Qarxun (Quba)
Qarxun | |
---|---|
41°07′49″ şm. e. 48°19′41″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.685 m |
Saat qurşağı | |
Qarxun — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.
Toponimikası
[redaktə | mənbəni redaktə et]Kənd Qaraçayın sahilində, Ağgədik dağının yamacında yerləşir. Oykonim qədim oğuzlara qoşulmuş karkın tayfasının adı ilə bağlıdır. Bu tayfa haqqında ilk dəfə Rəşidəddin (XIII əsr) məlumat vermişdir. Əbdülqazi xan (XVI əsr) karkınlann Oğuz xanın üçüncü oğlu Yulduz xanın nəvələrindən birinin törəməsi olduqlarını qeyd etmişdir. Qaraqalpaqlann tayfalarından birinin də qarkm adlanması göstərilir. Bu tayfanın mənşəcə Azərbaycanda məskunlaşmış eyniadlı tayfalarla yaxınlığı şübhəsizdir. Karkınlar oğuz tayfaları tərkibində XI əsrin 30-40-cı illərində Azərbaycanda məskunlaşmış və yerli tayfalarla qaynayıb-qarışmışlar. Dağıstan, Ermənistan, Türkmənistan və Özbəkistan ərazisində də eyniadlı kəndlər mövcuddur. Qarxun tayfalarım qara hunlarla da əlaqələndirirlər.[1]
Əhalisi
[redaktə | mənbəni redaktə et]2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 586 nəfər əhali yaşayır. Əhalisi əsasən Azərbaycanlılardır.[2]
== Tanınmış şəxsləri
[redaktə | mənbəni redaktə et]Şirvanov Əmirağa Qurban oğlu - riyaziyyatçı alim. 1935-ci ildə Qarxun kəndində anadan olmuş, ilk təhsilini burada aldıqdan sonra Buduq kəndində orta məktəbi bitirmiş və Bakı Dövlət Universitetinin fizika - riyaziyyat fakültəsinə daxil olmuşdur. Universiteti qırmızı diplomla bitirdikdən sonra Moskvada aspiranturada təhsilini davam etdirmişdir. O, Qarxun kəndinin yetirməsi olaraq elmlər namizədi adını almış ilk şəxsdir. Şərifov Firdovsi Axun oğlu - 1954-cü ildə Qarxun kəndində anadan olmuşdur, orta məəktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsinə daxil olmuş və fakültəni əla qiymətlərlə
başa vurmuşdur. Daha sonra Ukraynanın paytaxtə Kiyev şəhərində aspiranturada təhsil almış, elmlər namizədi adı almaq üçün dissertasiyasını müdafiə etmişdir. Elmi fəaliyyətini Kiyevdə davam etdirən Firdovsi Şərifov uzun müddət Ukrayna Elmlər Akademiyasının Kibernetika İnstitutunda çalışmış, 2005-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş və professor elmi adını almışdır. O, Qarxun kəndinin yetirməsi olan ilk professordur.
Təhsil
[redaktə | mənbəni redaktə et]Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı[3] ilə Quba rayonu Qarxun kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması üçün 262 000 manat vəsait ayrılmışdır[4].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Qarxun (Quba) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
- ↑ "Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında" Arxivləşdirilib 2021-10-26 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı. president.az (az.)
- ↑ "Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı" Arxivləşdirilib 2021-10-26 at the Wayback Machine. president.az (az.)
Həmçinin bax
[redaktə | mənbəni redaktə et] Quba rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |