Priçard Kolon
Priçard Kolon | |
---|---|
Prichard Colón Meléndez | |
Ümumi məlumatlar | |
Ləqəbi | Digget |
Çəkisi | Yüngül orta çəki |
Boyu | 1,85 m |
Vətəndaşlığı | ABŞ |
Doğum tarixi | 19 sentyabr 1992 (32 yaş) |
Doğum yeri | |
Nəticələri | |
Döyüş | |
• İlk | 23 fevral 2013 |
• Son | 17 oktyabr 2015 |
Qələbə | 17 |
Nokautla | 13 |
Məğlubiyyət | 1 |
Priçard Kolon Melendez (19 sentyabr 1992, Maitland[d], Florida) — Puerto-Rikolu keçmiş peşəkar boksçu, fəxri WBC Dünya Çempionu. 2010-cu ildə Pan Amerika Gənclər Çempionatında 64 kq (141 funt) kateqoriyasında qızıl medal qazanmışdır.[1] 2015-ci ildə Terrel Villiams ilə matçdan sonra Kolon soyunub-geyinmə otağında yıxılıb və beyin qanaxması səbəbindən 221 gün komada qalıb. O, çox zaman ayıq olsa da, davamlı vegetativ vəziyyətdə idi. Terrel Villiams ilə döyüş zamanı başının arxasından dəfələrlə qadağan olunmuş zərbələrə məruz qalmışdı. O, hal-hazırda ayıqdır və fizioterapiya alır. O, motorlu əlil arabası və rabitə qurğusundan istifadə edir.
Həyatı
[redaktə | mənbəni redaktə et]Priçard Kolon Florida ştatının Meytlend şəhərində anadan olub. Onun valideynləri Riçard və Nieves Kolondur.[2][3] 10 yaşında atası Puerto-Rikoya köçmək qərarına gəlib, buna görə Kolon adanı yarışlarda təmsil edə bilib. O, kiçik bacısı ilə birlikdə oraya köçüb, anası və böyük qardaşı isə Floridada qaldı. Ailə Puerto-Rikonun Orokovis şəhərində məskunlaşıb.[4]
Kolon karyerasına Puerto Rikonun Salinas şəhərinin Alberqe Olimpiko idman mərkəzində başlayıb. Məktəbi bitirdikdən sonra San Xuan şəhərində Müqəddəs Qəlb Universitetində (isp. Universidad del Sagrado Corazón) Biznesin idarəedilməsi ixtisası üzrə təhsil almağa başladı.[3]
Karyerası
[redaktə | mənbəni redaktə et]Kolon peşəkar debütünü 23 fevral 2013-cü ildə edib. Onun ilk döyüşü Puerto Rikonun Katano şəhərində Kosme Beitia Salamo Kolizey idman arenasında Xavier La Salleyə qarşı olmuşdu. Kolon La Salleni birinci raundda nokaut etmişdi. O, 2013-cü ildə beş dəfə və 2014-cü ildə 7 dəfə döyüşdü.[5] Onun ən məşhur döyüşü 9 sentyabr 2015-ci ildə özündən təcrübəli olan Vivian Harrislə oldu. Döyüş Torontoda Rikoh Kolizeyində baş tutdu və Priçard rəqibini dördüncü raundda nokaut etdi.[5]
17 oktyabr 2015-ci ildə Kolonun Virciniya ştatının Fairfaks şəhərində EagleBank Arenada Terrel Vilyamsla döyüşməsi nəzərdə tutulmuşdu. Bu döyüş əvvəlcə proqrama daxil edilməmişdi, amma Andre Dirrel Bleyk Kaparello ilə döyüşdən səhhətinə görə çəkildiyi üçün sonradan əlavə edildi.[6] Döyüş Kolonun Vivian Harrislə sonuncu qarşıdurmasından bir ay sonra baş tutmuşdu.[5]
Beyin travması
