Ovulyasiya
Ovulyasiya (lat. Ovulla — yumurta) — yetkin bir follikulun qırılması nəticəsində yumurtalıqdan yumurta hüceyrələrinin uşaqlıq borusuna buraxılmasını təmsil edən hadisə. Ovulyasiya zamanı yumurtalıq ikinci dərəcəli oositlərin yetişmə mərhələsində yerləşir. Yumurta hüceyrələri follikuldan yumurtalıq kanalına (qadınlarda fallopiya borusu adlanır) daxil olur və burada mayalanma baş verir. Ovulyasiyanın bioloji mənası yumurta hüceyrələrinin mayalanması və cinsi yolla keçməsi üçün follikuldan sərbəst buraxılmasıdır.
Təsviri
[redaktə | mənbəni redaktə et]Ovulyasiya qadında menstruasiyadan 14 gün əvvəl başlayır. Yumurta hüceyrələrinin follikuldan çıxması prosesi bir saatdan çox çəkmir, bundan əlavə, fallopiya borusununa daxil olduqdan sonra yumurta hüceyrələri təxminən bir gün mayalanma qabiliyyətini saxlayır. Obyektiv olaraq, qadın ovulyasiya anını hiss edə bilmir. Ovulyasiya ehtimalının yüksək olduğu müddətə ovulyasiya dövrü deyilir.
Ovulyasiya dövrünün müəyyən bir müddəti yoxdur, müxtəlif tədqiqatçılar bu dövrünün fərqli müddətini göstərir – bu, ovulyasiyanın müəyyən edilməsi üsullarından asılıdır. Tibb müəssisələrində ovulyasiyanı təyin etmək üçün aşağıdakı üsullar geniş yayılmışdır:
- yumurtalıq follikullarının ultrasəs diaqnozu
- qanda luteinləşdirici hormonun konsentrasiyasının müəyyən edilməsi
Ev şəraitində luteinləşdirici hormonun konsentrasiyasını müəyyən etmək üçün sidik testi və temperatur metodu istifadə olunur. Uşağa qalma ovulyasiya zamanı baş verir. Bu dövrdə qadınlarda cinsi əlaqə həvəsi yaranır.
Ovulyasiya ön hipofiz vəzini idarə edən hipotalamus tərəfindən idarə olunur. Tənzimləmə gonadotropin-relizinq hormonu vasitəsilə həyata keçirilir, onun təsiri altında hipofiz vəzi qana gonadotrop hormonları ifraz edir: luteinləşdirici hormon və follikul stimullaşdırıcı hormon.
Menstruasiya dövrünün follikulyar (preovulyasiya) mərhələsində yumurtalıq follikulu ölçüdə əhəmiyyətli dərəcədə artır (follikul stimullaşdırıcı hormonun təsiri ilə). Yetişdikdə follikulun diametri təxminən 2 sm-ə çatır. Follikulun içərisində yumurta hüceyrəsi inkişaf edir. Yetişmə zamanı follikul estrogenləri – qadının reproduktiv orqanlarına sistemli təsir göstərən hormonları ifraz edir. Estrogenlərin təsiri altında ön hipofiz hormonu artan miqdarda luteinləşdirici hormon (LH) ifraz edir. Ovulyasiya "LH zirvəsi" adlanır, bu da yumurta hüceyrəsinin "yetişməsinə" səbəb olur (meyozun birinci bölünməsi). Yetişdikdən sonra yumurta hüceyrəsinin follikuldan çıxdığı həmən follikulda boşluq yaranır. LH-un ovulyasiya zirvəsi ilə ovulyasiya arasında təxminən 36-48 saat var. Postovulyasiya (sarı cisim) fazası zamanı yumurta hüceyrəsi adətən fallopiya borusundan uşaqlığa doğru hərəkət edir. Yumurta hüceyrəsi mayalandıqdan sonra üçüncü və ya dördüncü gündə embrion uşaqlıq boşluğuna daxil olur və beşinci - yeddinci gündə implantasiya prosesi baş verir.
Mayalanma baş vermirsə, yumurta hüceyrəsi təxminən 24 saat ərzində fallopiya borusunda ölür.
Anovulyasiya
[redaktə | mənbəni redaktə et]Yumurtalıqdan yumurta hüceyrəsinin buraxılmaması ilə xarakterizə olunan menstrual dövr anovulyasiya adlanır. Anovulyasiya endokrin sonsuzluğun ən çox yayılmış növlərindən biridir.[1]
Oliqovulyasiyanın (anormal nadir ovulyasiya) və anovulyasiyanın əsas səbəblərindən biri polikistoz yumurtalıq sindromudur.[2][3]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Гинекология / Э. К. Айламазян. — СПб.: СпецЛит, 2013. — 2-е изд., испр. и доп. — 415 с.: ил. — С. 268. — ISBN 978-5-299-00527-1.
- ↑ H. Teede, A. Deeks, L. Moran. Polycystic ovary syndrome: a complex condition with psychological, reproductive and metabolic manifestations that impacts on health across the lifespan // BMC Medicine . 8 (ingilis) (1). 2010. 41. doi:10.1186/1741-7015-8-41.
- ↑ Rotterdam ESHRE/ASRM-Sponsored PCOS Consensus Workshop Group. Revised 2003 consensus on diagnostic criteria and long-term health risks related to polycystic ovary syndrome // Fertility and Sterility . 81 (ingilis) (1). 2004. 19—25. doi:10.1016/j.fertnstert.2003.10.004.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Ovulyasiya nədir və onu necə təyin etmək olar Arxiv surəti 20 yanvar 2015 tarixindən Wayback Machine saytında (rus.)