≛

Odri Hepbern ekranda və səhnədə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
A photograph of Hepburn as Princess Ann in the film Roman Holiday.
Odri Hepbern "Roma tətilləri" filmində şahzadə Anna rolunda (1953)

Odri Hepbern (d 4 may 1929 – ö 20 yanvar 1993) — 1948–1993-cü illərdə olduqca geniş kino, televiziyasəhnə fəaliyyəti olmuş tanınmış Britaniya aktrisasıdır. O, müxtəlif rəylərdə bütün zamanların ən gözəl qadınlarından biri hesab edilir.[1][2] Aktrisa Amerika Film İnstitutunun AFI-nin kinoda yüzilliyin 100 ulduzu siyahısında Amerika kinosu tarixində ən böyük ekran əfsanəsi kimi üçüncü yerdə qərarlaşmışdır.[3] Hepbern, eyni zamanda, həm də kino və stil ikonası kimi xatırlanır.[4][5][6] Aktrisanın kinoda debüt işi 1948-ci ildə çəkilmiş "Yeddi dərs ərzində hollandlar" filmində uçuş üzrə stüardessa rolu oldu.[7] O zamanlar Hepbern Britaniya səhnəsində göstərilən "Böyük düyməli ayaqqabılar" müziklində (1948) və "Tartar sousu" tamaşasında (1949) xorda çıxış etmişdi. İki ildən sonra o, "Jiji" tamaşasında əsas qəhrəmanı ifa etməklə Brodveydə debütə imza atır. Odri Hepbernin Hollivudda ilk işi isə 1953-cü ildə Uilyam Uaylerin çəkdiyi "Roma tətilləri" filmində saraydan qaçmış şahzadə qız rolu oldu. Qreqori Peklə tərəf-müqabil kimi çəkilməsi aktrisanı bu sahədə ulduza çevirdi.[4][8][9][10] Bu filmdəki ifasına görə aktrisa "Ən yaxşı qadın roluna görə" nominasiyasında "Oskar", "Ən yaxşı Britaniyalı aktrisa" nominasiyasında BAFTA və "Dram filmində ən yaxşı aktrisa" nominasiyasında "Qızıl Qlobus" mükafatlarına layiq görüldü.[11][12][13] Odri Hepbern 1954-cü ildə Billi Uaylderin "Sabrina" adlı romantik komediyasında Hamfri BoqartUilyam Holden kimi aktyorlarla tərəf-müqabil olaraq, məhəbbət üçbucağının mərkəzində olan sürücü qızını canlandırdı.[14][15] Elə həmin ildə Hepbern "Undina" tamaşasındakı ifasına görə "Səhnə əsərində ən yaxşı aktrisa" nominasiyasında "Toni" mükafatına layiq görüldü.[16][17]

Aktrisanın kinoda növbəti qəhrəmanı 1956-cı ildə Lev Tolstoyun eyniadlı romanı əsasında çəkilmiş "Hərb və sülh" filmində Nataşa Rostova obrazı olur. 1957-ci ildə Hepbern, Qeri KuperMoris Şevalye ilə birlikdə rejissor Billi Uaylderin "Günortadan sonra məhəbbət", eləcə də Fred Asterlə birlikdə "Məzəli sima" filmlərində baş rolda çəkildi. İki ildən sonra aktrisa "Yaşıl məkanlar" romantik filmində yenidən ekranlarda göründü. Daha sonra isə "Rahibənin hekayəti" filmində rahibə Lük rolunu ifa etdi. 1961-ci ildə Hepbern "Tiffanidə səhər yeməyi" romantik komediya filmində yelbeyin qız Holli Qolaytli rolunda və aktrisa Şirli Makleynlə tərəf-müqabil olduğu Uilyam Uaylerin "Uşaqların saatı" dramında Karen Rayt obrazında çıxış etdi.[17][18] İki ildən sonra o, Keri Qrantla birlikdə "Şarada" romantik detektiv filmi ilə ekranlara gəlir. Bu rolların ardınca Odri Hepbern aktyor Uilyam Holdenlə birlikdə "Paris isti olanda" komediyasında Qabriell və "Mənim gözəl xanımım" musiqili filmində gülsatan qız Eliza rollarını ifa edir (hər ikisi: 1964).[17] 1967-ci ildə aktrisa "Qaranlığadək gözlə" trillerində öz evində narkotik alverçilərinin təhdidləri altında qalmış kor qadın rolunda çəkilir. Bu filmdə ifa etdiyi rola görə aktrisa Ən yaxşı qadın roluna görə Oskar mükafatına namizəd olub.[17][19] Doqquz ildən sonra rejissor Riçard Lester "Robin və Merian" filmini çəkir və həmin filmdə Robin Qud rolunu Şon Konneri, Merian rolunu isə Odri Hepbern ifa edir.

