Qış sarayının Kiçik taxt zalı
Kiçik taxt zalı (rus. Малый тронный зал) — Sankt-Peterburqdakı Qış sarayında həm də "Pyotr zalı" kimi tanınan, Çar I Nikolayın sifarişi ilə memar Ogüst Monferranın layihəsi əsasında[1] 1833-cü ildə I Pyotrun xatirəsinə inşa edilmiş zal. 1837-ci ildə baş vermiş və sarayın böyük bir hissəsini məhv etmiş yanğından sonra zal, memar Vasili Stasov tərəfindən tamamilə bərpa edilmişdir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Rusiya imperiyası dövründə Milad bayramı zamanı bu zalda Çarın xüsusi qəbulu keçirilər və diplomatlar Çarı şəxsən təbrik edərdilər. Birinci dünya müharibəsi zamanı isə zal sarayda yaradılmış hospitalın baş həkiminin şəxsi qəbul otağı kimi istifadə olunmuşdur. Bu gün Ermitaj muzeyinin tərkibinə daxil olan zalın orijinal quruluşu saxlanmışdır.[2]
Memarlıq xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Ümumilikdə zal inkişaf etmiş barokko stilində dizayn edilib, dizaynda mərkəz rolunu apsida içərisində yerləşdirilmiş taxt tutur ki, bu taxtın da arxasında iki korinf sütunu arasında italyan rəssamı Yakopo Amiqo tərəfindən çəkilmiş "I Pyotr və Minerva" əsəri yerləşdirilib. Zalın divarları dado nissədən yuxarı al məxməri rənglə boyanıb və gümüşü iki başlı qartallarla bəzədilib. Tavan isə çatmatağlarla həll edilib.
Zaldakı lunetlər içərisində Pietro Skotti (1768–1837) və Barnaba Mediçi tərəfindən çəkilmiş, Poltava döyüşü və Lesnaya döyüşünü təsvir edən iki rəsm əsəri yerləşdirilmişdir. Lakin, zalın əsas diqqət mərkəzi gümüşü və qızılı taxtdır ki, 1731-ci ildə, anqlo-fransız sənətkar Nikola Klausen tərəfindən işlənmişdir.[3]
-
S.Zaryanko,1837
-
Taxtın görünüşü
-
Çatmatağlı tavan və lunetlərdəki əsərlərin görünüşü.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ State Hermitage Museum (1833) Arxivləşdirilib 2005-02-06 at the Wayback Machine retrieved 11 aprel 2014
- ↑ Budberg, p 201.
- ↑ Taxtın tarixi haqqında Dövlət Ermitajının məlumatı burada Arxivləşdirilib 2005-02-06 at the Wayback Machine, xüsusiyyətləri haqqında məlumat isə burada Arxivləşdirilib 2013-08-31 at the Wayback Machine verilir.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Budberg, Moura. Great Palaces (The Winter Palace. Pages 194–201). London: Hamlyn Publishing Group Ltd. 1969. ISBN 0-600-01682-X.
- Norman, Geraldine. The Hermitage: The Biography of a Great Museum. New York: Fromm International Publishing. 1998. ISBN 0-88064-190-8.
- Stuart, D. Dear Duchess: Millicent, Duchess of Sutherland (1867 - 1955). London: Victor Gollancz Ltd. 1982. ISBN.
- History of the Hermitage retrieved 1 November 2008