Qusar (hərb)
Qusar (macar. Huszár) — yüngül atlılar. Qusarların yüngül atlı olması onların xeyli kiçik at növlərindən istifadələrindən irəli gəlirdi. Kiçik atlar bəzən ağır atlardan 3 dəfə yüngül olurdular. Bu isə süvari qoşunu xüsusi furaj hazırlıqlarından azad edirdi, çünki yüngül atlar çox vaxt otlaqdan qidalanırdı. Qusarlar ilk olaraq XV-cı əsrdə Macarıstanda yaranıb. O zaman Avropada odlu silah hələ yayılmamışdı, cəngavərlərin ağır zirehlərindən hər kəs yararlana bilmirdilər. Qusarlar, kirasir və draqunlarla birlikdə cəngavərləri uğurla əvəz etməyə başladı. 1458-ci ildə macar kralı Matyaş Korvin tərəfindən hər 20 həyətdən bir qusar verilməsini əmr edir. Qusarlar yüngül süvarilər sayılsalar da qismən zirehli idilər. Onlar macar qalxanı (tarç) ilə müdafiə olunurdular, qılınc və xəncərlərdən istifadə edirdilər. Öz inkişafının ən yüksək mərhələsini qusarlar Polşada keçdi. 1576-cı ildə Polşa kralı Stefan Batori macar qalxanını zirehli kirasaya dəyişdi. Qolçaqlar mütləq atributa çevrildi, ancaq bunu hər qusar ala bilmirdi. Öz hesabına təchiz edilən qusarların geyimləri müxtəlif olurdu. Bəzən yoxsullaşmış zadəganların - şlyaxtanın yaxşı ekipi üçün pulu çatmırdı, buna görə də onların himayədarları(yoldaşlar) olurdu. Yoldaşlar öz pullarına onları ekiplə təmin edirdilər, və bəzi imtiyazlara malik idilər. Qusarlar artıq odlu silahdan fitilli tapançalardan və tüfənglərdən istifadə etməyə başladılar. Qanadlı polyak qusarları bütün Avropaya məşhur idi. 1682-ci ildə Vyana civarında döyüşdə osmanlıların darmadağın edilməsində Yan Sobeskinin qusar qoşununun böyük rolu olmuşdur. XVIII-ci əsrdə kavaleriya islahatçısı kimi Prusiya kralı II Fridrix və onun qenerallarından biri F. Zeydliz məşhurlaşdılar. Yüksək çevikliyi və təlimi ilə seçilən kirasir, draqun və qusarlardan ibarət prus kavaleriyası sıx döyüş səfləri ilə rəqibin cinahlarına və arxasına hucum edirdi. Bu çox vaxt döyüşün taleyini həll edirdi, məsələn (1757)Rosbax döyüşü, (1757)Zorndorf döyüşü.