Nəhəng yapon salamandrası
Nəhəng yapon salamandrası | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Nəhəng yapon salamandrası |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Nəhəng yapon salamandrası[2] (lat. Andrias japonicus) — Andrias cinsinə, Suda-quruda yaşayan quyruqlular fəsiləsinə aid olan növ. Ölçülərinə görə dünyanın ikinci ən böyük salamandralarıdır. Rekord isə 1,8 m uzunluqlu Nəhəng çin salamandrasıdır
İlk dəfə 1820-ci ildə alman realist janrında əsərlər yazan Filip Frans fon Zimbold tərəfindən qeydə alınmışdır. Bu zaman o, Yaponiyanın Naqasaki prefekturasına daxil olan Deşima adasında yaşayırdı. O, ovlanmış salamandranı Hiderlandın Leyden şəhərinə göndərmişdir.
Yaponlar onların ətindən yararlanır və onu dilekates hesab edirlər[3][4]
Yayılması
[redaktə | mənbəni redaktə et]Bu növ salamandralar Yaponiya adalarının endemik canlısıdır. Onlar əsasən Honşu adasının qərbi, Şikoku bütün ərazisində və Kyuşuda yayılmışlar.[4]
Xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Nəhəng yapon salamandrası xariçi görünüş baxımından Nəhəng çin salamandrasına (lat. Andrias davidianus) bənzəsədə yalnız başında olan ziillərinə görə fərqlənir.[5]
Rəngləri tünd qəhvəyi və qara tonlara sahib olurlar. Başları böyük və enli olur. Qəlsəmələri yetkinlik yaşına çatdıqdan sonra yoxa çıxır. Ətraflarının sonları qısa və kök olur. Ön ətraflarda 4, arxa ətraflarda isə 5 barmaq olur.
Onlar pis görmə qabiliyyətinə malikdirlər. Əsasən digər hiss etmə orqanlarına əsaslanaraq hərəkət edirlər. Metabolizm xüsusiyyətinə malikdirlər. Həftələrlə aç qala bilirlər[6] Ümumi uzunluqları 30 - 150 sm arasında dəyişir. Bədənin uzunluğu 20 - 90 sm, orta uzunluqları isə 60-70 sm-dir. Təbiətdə aşkarlanan ən iri salamandra 26,3 kq çəkiyə və 136 sm uzunluğa malik olmuşdur[7]
Onların maksimal ömrü 55 il çəkir. Salamandralarda regenerasiya baş verir.
Həyat tərzi
[redaktə | mənbəni redaktə et]Ömrünün böyük hissəsini suda keçirir. Tənəffüs əsasən dərisi ilə həyata keçirir. Gecələr aktivləşir. Xüsusi ilə soyuq dağ bulaq və çayırında yaşayırlar.[3]. Balıqlar, suda-quruda yaşayanlar, xərçəngkimilər və cücülərlə qidalanır. Çoxlma dövrü avqust-sentyabr aylarına təsadüf edir.
Dişilər yumurtaları sahildə və dərinliyi 1–3 m arasında olan yuvalarda saxlayır. Yumurtaların sayı bir necə yüz olur. Yumurtalar 6–7 mm diametrə malikdir. Dişilər kürüləri qoruyur. İnkubasiya dövrü 12—13°S şəraitində 60—70 gün müddətində baş verir. Yeni doğulan balalar 30 mm ölçüyə malik olur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Integrated Taxonomic Information System (ing.). 1997.
- ↑ Кузьмин С. Л. Земноводные бывшего СССР. — М.: Товарищество научных изданий КМК, 2012. — 2-е изд. — С. 249. — 370 с. — ISBN 978-5-87317-871-1
- ↑ 1 2 Е. Дунаев. "Suda-quruda yaşayan quyruqlular haqqında". Издательский дом «1 сентября». 2000-11-16. 2012-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-01-25.
- ↑ 1 2 "Описание вида Andrias japonicus" (ingilis). IUCN Red List of Threatened Species. 2012-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-01-25.
- ↑ "Andrias japonicus. Information on amphibian biology and conservation" (ingilis). Berkeley, California AmphibiaWeb. 2012-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-01-25.
- ↑ "Japanese Giant Salamander" (ingilis). Smithsonian Nathional Zoological Park. 2012-03-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-01-25.
- ↑ Andrias japonicus Arxivləşdirilib 2022-06-07 at the Wayback Machine - Amphibiaweb