq doğulur, ləyaqət və hüquqlar baxımından bərabərdir. İnsanlar ağıl və vicdana sahibdirlər və bir-birlərilə qardaşlıq ruhunda hərəkət etməlidirlər".[5]
Qvyudni müəllim və jurnalist Marqret Torlasius və bədən tərbiyəsi müəllimi və məşqçisi Yohannes Somundssonun oğludur. Atası 42 yaşında xərçəng xəstəlikdən vəfat etdi. Patrekur və sistem analitiki olan Yohannes adlı iki qardaşı var.[5]
Qvyudni 2004-cü ildə kanadalı Eliza Rid ilə evləndi və dörd övladı var. İngiltərədə oxuyarkən tanış olan cütlük 2003-cü ildə İslandiyaya köçdü. Rid Qvyudni vəzifəyə and içdikdən sonra İslandiyanın birinci xanımı oldu. Qvyudninin öncəki evlilikdən bir qızı da var.
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Qvyudni İslandiya Universitetində, Bifröst Universitetində və London Universitetində müəllim olaraq çalışmışdır. Prezidentliyə namizəd olarkən İslandiya Universitetində tarix üzrə baş müəllim olaraq çalışırdı. Tədqiqat sahəsi Treska döyüşləri, 2008–2011 İslandiya maliyyə böhranı və İslandiya prezidentliyi də daxil olmaqla haqqında bir sıra əsərlər nəşr etdirdiyi müasir İslandiya tarixidir. Qunnar Toroddsenin tərcümeyi-halı və Kristyan Eldyarnın prezidentliyi haqqında bir kitab yazmışdır. 1992–1997-ci illərdə Stiven Kinqin dörd əsərini island dilinə tərcümə etdi. 2011–2015-ci illərdə İslandiya tarixi cəmiyyəti "Sögufélag"-ın prezidenti idi.[6]
Prezidentliyə namizədliyi
[redaktə | mənbəni redaktə et]Qvyudni 5 may 2016-cı ildə prezidentliyə namizəd olmağa qərar verdi. Namizədliyindən əvvəl, İslandiyanın Baş naziri Ziqmundur Devid Qunnlauqssonun qalmaqal yaradan Panama sənədlərinin dərc edilməsindən sonra şərh və tarixi kontekst vermək üçün televiziyada tez-tez çıxış edirdi. İslandiya prezidentliyi üzrə alim olan Qvyudni canlı efirdə hazırkı Prezident Oulavyur Raqnar Qrimsson və digər İslandiya siyasətçiləri üçün mövcud fərziyyələri açıqladı. Televiziya çıxışlarından sonra, Qvyudninin prezidentliyə namizəd olması üçün çağırışlar oldu.[7]
Onun platforması Konstitusiyada vətəndaş təşəbbüsü referendumu müddəasının dəstəklənməsini əhatə edirdi. Erkən anketlər ona əhəmiyyətli ölçüdə dəstəyin olduğunu göstərdi və Prezident Oulavyur Raqnar Qrimssonun seçkilərdə iştirak etməmək qərarından sonra Qvyudni müxtəlif anketlərdə populyarlığını daha da artırdı, bu da onu 67% ilə 69%-ə qədər digər rəqiblərdən xeyli qabaqda olmasından qaynaqlanırdı. Qvyudni 39.1% səs toplayaraq 25 iyun tarixində Prezident seçildi.[8]
Qvyudni İslandiyanın heç bir siyasi partiyasına üzv deyil. Partiyasızlıq səbəbini sələfindən "daha az siyasi prezident" olmaq istəməsi ilə görür. Qvyudni kiçik millət üçün birliyin vacibliyini vurğulayır.[9]
