Pyer Buger
Pyer Buger | |
---|---|
Pierre Bouguer | |
| |
Doğum tarixi | |
Doğum yeri | Kroisik |
Vəfat tarixi | (60 yaşında) |
Vəfat yeri | Paris |
Fəaliyyəti | riyaziyyatçı, geofizik, geodezist, astronom |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Pyer Buyer — fransız alimi, fotometriyanın banilərindən biri, Paris Elmlər Akademiyasını üzvü (1731).
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Vanndakı yezuit məktəbində tərbiyə almışdır. 1735–43-cü illərdə Yerin formasını müəyyən etmək məqsədilə Peruda dərəcə ölçüləri aparan ekspedisiyanın elmi rəhbəri olmuşdur. Tədqiqatları fiziki optikaya, astronomiyaya, geodeziyaya, hidroqrafiyaya, gəmi nəzəriyyəsinə həsr olunmuşdur. “İşığın miqdarı” anlayışını və fotometriyanın digər anlayışlarını irəli sürmüş, fotometrik cihazları təsvir etmiş, işığın parlaqlığının ölçülməsi üsullarını işləyib hazırlamışdır. 1729-cuildə işıq dəstəsi intensivliyinin mühitdə zəifləməsi qanununu müəyyən etmişdir (Buger-Lambert-Ber qanunu). Gəmiçilik işinin inkişafında böyük rol oynamış“Gəmi haqqında traktat” (1746) və “Şturman sənətinin nəzəriyyə və praktikasını əhatə edən naviqasiyaya dair yeni əsər”in (1753) müəllifidir. [2]
Tanınması
[redaktə | mənbəni redaktə et]Marsda A krateri onun şərəfinə adlandırılmışdır. Həmçinin A ay krateri və bir asteroid də onun adınadır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
- ↑ Buger// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 40.