Nuri əl-Maliki
Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. |
Nuri əl-Maliki | |
---|---|
ərəb. نوري المالكي | |
| |
20 may 2007 – 8 sentyabr 2014 | |
Sonrakı | Heydər əl-Abadi |
Şəxsi məlumatlar | |
Doğum adı | نوري كامل المالكي |
Doğum tarixi | 20 iyun 1950 (74 yaş) |
Doğum yeri |
|
Fəaliyyəti | siyasətçi |
Uşağı | 5 |
Dini | islam, şiəlik |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Nuri əl-Maliki (ərəb. نوري كامل المالكي; 20 iyun 1950, Əl-Hindiya[d], Kərbəla mühafəzəsi) — İraqın baş naziri.
Həyatı
[redaktə | mənbəni redaktə et]1950-ci ildə İraqın Hillə şəhərində anadan olan İraqın sabiq baş naziri Nuri əl-Malikinin ailəsi "Bəni Malik" adlı məşhur ərəb qəbiləsinə mənsubdur.
Orta məktəbi Babil şəhərində bitirdikdən sonra Ərbildəki Səlahəddin universitetinin Ərəb ədəbiyyatı fakültəsinə daxil olan Nuri təhslini bakalavr və magistr pilləsi ilə bitirib. Maraqlıdır ki, Birləşmiş İraq İttifaqı tərəfindən baş nazir postuna namizəd kimi irəli sürülmədən əvvəl Nuri əl-Maliki Cavad əl-Maliki adını daşıyıb. Xatırladaq ki, Maliki 80-ci illərdə üzvü olduğu "Döyüş" partiyasının Səddam rejimi tərəfindən təqib edilməsindən sonra İraqı tərk etməyə məcbur olmuşdu.
1980–1990-cı illərdə Suriyada sürgün həyatı yaşayan Maliki Səddam rejiminə qarşı mübarizə aparmaq məqsədilə qurulan "Döyüş" partiyasının hərbi qanadına rəhbərlik edib. Nuri əl-Maliki Əbüləziz əl-Həkimin rəhbəri olduğu Birləşmiş İraq İttifaqını təşkil edən yeddi qrupdan biri olan "Döyüş" partiyasının İbrahim Cəfəridən sonra ikinci siyasi fiqurudur. Məlumat üçün bildirək ki, İraqın ən qədim və qabaqcıl şiə yönlü partiyalarından olan "Döyüş" partiyası 1958-ci ildə Ayətullah Seyyid Məhəmməd Baqir əl-Sədr tərəfindən yaradılıb. Hal-hazırda müxtəlif parçalanmalara məruz qalan "Döyüş" partiyasının ən böyük qrupuna İraqın sabiq baş naziri İbrahim Cəfəri rəhbərlik edir.
Səddam rejiminin 2003-cü ildə dağılmasından sonra ölkəsinə geri dönən Maliki evli və dörd uşaq atasıdır.
Qeyd edək ki, Maliki Səddam rejiminin dağılmasından sonra dövlət daxilindəki və ordudakı rəhbərlərin təmizlənməsi üçün yaradılan komissiyanın üzvü olmaqla yanaşı, baş nazir seçildikdən sonra qonşu ölkələrlə münasibətlərin inkişaf etdirilməsinə də səy göstərir. Yeni qurulan dövlətdə rasizmə və ayrı-seçkiliyə yol verilməyəcəyini bildirən Maliki Səddam rejiminin etdiyi səhvlərin təkrarlanmayacağını da bildirib. Bununla yanaşı, Nuri əl-Maliki baş nazir seçildikdən sonra ölkənin üzləşdiyi ən böyük problemlərdən birinin – təhlükəsizlik məsələsinin həllinə nail olunması üçün "Milli Birlik və Sülh planı"nı gündəmə gətirib. Ancaq hazırda Nuri əl-Maliki hökuməti işğal, təhlükəsizlik problemi, iqtisadi durğunluq və işsizlik, müxtəlif ictimai qruplar arasında əmələ gələn inamsızlıq və sair kimi mühüm və ciddi məsələləri həll edən hökumət olmaqdan daha çox böhran hökuməti rolu oynamaq məcburiyyətindədir.