Peter Leko
Peter Leko | |
---|---|
mac. 'Lékó Péter' | |
Ölkə | Macarıstan |
Doğum tarixi | |
Doğum yeri |
Subotiça Yuqoslaviya Sosialist Federativ Respublikası (indiki Serbiya) |
Titulu | Qrosmeyster |
Son reytinqi | 2702 (sentyabr 2016) |
Maksimal reytinqi | 2763 (aprel 2005) |
FİDE nömrəsi | 703303 |
Vikianbarda əlaqəli mediafayllar |
Peter Leko (mac. 'Lékó Péter', 8 sentyabr 1979, Subotiça, Yuqoslaviya Sosialist Federativ Respublikası) — Macar şahmatçısı, qrosmeyster.
İlk dəfə 1999-cu ildə FİDE Dünya Çempionatında iştirak edib və dörddə bir finala qədər irəliləyib.
2000-ci ildəki Dünya Çempionatında isə üçünçü raundda Xalifman tərəfindən məğlub edilmişdir.
2002-ci ilin iyununda keçirilən Dortmund Chess Meeting turniri iki hissədən ibarət idi. Hər qrupdan ilk iki yeri şahmatçılar daha sonra ən güclünü müəyyən etməli idi.Leko B qrupundan final matçlarına vəsiqə qazandı və daha sonra Aleksey Şirov üzərində qələbə qazanaraq finalda Veselin Topalovla görüşdü. Həmin oyunda 2.5-1.5 hesabı ilə qələbə qazanaraq Vladimir Kramniklə matç oynamaq hüququ əldə etdi. Bu uğur Macar komandasının Olimpiadada gümüş medal qazanması ilı əvəz olundu.
2003-cü ildə keçirilən Linares turnirinin qalibi oldu. Kramniklə Klassik Dünya Çempionatının matçın nəticəsi 7:7 oldu və Kramnik öz titulunun qorumuş oldu.
2008-ci ildə şəxsi hesabda birinci lövhədə qızıl medal qazandı.
2013-cü ilin Dünya Kubokunda 0.5-1.5 hesabı ilə Julio Granda-ya məğlub oldu. Sonuncu Olimpiadada komanda hesabında gümüş medal qazandı
İstinadlar
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Peter Leko. Chess-DB.com Arxivləşdirilib 2016-03-16 at the Wayback Machine (ing.)
- Peter Leko. 365chess.com (ing.)
- Peter Leko. fide.com (ing.)
- Peter Leko. chessgames.com (ing.)
- Peter Leko. chess24.com (ing.)