Nəsir Məmmədov
Nəsir Məmmədov | |
---|---|
Məmmədov Nəsir Nəsirzadə | |
Doğum tarixi | |
Doğum yeri | Çar Rusiyası, İrəvan quberniyası, Ordubad, Dəstə |
Vəfat tarixi | (75 yaşında) |
Vəfat yeri | Bakı |
Vətəndaşlığı | Azərbaycan SSR |
Milliyyəti | Azərbaycanlı |
Elm sahəsi | Dilçilik |
Elmi dərəcəsi | Filologiya elmləri doktoru |
Elmi adı | Professor |
İş yerləri | Azərbaycan Dövlət Universiteti, Cəlil Məmmədquluzadə adına Naxçıvan Müəllimlər İnstitutu, Azərbaycan Pedaqoji Dillər İnstitutu |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Nəsir Məmmədov (tam adı: Məmmədov Nəsir Nəsirzadə;10 may 1907, Dəstə, Ordubad rayonu – 25 iyul 1982, Bakı) — dilçi alim[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]10 may 1907-ci ildə Ordubad rayonun Dəstə kəndində anadan olmuşdur.
Təhsili
[redaktə | mənbəni redaktə et]1925-ci ildə orta məktəbi bitirmiş, 1928-1929-cu illərdə Zaqafqaziya Kommunist Universitetinə daxil olmuşdur. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini bitirmişdir.
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Əmək fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Azərbaycan Ali məktəb və Elmi İdarə İşçiləri Həmkarlar İttifaqı Respublika komitəsinin sədri, Bakının sabiq Keşlə rayon partiya komitəsinin katibi vəzifələrində çalışmışdır.
Pedaqoji və elmi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]1942-1945-ci illərdə C.Məmmədquluzadə adına Naxçıvan Müəllimlər İnstitutunun direktoru olmuş, burada dilçilik kafedrasına rəhbərlik etmişdir. 1945-ci ildən yenidən BDU-nun Ümumi dilçilik kafedrasında çalışmağa başlamış, 22 il bu kafedrada dosent və professor vəzifələrində işləmişdir. 1947-ci ildə namizədlik, 1964-cü ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1967-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda Azərbaycan dilçiliyi kafedrasının müdiri olmuşdur.1972-ci ildə yenidən BDU-nun Ümumi Dilçilik kafedrasına keçərək orada professor vəzifəsində çalışmışdır. Azərbaycanda nəzəri dilçiliyin yaradıcılarındandır.[2] Nəzəri dilçilik sahəsindəki fəaliyyəti Azərbaycanda bu sahədə elmi fikri xeyli zənginləşdirmişdir.
Əsərləri
[redaktə | mənbəni redaktə et]- Dilçiliyin əsasları, Bakı,1961
- Dilçiliyə giriş (A.Axundovla birgə), Bakı,1966
- Azərbaycan dilçiliyinin nəzəri əsasları, Bakı, 1970
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Məmmədov Nəsir Nəsirzadə" (PDF). 2022-03-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-06-15.
- ↑ "Azərbaycan dilçilik elminin yaradıcılarından biri". 2017-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-15.