Naxçıvan-na-Donu
Keçmiş şəhər | |
Naxçıvan-na-Donu | |
---|---|
Нахичевань-на-Дону | |
47°13′53″ şm. e. 39°45′25″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1779 |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Naxçıvan-na-Donú (rus. Нахичевань-на-Дону, erm. Նոր Նախիջևան) — keçmişdə Don çayının sağ sahilində yerləşən, hazırda isə Proletarski rayonu adlanan keçmiş şəhər. Şəhər II Yekaterinanın əmri ilə Krımdan köçürülmüş ermənilər tərəfindən salınmışdır (14 noyabr, 1779). Şəhəri salan əsas şəxslərdən biri kimi knyaz İosif Aqrutinski idi. Onun şərəfinə hətta 1999-cu ildə Svoboda meydanında abidə ucaldılmışdır. 1928-ci ildə Naxçıvan-na-Donu şəhəri Rostov-na-Donu şəhərinə birləşdirilmiş və Proletarnı rayonu adlandırılmışdır[2].
Tarixi
[redaktə | mənbəni redaktə et]Krımdan gəlmiş ermənilər 1779-cu ildə qaladan şərqdə Nor-Naxçıvan şəhərini salırlar. Şəhərin plan layihəsinin hazırlanmasında məşhur rus arxitektoru İvan Yeqoroviç Starov[3] fəal iştirak etmişdir. 9 avqust 1797-ci ildə qala və Nor-Naxçıvan Novorossiysk quberniyası Rostov qəzasına daxil edilmişdir. Rostov-Naxçıvan arasındakı sərhəddə hazırda Teatralnaya rayonu yerləşir. 1838-ci ildə Nor-Naxçıvan Naxçıvan-na-Donu şəhəri adlandırılır.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Əhalisi: 1896 il. 32 174 (kişi 15 572, qadın 16 602). Şəhərin köklü əhalisi 14 618 təşkil edirdi. Dini tərkibi:erməni-qriqoryan 18 895, provaslav 10 965, katolik 212, protestant 145, yahudi 634, maqometan 225, digər dinlərun nümayəndəsi 588. Sosial tərkibi:dövlət xidmətçiləri 168, din xidmətçiləri 146, fəxri vətəndaş və tacirlər 892, hərbçilər 1896, kəndlilər 6435, digər məslək sahibləri 167.
Şəhərfə fəaliyyət göstərirdu: ictimai kitabxana, Şəhər teatrı, ermənilərə aid dini idarə, naxçıvan-bessarab erməni seminariyas, erməni uşaqları üçün uçili, dramaturgiya incəsənətini sevənlər üçün cəmiyyət, "Popeçebiya" erməni qadınlar cəmiyyəti. Burada 6 erməni kilsə məktəbi fəaliyyət göstərirdi. Şəhərin gəlirləri: 1895 ilə 166 870 rubl., xərcləri — 142 465 rubl.
Şəhərdə olan mühüm obyektlər: şəhər xəstəxanası, 2 aptek; 2 yahudi dua məktəbi, qızlar gimnaziyası, dördsinifli şəhər uçilişi, yaxt klub.
Tanınmış sakinləri
[redaktə | mənbəni redaktə et]- Moisey Serqeeviç Acemov (1878–1950) — rus siyasətçisi, Konstitutsiya-Demokratiya partiyasının üzvü.
- Petrovı Qay Amatuni — sovet yazıçısı
- Seqey Teodorosoviç Qalacev (Sarkis Alacyan) (1902 — 1954)— sovet-erməni hərbi-siyasi xadimi, general-leytenant
- Mixzael Nambaldiyan — erməni publisist və şair. İnqilabi demokrat,
- Rafael Patkanyan — yazıçı
- Martiros Serqeviç Saryan — rəssam
- Mark Vladimiroviç Qriqoryan — arxitektor
- Qeorqi Baronoviç Tusuzov — aktyor
- Marietta Şiqanyan — yazıçı
- Miron Merjanov — arxitektor
- Pavel Luspekaev — aktyor
- VI Qeorq (Çörəkçiyan) — bütün ermənilərin katolikosu (1945–1954)
- Aleksandr Fyodoroviç Myasnikov (Myaskinyan) — inqilabçı, dövlət xadimi
- Qevork Andreeviç Vartanyan — sovet kəşfiyyatçısı, Sovet İttifaqı qəhrəmanı.
Fotoqalereya
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ "Официальный портал городской Думы и Администрации Ростова-на-Дону". 2013-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-04.
- ↑ "Нор-Нахичеван (Новый Нахичевань)". 2006-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-04.