Qürgen Yanıkyan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qürgen Yanıkyan
Doğum tarixi
Doğum yeri Ərzurum, Osmanlı İmperiyası
Vəfat tarixi (88 yaşında)
Vəfat yeri Kaliforniya, ABŞ
Vəfat səbəbi ürək tutması
Milliyyəti erməni
Təhsili
Fəaliyyəti mühəndis, yazıçı

Qürgen Yanıkyan (erm. Գուրգեն Եանիկեան; 24 dekabr 1895[1][2], Ərzurum, Ərzurum vilayəti27 mart 1984[2] və ya 29 fevral 1984[3], Kaliforniya) — erməni terrorçusu, türk diplomatlarının qatili.

Qürgen Yanıkyan 24 dekabr 1895-ci ildə Ərzurum şəhərində anadan olmuşdur. Birinci dünya müharibəsindən sonra ABŞ-yə köçür, burada mühəndis kimi fəaliyyət göstərir, mühəndislik fəaliyyəti ilə yanaşı yazıçılıqla da məşğul olur.

Yanıkyan ABŞ-də bir neçə roman nəşr etdirir. 27 yanvar 1973-cü ildə 77 yaşlı Qürgen Yanıkyan Santa Barbara şəhərində yerləşən "Baltimor" hotelində Türkiyənin Los-Ancelesdəki konsulu Mehmet Baydur və vitse-konsul Bahadur Demirə onda olan sultan Əbdülhəmidin portretini Türkiyəyə bağışlamaq bəhanəsi ilə görüş təyin edir. Diplomatlar hotelə gəldikdə Yanıkyan onda olan tapançadan atəş açaraq diplomatları qətlə yetirir. Məhkəməsi zamanı Yanıkyan öz cinayəti barədə bunları demişdi:

"Mən iki insanı yox iki pisliyi öldürmüşəm. Onlar mənim üçün adam deyildilər"

Həmin il məhkəmənin gərarı ilə Yanıkyan ömürlük həbs cəzasına məhkum olunur. Lakin 1984-cü ildə səhhətindəki problemlərlə əlaqədar olaraq Yanıkyan həbsdən azad olunur, bir aydan sonra isə vəfat edir.

  1. Gourgen Yanikian // Internet Speculative Fiction Database (ing.). 1995.
  2. 1 2 Bibliothèque nationale de France Gourgen Yanikian // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. Yanikian, Gourgen, 1895-1984 // Library of Congress Authorities (ing.). Library of Congress.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]