Qozbel İohann
Qozbel İohann | |
---|---|
lat. Flavius Ioannes | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | V əsr |
Doğum yeri | |
Vəfat tarixi | VI əsr |
Fəaliyyəti | siyasətçi |
Rütbəsi | general |
Qozbel İohann (yun. Ἰωάννης ὁ Κυρτός, lat. Flavius Ioannes qui est Gibbus; V əsr, Silivri, İstanbul ili – VI əsr) — Şərqi Roma imperiyası sərkərdəsi və siyasətçisi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Qozbel İohann indiki Türkiyənin Silivri şəhəri olan Selimbriyadan idi. 492–499-cu illərdə hərbi magistr olmuşdur Bu vəzifədə 492–497-ci illər İsavriya müharibəsi zamanı imperator I Anastasinin (491–518) iki generalından biri idi və Skif İohannla birlikdə vuruşurdu. 492-ci ildə Kotiay döyüşündə Roma ordusunun komandirlərindən biri olmuşdur.[1]
Kesariyalı Prokopi tərəfindən nəql edilən bir hekayəyə görə ("Lətifələr", VI.5–9) İohann İsavriya müharibəsi zamanı zabit Yustini ölümə məhkum etmiş, lakin bir yuxu görərək həyatını xilas etmək qərarına gəlmişdir. Anastasinin ölümündən sonra Yustin taxta çıxmış və 527-ci ildə ölümünə qədər hökmranlıq etmişdir.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Jones, Arnold Hugh Martin, John Robert Martindale, John Morris, "Fl. Ioannes qui et Gibbus 93", Prosopography of the Later Roman Empire, Volume 2, Cambridge University Press, 1980, ISBN 0-521-20159-4, pp. 617–618.