Portal:Rusiya/Seçilmiş bioqrafiya
Naviqasiyaya keç
Axtarışa keç
Fyodor Mixayloviç Dostoyevski (rus. Фёдор Михайлович Достоевский; 11 noyabr 1821 - 9 fevral 1881) — rus yazıçı, dünya ədəbiyyatının ən böyük yazıçılarından biri. Uşaqlığını sərxoş ata və xəstə anasının yanında keçirən Dostoyevski, anasının ölümündən sonra Peterburqdakı Mühəndis Məktəbinə girdi. Atasının ölümünü burada xəbər aldı. Məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra İstehkam Müdirliyinə girdi. Bir il sonra istefa verərək buradan ayrıldı. Ordudan ayrıldıqdan sonra ədəbiyyata yönələn Dostoyevskinin ilk romanı Bədbəxt insanlar, 1846-cı ildə nümayiş olundu. Bu əsərinin ardından yazdığı kitablarla gözlədiyi müvəffəqiyyətə çata bilməyən Dostoyevskinin ümidi qırıldı və siyasətlə maraqlanmağa başladı. (Məqalənin ardı...)