Odri Hepbernin kinoda sonuncu rolu Stiven Spilberqin "Həmişə" (1989) filmində epizodik mələk rolu oldu.[19] Son dəfə isə tamaşaçılar aktrisanı ekranda 1993-cü ildə "Odri Hepbernlə dünyanın bağçaları" (ing. Gardens of the World with Audrey Hepburn) silsilə televiziya sənədli filmlərində görə bildilər. Bu layihədəki iştirakına görə aktrisa ölümündən sonra "İnformasiya proqramında Ən Böyük Fərdi Nailiyyətə görə" Praym-Taym "Emmi" mükafatına layiq görülmüşdür.[10][20][21] Kinoda göstərdiyi fəaliyyətə və uğurlu karyerasına görə Odri Hepbern BAFTA-nın Xüsusi Mükafatına, "Qızıl Qlobus"un fəxri Sesil B. De Mill mükafatına, Kino sahəsinə verdiyi töhfələrə görə ABŞ Kinoaktyorlar Gildiyasının mükafatına"Toni" Xüsusi Mükafatına layiq görülmüşdür.[22][23][24][25]

Kinodakı rolları

[redaktə | mənbəni redaktə et]
A still of Hepburn in character as Princess Ann in the film Roman Holiday
Odri Hepbern "Roma tətilləri" filmində (1953)
A still of Hepburn on the left opposite William Holden on the right in the film Sabrina.
Odri Hepbern və tərəf-müqabili Uilyam Holden "Sabrina" filmində (1954)
Kino rollarının siyahısı
Filmin adı Orijinal adı İl Rol Qeydlər İstinadlar
Yeddi dərs ərzində hollandlar nid. Nederlands in Zeven Lessen 1948 Stüardessa [26]
Yabanı yulaf dənəsi ing. One Wild Oat 1951 otel işçisi [26]
Gənc qadınların hekayələri ing. Young Wives' Tale 1951 İv Lester [27]
Cənnətdə gülüş ing. Laughter in Paradise 1951 Frielda [28]
Lavender Hill dəstəsi ing. The Lavender Hill Mob 1951 Çikita [29]
Gizli adamlar ing. Secret People 1952 Nora Brentano [30]
Monte Karlonun uşaqları ing. Monte Carlo Baby 1952 Linda Farrell
Melissa Farrell (Fransa versiyasında)
Eyni zamanda həm ingilis, həm də fransız dilində olan film.
fr. Nous irons à Monte-Carlo
[31]
[32]
[33]
Roma tətilləri ing. Roman Holiday 1953 Şahzadə Anna [34]
Sabrina ing. Sabrina 1954 Sabrina Feyrçayld Böyük Britaniyada: Sabrina Fair [35]
[36]
Hərb və sülh ing. War and Peace 1956 Nataşa Rostova [37]
Günortadan sonra məhəbbət ing. Love in the Afternoon 1957 Ariana Şavess [38]
Məzəli sima ing. Funny Face 1957 Co Stokton [39]
Yaşıl məkanlar ing. Green Mansions 1959 Rima [40]
Rahibənin hekayəti ing. The Nun's Story 1959 Lük Bacı [17]
Bağışlanmamış ing. The Unforgiven 1960 Reyçel Zaxariya [17]
Tiffanidə səhər yeməyi ing. Breakfast at Tiffany's 1961 Holli Qolaytli [17]
Uşaqların saatı ing. The Children's Hour 1961 Karen Rayt [17]
Şarada ing. Charade 1963 Recina Lempert [41]
Paris isti olanda ing. Paris When It Sizzles 1964 Qabriell Simpson [42]
Mənim gözəl xanımım ing. My Fair Lady 1964 Eliza Dulitl [17]
Milyonu necə oğurlamalı ing. How to Steal a Million 1966 Nikol Bonne [17]
İki nəfər yolda ing. Two for the Road 1967 Coanna Volles [43]
Qaranlığadək gözlə ing. Wait Until Dark 1967 Süzi Hendriks [44]
Robin və Merian ing. Robin and Marian 1976 Merian [45]
Qan xətti ing. Bloodline 1979 Elizabet Ruff [46]
Onların hər biri güldü ing. They All Laughed 1981 Anjela Niotis [47]
Həmişə ing. Always 1989 mələk [48]
A photograph of Hepburn on the right and Mel Ferrer on the left in the television episode Mayerling
Odri Hepbern və Mel Ferrer "Mayerlinq" (1957) televiziya tamaşasında
Televiziya işlərinin siyahısı
Proqramın adı Orijinal adı İl Rol Telekanal Qeydlər İstinadlar
Şənbə gecəsinin tamaşası ing. Saturday Night Revue 1950 Naməlum BBC Television Service 3 tamaşa [49]
[50]
[51]
Şənbə gecəsi teatrı ing. Sunday Night Theatre 1951 Seliya BBC Television Service "Sakit kənd" tamaşası [52]
CBS Televiziya Emalatxanası ing. CBS Television Workshop 1952 Virciniya Forsayt CBS "Cənnətin kandarında yağışlı gün" tamaşası [53]
[54]
Prodüser meydançası ing. Producers' Showcase 1957 Mariya fon Veçera NBC "Mayerlinq" tamaşası [55]
Sevgi dünyası ing. A World of Love 1970 Özü CBS Xüsusi UNICEF buraxılışı [56]
Oğrular arasında məhəbbət ing. Love Among Thieves 1987 Karolina Dü Lak American Broadcasting Company Televiziya filmi [57]
[58]
Amerika ustaları ing. American Masters 1988 Özü PBS "Rejissoru Uilyam Uayler" bölümü
Sənədli film
[59]
Qreqori Pek: Onun şəxsi dünyası ing. Gregory Peck: His Own Man 1988 Özü Cinemax Sənədli film [60]
Odri Hepbernlə dünyanın bağçaları ing. Gardens of the World with Audrey Hepburn 1993 Özü PBS Sənədli silsilə [61]

