Qartal ilə ovçuluq
Qartal ilə ovlamaq, Avrasiya çölündə tapılan, qədim türk xalqları tərəfindən tətbiq olunan ənənəvi ovçuluq formasıdır. Bu gün Qazaxlar və Qırğızlar tərəfindən çağdaş Qazaxıstan və Qırğızıstandan, habelə Monqolustanın Bayan-Ölqiy vilayətində və Çinin Sintszyan-Uyğur Muxtar Rayonunda ovda qartallardan istifadə olunur. Bu bölgələrin əhalisinin ən çox berqutlarla ovlamaqla məşhur olsalar da, şimal qırqovulları, şahin, ütəlgi qızılquşlar və bir çox digər quşalrı əhliləşdirməsi məlumdur. [1]
Terminologiya
[redaktə | mənbəni redaktə et]Həm qazax, həm də qırğız dilində ümumilikdə yırtıcı quşlarla ov edənlər və qartallarla ov edənlər üçün ayrıca terminlər mövcuddur. Qazax dilində həm qusbegi, həm də sayatşi ümumilikdə ovçulara aiddir. Qusbegi qus ("quş") və bek ("ağa") sözlərindəndir, beləliklə sözün əsl mənası "quşların ağası" kimi tərcümə olunur. Köhnə türk dilində kus begi, sarayın şahin ovçusunun qiymətləndirəni rolunu əks etdirən xanın ən hörmətli məsləhətçiləri üçün istifadə edilən ad idi. [2]Sayatşi, türk dilində peşəkar adlar üçün istifadə edilən sayat ("şahinlik") sözündən və -şi şəkilçisindən əmələ gəlir.
Tarix
[redaktə | mənbəni redaktə et]Xitaylar
[redaktə | mənbəni redaktə et]Eramızın 936-45-ci illərində Mançuriyadan olan köçəri bir xalq olan Xitaylar Şimali Çinin bir hissəsini fəth etdilər. [3] 960-cı ildə Çin Sun sülaləsi tərəfindən fəth edildi. [4]Başlanğıcdan Sun sülaləsi artıq Çin mədəniyyətinin çox hissəsini mənimsəmiş Xitayları tamamilə idarə edə bilmədi. Çinin 300 illik hakimiyyəti boyunca Sun sülaləsi, əlavə Sun sülaləsi ərazilərini fəth etməmələri üçün Xitaylara xərac verməli idi.[5] Xitaylar Çin mədəniyyətini mənimsəmələrinə baxmayaraq, qartal ovu da daxil olmaqla bir çox köçəri ənənələrini qoruyub saxladılar. [6]
Qırğızlar
[redaktə | mənbəni redaktə et]1207-ci ildə Qırğız köçəri Çingiz xanın oğlu Joçiyə təslim oldu.[7][8] Monqol hökmranlığı altında qırğızlar köçəri mədəniyyətlərinin yanında qartallarla ovçuluq ənənələrini də qorudular. Arxeoloqlar Orta Asiyada şahin ovunu eramızdan əvvəl birinci və ya ikinci minilliyi əhatə etdiyini bildirilər.[9]
Qazaxlar
[redaktə | mənbəni redaktə et]Qazaxıstanda kommunist dövründə bir çox qazax köçəri həyat tərzini tərk etmək məcburiyyətində qalmamaq üçün Monqolustana qaçdı və kolxozlara göndərildi.[10] Bayan-Ölgiy Vilyatətində yerləşdilər və qartallarla ovlamaq ənənələrini özləri ilə gətirdilər. Monqolustanın qərbindəki Altay dağlarında yerləşən Bayan-Ölgiy bölgəsində təxminən 250 qartal ovçusu var.[11][12] Şahinçilik adətləri at üstündə qızıl qartallarla ov etməyi əhatə edir və ilk növbədə qırmızı tülkü və korsak tülkülərini ovlayırlar.[13] Qızıl rəngli tülküləri qarda görmək daha asan olduğu soyuq qış aylarında tülkü və dovşan ovlamaq üçün qartaldan istifadə edirlər.[14] [15] Hər oktyabr ayında Qazaxıstan qartal ovu adətləri illik Qızıl Qartal Festivalında nümayiş olunur.[16] Qazaxıstan hökuməti bu qazax ənənələrini tətbiq edənləri Qazaxıstana qaytarmaq üçün səy göstərsə də, qazaxların çoxu Monqolustanda qalmışdır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Keen, Dennis."Kyrgyz Falconers Use Falcons, Too" Arxivləşdirilib 2015-11-15 at the Wayback MachineThe Central Asian Falconry Project.
- ↑ Bosworth, C. E.; van Donzel, E.; Lewis, B.; Pellat, C., eds. (1980). The Encyclopaedia of Islam Arxivləşdirilib 2021-07-09 at the Wayback Machine5. Leiden: E. J. Brill. p. 18.
- ↑ The Art of War by Sun Tzu - Special Edition by Sun Tzu and Lionel Giles (2005) p.170
- ↑ China: Its History and Culture (4th Edition) by W. Scott Morton, Charlton M. Lewis, and Charlton Lewis (2004) p.100
- ↑ 5 Steps to a 5: AP World History (5 Steps to a 5) by Peggy Martin (2004) p.115
- ↑ Eagle Dreams: Searching for Legends in Wild Mongolia by Stephen J. Bodio (2003) p. 26
- ↑ Soma, Takuya. 2007. ‘Kyrgyz Falconry & Falconers and its Transition’. In Proceedings of Great Silk Road Conference, Culture and Traditions, Then and Now 2006. 130-139. Tashkent: Academy of Uzbekistan/ UNESCO
- ↑ 相馬拓也 2008「形象なき文化遺産としての狩猟技術: キルギス共和国イシク・クル湖岸における鷹狩猟のエスノグラフィ」『国士舘大学地理学報告2007(第16号)』: pp.99-106
- ↑ "Archived copy" Archived from the original
- ↑ "Maps Of Kazakhstan". 2022-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-03.
- ↑ "International Journal of Intangible Heritage". 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-03.
- ↑ FALCO
- ↑ "Hanging with eaglehunters in western Mongolia". 2022-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-03.
- ↑ "Bayan-Olgii, Mongolia". 2022-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-03.
- ↑ "Takuya Soma (2014) Eagle Hunters in Action: Hunting Practice of Altaic Kazak". 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-03.
- ↑ "International Journal of Intangible Heritage". 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-03.