Naibə Əlibəyova

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Naibə Əlibəyova
Doğum tarixi 15 noyabr 1963(1963-11-15)
Doğum yeri
Vəfat tarixi 6 mart 2024(2024-03-06) (60 yaşında)
Vəfat səbəbi xərçəng xəstəliyi
Fəaliyyəti aktrisa
Təhsili

Naibə Əlibəyova (15 noyabr 1963, Bakı6 mart 2024) — azərbaycanlı aktrisa.

1963-cü ilin noyabr ayının 17-də Bakı şəhərində anadan olub. 9 nömrəli məktəbi bitirib 1979-cu ildə Mədəniyyət və İncəsənət Universitetinin "Mədəni - maarif işi" fakültəsinin "Kütləvi tamaşalar rejissoru" ixtisasına qəbul olunub. Universiteti bitirdikdən sonra Dəvəçi rayonuna Mədəniyyət evinin müdiri vəzifəsinə təyin olunub. Üç il təyinat müddətini başa vurandan sonra Bakıya qayıdıb və 1992-ci ilə qədər Musiqili Komediya Teatrında çalışıb.[1] N. Əlibəyova daha çox "Bəyin oğurlanması" filmindəki Gülbadam rolu ilə tanınıb. Xərçəng xəstəliyindən əziyyət çəkirdi.[2] 6 mart 2024-cü ildə vəfat edib.[3][4]

Bir qızı və Rüqayyə adlı bir nəvəsi var.[1]

  1. 1 2 "Aktrisa: "İstənilən kişi gözəl qadın görəndə çaşa bilər"- FOTO". Day.Az (rus). 2013-09-02. 2018-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-07.
  2. https://axsam.az/news/70643-beyin-ogurlanmasinin-miris-ve-gulbadami-32-il-sonra--foto
  3. "Aktrisa Naibə Əlibəyova dünyasını dəyişib". Qafqazinfo.az.
  4. "Aktrisa Naibə Əlibəyova vəfat edib – FOTO". Oxu.Az (az.). 2024-03-07. 2024-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-07.