Səhnə rolları

[redaktə | mənbəni redaktə et]
Teatr rollarının siyahısı
Tamaşanın adı Orijinal adı İl(lər) Rol Teatr Qeydlər İstinadlar
Böyük düyməli ayaqqabılar ing. High Button Shoes 1948–49 Xordakı qız London Hippodromu [62]
Tartar sousu ing. Sauce Tartare 1949 Xordakı qız Kembric Teatrı [17]
[63]
Pikuant sousu ing. Sauce Piquante 1950 Dəvət olunmuş ifaçı Kembric Teatrı [17]
Jiji ing. Gigi 1951 Jiji Fulton Teatrı 24 noyabr 1951 – 31 may 1952 [64]
Undina ing. Ondine 1954 Undina Riçard Rocers Teatrı
(46-cı küçə teatrı)
18 fevral 1954 – 3 iyul 1954 [65]
  1. Corliss, Richard. "Audrey Hepburn: Still the Fairest Lady". Time. Time Inc. 20 January 2007. 11 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 July 2015.
  2. "Audrey Hepburn tops beauty poll". BBC. 31 May 2004. 20 July 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 July 2015.
  3. "AFI's 50 Greatest American Screen Legends". Amerika Film İnstitutu. 13 January 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 July 2015.
  4. 1 2 Billson, Anne. "Audrey Hepburn: a new kind of movie star". The Telegraph. Telegraph Media Group. 29 December 2014. 16 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  5. Cocozza, Paula. "Audrey Hepburn: Portraits of an Icon review – beautiful, but unrevealing". The Guardian. Guardian Media Group. 1 July 2015. 11 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 July 2015.
  6. Wilson, Bee. "The cult of Audrey Hepburn: how can anyone live up to that level of chic?". The Guardian. Guardian Media Group. 19 June 2015. 16 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 July 2015.
  7. Woodward, 2012. səh. 54
  8. Woodward, 2012. səh. 139
  9. "Audrey Hepburn's Fashionable Life in Rome". Vanity Fair. Condé Nast. May 2013. 22 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  10. 1 2 Buchanan, Rose Troup. "Audrey Hepburn 85th birthday celebrated with Google Doodle". The Independent. Independent Print Limited. 4 May 2014. 24 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  11. "The 26th Academy Awards". Academy of Motion Picture Arts and Sciences (AMPAS). 2 April 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  12. "Film in 1954". Britaniya Akademiya Film mükafatı (BAFTA). 2 August 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  13. "Audrey Hepburn". Hollywood Foreign Press Association. 8 July 2015 tarixində arxivləşdirilib.
  14. Gitlin, 2008. səh. 115
  15. Crowther, Bosley. "Sabrina (1954) Screen: 'Sabrina' Bows at Criterion; Billy Wilder Produces and Directs Comedy". The New York Times. Arthur Hays Sulzberger. 23 September 1954. 10 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 July 2015.
  16. Woodward, 2012. səh. 393
  17. 1 2 3 4 5 6 7 8 9 10 11 12 Gitlin, 2008. səh. 116
  18. Ryan, Pat. "Forever a Gamine at Tiffany's". The New York Times. Arthur Ochs Sulzberger, Jr. 14 March 2013. 17 April 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  19. 1 2 James, Caryn. "Audrey Hepburn, Actress, Is Dead at 63". The New York Times. Arthur Ochs Sulzberger, Jr. 21 January 1993. 26 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  20. "Awards Search". Academy of Television Arts & Sciences. 2015-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  21. "Gardens of the World With Audrey Hepburn". The New York Times. Arthur Ochs Sulzberger, Jr. 10 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  22. "100 BAFTA Moments - Audrey Hepburn Receives the Special Award". Britaniya Akademiya Film mükafatı (BAFTA). 24 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  23. "Cecil B. DeMille Timeline". Hollywood Foreign Press Association. 8 July 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  24. "29th Life Achievement Recipient, 1992". Screen Actors Guild Awards. 24 April 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  25. "Audrey Hepburn". Playbill Vault. 8 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 July 2015.
