Qroq
Qroq (ing. grog)-isti alkoqollu içkidir. Romu xatırladan bu içkidə su və şəkər tozu qarışığı da var. Bəzən isti çay kimi də istifadə edilir.
Etimologiyası
[redaktə | mənbəni redaktə et]İçkinin adı Britaniyanın vitse-admiralı Edvard Vernona (Edward Vernon; 1684—1757)- «Олд Грог» (Old Grog) adından gəlir. O zamanlarda Britaniya Krallığının gəmi heyətinə hər gün 80% -lı rom verilirdi (təqribən 280 millilitr) buda onların öz davranışlarını aparmasında və içkili matroslar arasında davalara səbəb olurdu. Admiral Vernon matroslar arası alkoqulluğu azaltmaq üçün romu yalnız su qatılaraq verilməsini əmr etdi ki, bundan belə rom su və ya limon soku ilə qarışılaraq verilməyə başladı.Bu matrosların ağız dadına uyğun olmadı. Belə ki, bu qarışıqda romun faizi azalmışdı. Onu rom 3 suda və ya qroq adlandırmağa başladılar.[1]
Haqqında
[redaktə | mənbəni redaktə et]Bu içkinin müasir çeşidlərinə müxtəlif qarışıqlar da əlavə edirlər. (darçın, mixək və s) çox vaxt limon və laym da əlavə edilir. Onu hazırlayan zaman qarışıq qaynayalandan sonra, altı söndürülür, və ona rom (həmçinin konyak və viski də ola bilər) əlavə edilir. Zövqə görə şəkər tozu da əlavə etmək olar.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ ↑ Pack, James. Nelson's Blood: The Story of Naval Rum. — Naval Institute Press, 1982. — P. 15. — ISBN 0-87021-944-8.