Peter Vessel Zapffe
Peter Vessel Zapffe | |
---|---|
Peter Wessel Zapffe | |
Doğum tarixi | 18 dekabr 1899[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 12 oktyabr 1990[2] (90 yaşında) |
Vəfat yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Peter Vessel Zapffe (18 dekabr 1899[1][2], Tromsø – 12 oktyabr 1990[2], Asker[d], Akersxus[d]) — Norveçli filosof, yazıçı və alpinist. Pessimizm cərəyanının önəmli simalarındandır, həmçinin antinalizmin müdafiəçisi kimi tanınır. Tanınmış qütb səyyahı Fritz Zapffenin oğludur. İnsan həyatı haqqında fikirlərini "Son Məsih" adlı essesində irəli sürmüşdür. Bu esse onun "Tragediya haqqında" adlı əsərinin qısa versiyasıdır.
Həyatı
[redaktə | mənbəni redaktə et]O fəlsəfəyə başlamazdan əvvəl yumoristik yazı müəllifi kimi və təbiətsevər alpinist kimi tanınırdı. 1923-cü ildə Oslo Universitetindən hüquq diplomu əldə etmişdir. Daha sonra isə fəlsəfə doktoranturası təhsili almışdır. Zapffe iki dəfə evlənmiş və öz seçimi ilə övlad sahibi olmamışdır. 1990-cı ildə vəfat etmişdir.
Fəlsəfəsi
[redaktə | mənbəni redaktə et]Zapffenin nəzəriyyəsinə əsasən insanın inkişafı (şüur, özünütəhsil və s.) onu təbiətə uyğunsuz edir. İnsanın istəklərinə təbiət heç vaxt etməyəcək. İnsanlar bütün zamanları insanlıqdan çıxmağa israf edirlər. Buna görə də insan bir paradoksdur.[3] Son Məsih əsərində bu paradoksdan qaçmaq üçün 4 fərqli yolun istifadəsi göstərilir[4]:
- İzolyasiya - vicdan və şüurdan qaçıb, hər şeyin yaxşı keçdiyinə özünü inandırmaq.
- Fokuslanma - insanın özünü daha üstün bir fikrə həsr etməsi - Allah, dövlət, vətən, din, əxlaq, gələcək.
- Fikir yayındırmaq - insanın özündən başqa hər bir şey haqda düşünməsi, fikrini yayındırması.
- Subliminasiya - insanın daim neqativlikdən nələrsə istehsal edib pozitivliyə çevirməsi - yazı yazması, incəsənətlə məşğul olması.
Əsərləri
[redaktə | mənbəni redaktə et]- Tragediya haqqında - Om det tragiske. Fəlsəfə dissertasiyası (Oslo 1941)
- Ümumi düşüncə - Vet og uvett(həmmüəllif Einar K. Aas) (F. Bruns Bokhandel, Trondheim 1942)
- İtmiş oğul - Den fortapte sønn, en dramatisk gjænfortelling (Oslo 1951)
- Ədəbi drama giriş - Indføring i litterær dramaturgi (1961)
- Qum qutusu məntiqi (Oslo 1966)
- Esselər və epistllər (1967)
- Ağır xoşbəxtliklər (1969)
- Lyksalig pinsefest, roman (1972)
- Həkim Vangel (1974) (Ib Henriksen psevdonimi ilə)
- Zarafat və ciddi (1977)
- Sirli krallıq (Oslo 1985)
- Necə bu qədər yaxşı oldum? (1986)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Peter Wessel Zapffe // Internet Philosophy Ontology project (ing.).
- ↑ "Jisl Tanjen, "Zapffe dağından mənzərə" (The View from Mount Zapffe) (İngiliscə)". 2012-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-03.
- ↑ "Peter Vessel Zapffe - Son Məsih (ingiliscə)". 2020-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-03.