Qətl! (film, 1930)
Qətl! | |
---|---|
ing. Murder! | |
Janr | detektiv |
Rejissor | Alfred Hiçkok |
Prodüser | Con Maksvell |
Əsərin müəllifləri |
Klemens Deyn Helen Simpson |
Ssenari müəllifləri |
Alfred Hiçkok Alma Revill Volter Maykroft |
Baş rollarda |
Herbert Marşall Nora Barinq |
Operator | Cek Koks |
Bəstəkar | Con Reynders |
İstehsalçı | British International Pictures |
Distribütor | Netflix |
İlk baxış tarixi | 31 iyul 1930 |
Filmin növü | bədii film |
Müddət | 104 dəqiqə |
Büdcə | 200.000 $ |
Ölkə |
{{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas = }} |
Dil | ingilis dili |
İl | 1930 |
Rəng | ağ-qara |
IMDb | ID0021165 |
"Qətl!" (ing. Murder!) — rejissor Alfred Hiçkokun filmi.
Məzmun
[redaktə | mənbəni redaktə et]Dram teatrının aktrisası Ednanın vəhşicəsinə qətlində onun rəfiqəsi aktrisa Diana Barinq şübhəli bilinir. Bütün dəlillər onun əleyhinədir. Qurbanın meyiti Diananın oturduğu otaqdadır, onun yanında qətl aləti atəşkeş olub, Diananın paltarı qana bulaşıb, stolun üstündə isə tamamilə boş brendi butulkası var. Ev sahibəsinin sözlərinə görə cinayət baş verən yerdən yüksək qadın səslərindən başqa heç nə eşidilmirdi. Şübhəli şəxs isə istintaqa dönə-dönə təkrar edir ki, əslində Ednanın yanına söhbət üçün gəlmişdi, lakin etdikləri söhbətin böyük hissəsini xatırlaya bilmir. İstintaq güman edir ki, Diana bu qətli brendinin təsiri altında, şəxsi ədavət və ondan daha uğurlu çıxış edən aktrisaya yersiz paxıllıq şəraitində törədib. Vəkillərin müşavirəsində cəmi üç səs onun günahsız olduğunu göstərdi. Onun günahsız olduğunu düşünənlər arasında tanınmış aktyor Con Menyer də var idi, lakin müzakirənin ümumi əhval-ruhiyyəsi ona təsir edir. O da ittihamedici qərar verir. Diananı dar ağacı gözləyir, lakin Conun şübhələri onu, cinayətin mühüm səbəblərinin axtarışına çıxmağa məcbur edir. Bu işdə onun köməyinə böyük Şekspir və teatr gəlir.
Film haqqında
[redaktə | mənbəni redaktə et]- Aktyor Herbert Marşallın səsli kinoda ilk rolu məhz bu filmdə olmuşdur[1].
Filmin heyəti
[redaktə | mənbəni redaktə et]Film üzərində işləyənlər
[redaktə | mənbəni redaktə et]- Əsərin müəllifləri : Klemens Deyn, Helen Simpson
- Ssenari müəllifləri : Alfred Hiçkok, Alma Revill, Volter Maykroft
- Rejissor : Alfred Hiçkok
- Operator : Cek Koks
- Bəstəkar : Con Reynders
- Prodüser : Con Maksvell
Rollarda
[redaktə | mənbəni redaktə et]- Herbert Marşall – Con Menye
- Nora Barinq – Diana Barinq
- Fillis Konstem – Dusi Markhem
- Edvard Çapmen – Ted Markhem
- Esmi Persi – Hendel Feyn
- Maylz Mender – Qordon Drüs
- Donald Koltrop – Ayon Stüart
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Fransua Trüffo. Hiçkoka görə kinematoqraf (Le Cinéma selon Alfred Hitchcock)". 2010-01-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-01-20.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Chandler, Charlotte. It's only a movie: Alfred Hitchcock : a personal biography. First Applause, 2006.
- Yacowar, Maurice. Hitchcock's British Films. Wayne State University Press, 2010.