  26. 1 2 Woodward, 2012. səh. 381
  27. "Young Wives' Tale (1951)". Turner Classic Movies. 10 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  28. Woodward, 2012. səh. 382
  29. Woodward, 2012. səh. 92, 382
  30. "The Secret People (1952)". Turner Classic Movies. 9 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  31. Spoto, 2007. səh. 43
  32. "Audrey Hepburn". British Film Institute. 1 December 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  33. G., O. A. "Monte Carlo Baby (1953) At the Palace". The New York Times. Arthur Hays Sulzberger. 29 May 1954. 10 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  34. Woodward, 2012. səh. 124, 383
  35. "Sabrina (1954)". Turner Classic Movies. 14 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  36. Woodward, 2012. səh. 384
  37. "War and Peace (1956)". Turner Classic Movies. 23 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  38. "Love in the Afternoon (1957)". Turner Classic Movies. 12 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  39. "Funny Face (1957)". Turner Classic Movies. 10 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  40. Woodward, 2012. səh. 386–387
  41. Sherwin, Adam. "Hollywood Silences Leading Ladies as Speaking Roles for Women Slump". The Independent. Independent Print Limited. 15 May 2013. 16 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  42. "Paris When It Sizzles (1964)". Turner Classic Movies. 2 July 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  43. "Two for the Road (1967)". Turner Classic Movies. 10 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  44. "Wait Until Dark (1967)". Turner Classic Movies. 26 September 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  45. "Robin and Marian (1976)". Turner Classic Movies. 10 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  46. "Bloodline (1979)". Turner Classic Movies. 9 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  47. "They All Laughed (1981)". Turner Classic Movies. 10 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  48. Woodward, 2012. səh. 390–391
  49. "15 July 1950". BBC. 24 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  50. "29 July 1950". BBC. 24 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  51. "12 August 1950". BBC. 24 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  52. "Hugh Williams and Joyce Redman in 'The Silent Village'". BBC. 24 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  53. "CBS Television Workshop, The: Rainy Day in Paradise Junction". Paley Center for Media. 11 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  54. Gitlin, 2008. səh. 39
  55. Woodward, 2012. səh. 201, 391
  56. Fearn-Banks, 2009. səh. 494
  57. Woodward, 2012. səh. 392
  58. "Love Among Thieves (1987)". Turner Classic Movies. 11 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  59. Woodward, 2012. səh. 391
  60. Molyneaux, 1995. səh. 247
  61. "Gardens of the World with Audrey Hepburn". TV Guide. 17 November 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  62. Woodward, 2012. səh. 63–64
  63. Woodward, 2012. səh. 67, 69
  64. "Gigi". Internet Broadway Database. 16 April 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 May 2015.
  65. "Ondine". Internet Broadway Database. 1 April 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 May 2015.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]