Qriqori Petrov (keşiş)
Qriqori Petrov | |
---|---|
rus. Григорий Спиридонович Петров | |
Doğum tarixi | |
Doğum yeri | Yamburq, Rusiya imperiyası |
Vəfat tarixi | (59 yaşında) |
Vəfat yeri | Paris, Fransa |
Vətəndaşlığı |
Rusiya SSRİ |
Milliyyəti | Rus |
Fəaliyyəti | Rahib, yazıçı və jurnalist |
Fəaliyyət illəri | 1890-1925 |
Əsərlərinin dili | rus dili |
Janr | publisistika |
Tanınmış əsəri | Ağ zanbaqlar ölkəsi |
Qriqori Petrov Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Qriqori Petrov (rus. Григорий Спиридонович Петров; 26 yanvar (7 fevral) 1866 – 18 iyun 1925, Münxen və ya Paris) — rus rahib, yazıçı və jurnalist.
Həyatı
[redaktə | mənbəni redaktə et]XX əsrin əvvəllərində Rusiya imperiyasında ən tanınmış din xadimlərindən və yazıçılardan biri kimi məşhurlaşmışdır. Fərqli fikirlərinə görə kilsədən qovulmuş, rahiblik həyatı başa çatdıqdan sonra bütün fəaliyyətini ədəbiyyata həsr etmişdir. Petrov eyni zamanda kütlələr qarşısındakı etdiyi çıxışları ilə də tanınmışdır.
Oktyabr inqilabının baş verməsindən sonra ölkədən qaçmaq məcburiyyətində qalmışdır. Yuqoslaviya Krallığında keçirdiyi həyatının son illərində bir çox əsər qələmə almışdır. Əsərlərində olan fikirlər səbəbindən bir çox kitabı SSRİ-də qadağan edilməsinə baxmayaraq, həmin dövrlərdə yeni-yeni təşəkkül tapan Bolqarıstan və Türkiyə kimi dövlətlərdə böyük maraqla qarşılanmışdır.
Ağ Zanbaqlar Ölkəsində əsəri yazıçının ən məşhur əsərlərindən biridir. Əsərdə yazıçının Finlandiyada yaşadığı illərdə ki, təcrübələri qələmə alınmışdır. Ağ Zanbaqlar Ölkəsində kitabı Finlandiyanın çətin təbii şərait və vəziyyətdən necə böyük uğurlar qazanmasından bəhs edir. Kitab Mustafa Kamal Atatürkün göstərişi ilə hərbi məktəblərin tədris planına salınmışdır.