23°35′00″ şm. e. 119°35′00″ ş. u.HGYO

Penhuledao

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Penhuledao arxipelaqı
çin. 澎湖群島
Ümumi məlumatlar
Adaların sayı 64
Ümumi sahəsi 127 km²
Hündür nöqtəsi 48 m
Əhalisi 92.415 nəfər (2008-ci il)
Yerləşməsi
23°35′00″ şm. e. 119°35′00″ ş. u.HGYO
Ölkə  Tayvan
Akvatoriya
Penhuledao arxipelaqı xəritədə
Penhuledao arxipelaqı
Penhuledao arxipelaqı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Penkuledao, Penxu (çin. 澎湖群島, çin. 澎湖列島) və ya Peskador adaları (port. Ilhas Pescadores «balıq») — Tayvan boğazının cənubunda, Tayvan Respublikasəna məxsus olan arxipelaq. İnzibati cəhətdən isə ərazisi bütünlüklə Penxu rayonuna daxildir.

Penxu adası Tayvan xəritəsində

Arxipelaq ümumilikdə 64 adadan ibarətdir ki, onlar da 127 km² sahəyə malildirlər. 2008-ci il məlumatına görə adalarda ümumilikdə 92 415 nəfər yaşayır. Adalar vulkanın xuxurlardan təşkil olunmuşdur. Bazaltdan ibarət olmasına baxmayaraq min illərlə adaların su ilə eroziyaya məruz qalması sahəsində mövcud platunun maksimal hündürlüyü 48 metrə qədər enmişdir.

Arxipelaqa daxil olan üç əsas ada: Maqun, Bayşa və Siyuy damba və körpülarlə birbirinə birləşir.bu üç ada daxili dəniz əmələ gətirir. Təbii şəraiti ilə əlaqədar su idmanını sevərlər burada daha tez-tez gəlirlər. Maqun adası arxipelaq ərazisinin yarısını və ümumi əhalinin 70% təşkil edir. Adalar musson yağışlarının yağdığı bölgədə yerləşməsi ilə əlaqədar il ərzində düşən yağıntınln miqdarı 1000 mm keçir. Payız aylaeı tayfunlar müşahidə edillir. Arxipelaqın ətraf suları mərcan, moyusk və digər dəniz vanlıları ilə zəbgindir

Adalarda güclü musson yağışları və güclü küləklər səbəbindən hündür bitkilər yoxdur. Əraziləri ot və kol bitkiləri ilə örtülüdür.

Adaların yaşı 450–190 min il olaraq qiymətləndirilir. Burada yaşayış hələ qədim zamanlardan mövcud olmuşdur. Qədim insana aid çənə sümüyü bunu isbat edir lat. Penghu 1. Bu çənə lat. Homo erectus[1][2] növünə aiddir.

Penxu adaları b. e. ə III əsrdə Çinin materik hussəsindən insanlar adaya köç edirlər.

Çin mənbələrinin məlumatına görə Suy sülaləsi dönəmində imperator adaların idarə edilməsi məqsədi ilıpolkovnik Çen Leni bölgəyə göndərmişdir.

Min sülaləsi dönəmində (1368—1644), XVI əsrin sonlarında adalarda Çin ordu katingenti yerləşdirilmişdir. 1623-ci ildə adalar Hollandiyanın tərkibinə keçir. Onlar həm də Tayvanı işğal edirlər. 1661-62-ci illərdə Çjen Çen-qun hollandları adalardan çıxara bilir. Üstəlik Tayvan da onlardan təmizlənir.

XIX əsrin sonları adalar Çin-yapon müharibəsi (1894—1895) zamanı yaponların əlinə keçir.

1945-ci ildə Yaponiyanın İkinci Dünya müharibəsində məğlubiytindən sonra adalar yenidən Çinə qaytarılır.

1949-ci il sosialistlərin materiki ələ keçirməsindən sonra adaları Tayvan idarə edir.

2002-ci ildə arxipelaqda China Airlines şirkətinə məxsus Boeing 747 təyyarəsi qəzaya uğramışdır. Bu qəza zamanı 225 nəfər həlak olur. Təyyarə Taybey Honqkonq reysi ilə uçurdu. Təyyarə Tayvan boğazında sahildən üç km aralıda dənizə düşmüşdür[3].

Adanln gəlir mənbəyindən biri əkinçilikdir. Burada kartof, araxis, maus, proso yetişdirilir. Balıqçılıq üçün xüsusi tələ-dambalar inşa edilmişdir.

  1. "The first archaic Homo from Taiwan". 2016-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-11.
  2. "« Penxu adamı»: Alimlər yeni ilk insan növü aşkarlayıblar". 2019-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-11.
  3. "CNN — China Airlines safety record in the spotlight". 2010-08-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-11.