Obyekt-yönlü qrafika
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Obyekt-yönlü qrafika (object-oriented graphics) – kompüterdə işlənmiş və qrafik primitivlərə (məsələn: xətlərə, əyrilərə, dairələrə, kvadratlara) əsaslanan görüntü. Tətbiqi proqramlarda, məsələn, avtomatlaşdırılmış layihələndirmə, rəsmxət və rəsm proqramlarında (CAD) istifadə olunan obyekt-yönlü qrafika görüntünü riyazi olaraq görüntüdəki obyektləri yaratmaq üçün göstərişlər (INSTRUCTION) toplusu kimi təsvir edir. Bu yanaşma görüntülərin yaradılmasının başqa bir geniş yayılmış üsuluna – rastr qrafikasına qarşı qoyulur. (Rastr qrafikasında qrafik simvol müəyyən qaydada yerləşmiş qara və ağ, yaxud rəngli nöqtələrdən ibarət qruplar şəklində təqdim olunur.) Obyekt-yönlü qrafika obyektləri ayrıca vahidlər kimi idarə etməyə imkan verir: məsələn, xəttin uzunluğunu dəyişmək və ya dairəni böyütmək; rastr qrafikasında isə bunun üçün xəttə və ya dairəyə təkrar fərdi nöqtələr yerləşdirmək lazımdır. Obyektlər riyazi təsvir olunduğundan obyekt-yönlü qrafikada görüntünün varisliyi, fırlanması və miqyaslanması (böyüdülüb-kiçildilməsi) nisbətən asan təmin edilə bilir.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]Obyekt yönlü proqramlaşdırma Arxivləşdirilib 2017-05-21 at the Wayback Machine