48°10′42″ şm. e. 23°20′59″ ş. u.HGYO

Nərgizlər vadisi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Nərgizlər vadisi
ukr. «Долина нарцисів»
Çiçək açmış nərgizlər vadisi
Çiçək açmış nərgizlər vadisi
BTMB kateqoriyası — Ia (Ciddi Təbiət Qoruğu)
Sahəsi 256,5 ha
Mütləq hündürlüyü 180—200 m
Yaradılma tarixi 1992
İdarəetmə orqanı Karpat biosfer qoruğu
Yerləşməsi
48°10′42″ şm. e. 23°20′59″ ş. u.HGYO
Ölkə  Ukrayna
Yerləşməsi Zakarpatiya vilayəti
Yaxın şəhər Xust
Nərgizlər vadisi xəritədə
Nərgizlər vadisi
Nərgizlər vadisi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

«Nərgizlər vadisi» (ukr. «Долина нарцисів») — Karpat biosfer qoruğunun xüsusi qorunan massivi. Ərazi Ukraynanın qərbində, Zakarpatiya vilayətinin ərazisində yerləşir. 1992-ci ildə Karpat biosfer qoruğunun tərkibinə və Biosfer qoruqlarının ümumdünya şəbəkəsinə daxil edilmişdir.[1]

Qoruq dəniz səviyyəsindən 180-200 metr yüksəklikdə, Xustsko-Solotvinski vadisinin qərbində, Tisa çayının qədim terrasında yerləşir. Qoruğun sahəsi 257 hektar olub düzənlik relyefə malikdir.

Relikt nərgizlər vadisinin yaranmasına səbəb buzlaq epoxaları olmuşdur. Dağlıq ərazilərdən buzlağın təsiri ilə sürüşərək aşağıya enən böyük torpaq kütləsi ilə həm də unikal bitkilər də gəlmişdir. Buzlağın çəkilməsindən sonra yüksəkliklərdən axıb gələn sular ərazinin akklimatizasiyasına səbəb olmuş və nərgiz bitkisi geniş əraziyə yayılmışdır. Tədricən bölgədə palıd meşələri çoxalmış və nərgizgüllərinin ərazisi tədricən azalmışdır. Sovetlər zamanı bölgədə geniş kənd təsərrüfatı işləri aparılmış və sonda 50 hektara yaxın nərgizgülü olan ərazi məhf edilmişdir. 1992-ci ildən əraziyə qoruq statusu verilmişdir.[2]

Elmi əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

«Nərgizlər vadisi» — unikal botanika obyekti olub, Orta Avropada kiçik ərazidə ensizyarpaq nərgizgülü (Narcissus angustifolius) qorunub saxlanılır.[3] Müsair klassifikasiyada o Poetik nərgizgülü[rus.] növünün tərkibinə daxildir.[4] Bu növ əslində Orta Avropanın Alp, BalkanKarpat dağlarının 1100—2060 metr hündürlükdə olan ərazilərində yayılıb. O üzdən ensizyarpaq nərgizgülü relikt hesab olunur və 1980-cı ildən Ukraynanın Qırmızı kitabına daxil edilmişdir.[5]

Vadidə 498 növdən çox bitki mövcuddur, hansı ki, onlardan Achillea salicifolia, Fuks boşləçəyi, Sibir süsəni, Anacamptis coriophora, Ağ qaytarma və s. nadir növlər hesab olunur. 15 növ çiçəkli bitki qırmızı kitaba salınıb. Nərgizgüllərinin çiçəkləməsi may ayının sonun təsadüf edir.[6]

Vadinin panoraması

[redaktə | mənbəni redaktə et]
Nərgizlər vadisinin panoraması
  1. "Carpathian Biosphere Reserve Information UNESCO.org". 2008-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-07-16.
  2. "КОЛИБА: портал про Закарпаття - Сезон цвітіння нарцисів закінчується". web.archive.org. 2008-01-25. 2008-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-25.
  3. "Заповедный массив «Долина нарциссов» Веб-Сайт Карпатского биосферного заповедника". 2008-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-06-11.
  4. "World Checklist of Selected Plant Families: Royal Botanic Gardens, Kew". 2013-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-31.
  5. "Нарцис вузьколистий - 1996". web.archive.org. 2008-02-12. Archived from the original on 2008-02-12. İstifadə tarixi: 2024-03-25.
  6. "WebCite query result" (PDF). webcitation.org. İstifadə tarixi: 2024-03-25.