Prezident fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Qvyudni 1 avqust 2016-cı ildə İslandiya Prezidenti olaraq vəzifəyə başladı. 48 yaşında İslandiyanın ən gənc prezidenti oldu. Təxminən bir ay sonra, Qvyudni anketlərdə 68.6% təsdiq reytinqinə sahib oldu və bu sorğu 2011-ci ildə anketin qurulduğu gündən bu yana İslandiya prezidenti üçün ən yüksək qiymətləndirmə reytinqi idi. 29 oktyabr 2016-cı il tarixində İslandiyada keçirilən parlament seçkilərinin sonunda heç bir koalisiya çoxluq təşkil edə bilmədi. Danışıqlar çətin keçdi, çünki heç bir seçkiqabağı koalisiya çoxluğu qazana bilməmişdir və mümkün olan bütün çoxluq koalisiyalarında fərqli siyasi mövqeləri olan partiyalar var idi. 2016-cı ilin dekabr ayında Qvyudni 97% təsdiq reytinqinə sahib idi. İslandiyalı siyasətçilər üçün belə yüksək reytinq əlçatan deyildi. 2019-cu ilin aprel ayındakı anketdə mövqe tutan siyasətçilər arasında təsdiq reytinqi 93.5% oldu.[7]
Qvyudni 2017-ci ilin fevral ayında zarafatla ananaslı pizzanı qadağan edəcəyinə söz verərkən beynəlxalq diqqəti özünə cəlb etdi.[10]
Qohumluq əlaqələri
[redaktə | mənbəni redaktə et]Qvyudni uzaqdan ABŞ-nin keçmiş Prezidenti Barak Obama ilə qohumdur: Obama onun 8-ci nəsildən 24-cü əmisi oğludur. Əlaqə Obamanın şotland köklərindən qaynaqlanır, lakin demək olar ki, bütün islandlılar piskopos Qottskalk Qrimmi Nikulassonun soyundan gəldikləri üçün islandların hamısı Obamaya uzaqdan qohumdurlar. Qvyudni Norveç Kralı V Hakon və ABŞ-nin keçmiş Prezidenti Donald Trampla da qohumdur.[11]
Nişanları
[redaktə | mənbəni redaktə et]Milli nişanları
[redaktə | mənbəni redaktə et]Xarici nişanları
[redaktə | mənbəni redaktə et]- "Fil" ordeni (24 yanvar 2017)[12]
- "Müqəddəs Olaf" ordeni (21 mart 2017)[13]
- "Finlandiyanın Ağ Qızılgül" ordeni (31 may 2017)[14]
- "Serafim" ordeni (17 yanvar 2018)[15]
- "Üç Ulduz" ordeni (16 noyabr 2018)[16]
- "Almaniya Federativ Respublikasının Şərəf" ordeni (12 iyun 2019)
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 7 https://ugla.hi.is/pub/hi/simaskra/cv_en/c8861dcbb1a1.pdf.
- ↑ Guðni Thorlacius Jóhannesson // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ "Arxivlənmiş surət". 2019-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-07.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2020-06-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-10-07.
- ↑ 1 2 "Arxivlənmiş surət". 2016-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-07.
- ↑ "Arxivlənmiş surət". 2019-06-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-10-07.
- ↑ 1 2 "Arxivlənmiş surət". 2022-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-07.
- ↑ "Arxivlənmiş surət". 2016-09-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-10-07.
- ↑ https://www.ft.com/cms/s/0/b0e6d824-3b93-11e6-8716-a4a71e8140b0.html#axzz4ChWL9O9n
- ↑ "Arxivlənmiş surət". 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-07.
- ↑ https://iformcelandmonitor.mbl.is/news/culture_and_living/2017/01/24/donald_trump_is_related_to_most_icelanders_and_dani[ölü keçid]
- ↑ "Arxivlənmiş surət". 2018-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-07.
- ↑ "Arxivlənmiş surət". 2017-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-07.
- ↑ "Arxivlənmiş surət". 2018-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-07.
- ↑ "Arxivlənmiş surət". 2019-04-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-10-07.
- ↑ "Arxivlənmiş surət". 2019-05-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-10-07.