[redaktə | mənbəni redaktə et]Kolon və Villiams doqquz raund döyüşdü, ilk beş raundda Kolon rəqibindən üstün idi. Döyüş vaxtı Villiams dəfələrlə Kolonun başının arxasına qadağan olunmuş zərbələr vururdu. Kolon bu barədə hakimə bildirmişdi.[7] Kolon Villiamsa bədəninin aşağı hissəsinə qadağan edilmiş zərbə vurduğuna görə 2 xalla cəzalandırılmışdı. Ardıcıl qadağan olunmuş zərbələrdən sonra Kolon peşəkar karyerasında ilk dəfə bu döyüşün doqquzuncu raundunda yerə yıxıldı. Raundlar arası fasilələrdə Kolon həkiminə başının gicəlləndiyini, amma davam edə biləcəyini söyləmişdi.[8] Rinq həkimi Riçard Aşbi də Kolonun döyüşü davam etdirə biləcəyini bildirmişdi. Kolon doqquzuncu raunddan sonra onun komandasının səhvən döyüşün sonu olduğunu düşünüb onun əlcəklərini çıxartdıqları üçün döyüşdən diskvalifikasiya edildi.[9] Kolonun komandası onun özündə olmadığını və başgicəllənməsi hiss etdiyini bildirdi.[10] Kolon anasının köməyi ilə geyinib-soyunma otağına getdi, ondan sonra qusub və qaytarıb. Oradan Kolonu təcili yardım maşını ilə xəstəxanaya apardılar və ona sol tərəfli subdural hematoma diaqnozu qoyuldu. Beyin şişkinliyini azaltmaq və hematomadan azad olmaq üçün üçün təcili olaraq kraniotomiya edildi.[11][12] Nəticə olaraq Kolon 221 gün komada qaldı.[10]
Kolon bir neçə həftə Virciniyadakı İnova Fairfax Xəstəxanasında müalicə olundu, lakin sonda Corciya ştatının Atlanta şəhərindəki Şepherd Mərkəzinə köçürüldü.[13][14] O, xəstəxanadan Florida ştatının Orlando şəhərinə, anasının evinə köçürüldü.[15] 2017-ci ilin aprel ayından etibarən Kolon davamlı vegetativ vəziyyətdə qalıb.[16]
2017-ci ildə Priçard Kolonun valideynləri rinq kənarındakı həkimdən və promouterlərdən 50 milyon dollardan çox təzminat tələb etmək üçün məhkəməyə müraciət etdilər.[17] Məhkəmə iddiası 2019-cu ilə qədər hələ həll edilməmişdi və Kolonun anası Nives Kolon heç vaxt həll olunmayacağına düşünürdü.[18]
Villiams 2017-ci ilin sentyabrında verdiyi müsahibədə Kolonun zədəsindəki rolunu ilə bağlı bu fikirləri qeyd edib: "Mən hər gün Priçard üçün dua edirəm. Bu, heç vaxt dəyişməyəcək. Ona sadəcə hüzur və sağlamlıq arzulayıram. Heç kim Priçardın başına gələnlərin kiminsə başına gəlməsini istəmir. Bütün boksçular qardaşdırlar".[19] Villiams karyerasından daha çox həmin döyüşdəki etdiyi ilə tanınır.[20]
2018-ci ilin iyul ayında Kolonun anası Facebook hesabında Kolonun bir videosunu paylaşdı, videoda onun fizioterapiya aldığı və şifahi əmrlərə cavab verdiyi görülürdü. Anası həmçinin Priçardın kompüter vasitəsilə ünsiyyət qurmağı öyrəndiyini bildirmişdi.[21]
2023-cü ildə ailəsi, xüsusən də anası Nives Kolonun reabilitasiya prosesində onunla birlikdə iştirak etməyə davam edir. Kolonun danışığı hələ də bərpa olunmayıb.[22]
Peşəkar boks nəticələri
[redaktə | mənbəni redaktə et]Mənbə: [23]
Peşəkar nəticələr | ||
---|---|---|
17 döyüş | 16 qələbə | 1 məğlubiyyət |
Nokautla | 13 | 0 |
Hakim qərarı ilə | 3 | 0 |
Diskvalifikasiya ilə | 0 | 1 |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Panamerican Youth Championships - Santiago de los Caballeros, Dominican Republic - February 21-25 2010". 2010-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-08.
- ↑ Sánchez Fournier, José. "Prichard Colón muestra señales de mejoría". El Nuevo Día. 23 oktyabr 2015. 2017-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2015.
- ↑ 1 2 Gaudier, Jonathan. "El orocoveño Prichard "Digget" Colón, se prepara para dar el salto al profesionalismo". PRBoxea.com. 11 iyun 2012. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2015.
- ↑ Rivera Giusti, Carlos. "Prichard "Digget" Colón: Boricua por decisión unánime". NotiCel. 18 aprel 2015. 2015-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2023.
- ↑ 1 2 3 Bracelin, Jason. "Hot prospect Prichard Colon faces undefeated Terrel Williams on October 17". PremierBoxingChampions. 6 oktyabr 2015. 2021-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2023.
- ↑ "Prichard Colon vs. Terrel Williams replaces Dirrell-Caparello on 10/17". Boxing News 24. 5 oktyabr 2015. 2 noyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 oktyabr 2023.
- ↑ "Virginia Governor Terry McAuliffe Must Stop Ignoring the Prichard Colon Case". 27 iyun 2017. 2023-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-03.
- ↑ "A Boxing Tragedy: The Prichard Colon Case | Sports Litigation Alert" (ingilis). 2023-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 yanvar 2024.
- ↑ Scavone, Jason. "Terrel Williams upends Prichard Colon in odd disqualification". PBC Boxing (ingilis). 2023-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 yanvar 2024.
- ↑ 1 2 Scavone, Jason. "Terrel Williams upends Prichard Colon in odd disqualification". PremierBoxingChampions. October 17, 2015. December 4, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 yanvar 2024.
- ↑ "Ex-boxer Colon's parents seek more than $50M". ESPN.com (ingilis). 2017-05-03. 2023-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 yanvar 2024.
- ↑ "Prichard Colon Lawsuit" (PDF). 2023-09-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-01-03.
- ↑ Narváez, Carlos. "Trasladarán a Prichard Colón a un centro de rehabilitación en Atlanta". ESPN. 3 noyabr 2015. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 fevral 2024. Lua xətası modul Modul:In_lang, sətir 41: attempt to call local 'name_from_tag' (a nil value).
- ↑ Sánchez Fournier, José A. "Prichard Colón sigue su batalla". El Nuevo Día. 26 noyabr 2015. 2018-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 fevral 2024. Lua xətası modul Modul:In_lang, sətir 41: attempt to call local 'name_from_tag' (a nil value).
- ↑ Sánchez Fournier, José A. "Dan de alta a Prichard Colón". El Nuevo Día. 26 may 2016. 20 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 fevral 2024.
- ↑ Weinbaum, William. "Shattered dreams". ESPN. 15 aprel 2017. 2021-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 fevral 2024.
- ↑ "Ex-boxer Colon's parents seek more than $50M". ESPN.com (ingilis). 2017-05-03. 2023-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 fevral 2024.
- ↑ "For injured boxer Prichard Colón, a fight that never ends". Washington Post (ingilis). ISSN 0190-8286. 2020-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 fevral 2024.
- ↑ "Two years later, Terrel Williams still thinks about Prichard Colon every day". 18 sentyabr 2018. 2024-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-26.
- ↑ "Welterweight relentlessly abused six years on from Prichard Colon tragedy". 5 iyul 2021. 2022-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-26.
- ↑ "Prichard sigue mejorando: va hasta de shopping". Primera Hora (ispan). 13 iyul 2018. 2018-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 fevral 2024.
- ↑ Munro, Daniel. "Prichard Colon's 2023 updates show inspiring progress as former boxer turns 31". HITC (ingilis). 2023-09-19. 2023-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 fevral 2024.
- ↑ "Priçard Kolonun döyüş nəticələri". Boxrec.com. 2023-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2024.