55°47′44″ şm. e. 49°07′29″ ş. u.HGYO

Musa Cəlil adına Tatar Opera və Balet Teatrı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Musa Cəlil adına Tatarıstan Akademik Dövlət Opera və Balet Teatrı
tatar. Муса Җәлил исемендәге Татар Дәүләт Опера һәм Балет театры
Xəritə
Ümumi məlumatlar
Əvvəlki adları Tatar dövlət opera teatrı, Kazan opera teatrı
Teatrın tipi Musiqili
Əsası qoyulub 1939 (1874)
Teatr binası
Tutumu 750
Heyət
Direktor Raufal Muxametzyanov
Baş dirijor Renat Salavatov
Baş xormeyster Lyubov Draznina
Yerləşməsi
55°47′44″ şm. e. 49°07′29″ ş. u.HGYO
Ölkə
Yerləşir Kazan, Tatarıstan
Ünvan Rusiya Rusiya, Kazan şəhəri, Azadlıq meydanı, ev 2
Musa Cəlil adına Tatarıstan Akademik Dövlət Opera və Balet Teatrı xəritədə
Musa Cəlil adına Tatarıstan Akademik Dövlət Opera və Balet Teatrı
Musa Cəlil adına Tatarıstan Akademik Dövlət Opera və Balet Teatrı
kazan-opera.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Musa Cəlil adına Tatarıstan Akademik Dövlət Opera və Balet Teatrı (tatar. Муса Җәлил исемендәге Татар Дәүләт Опера һәм Балет театры) — Rusiya Federasiyasının ən iri teatrlarından biri. Tatarıstanın paytaxtı Kazan şəhərində yerləşir.

1917-ci ilə qədər

[redaktə | mənbəni redaktə et]

Kazanda kütləvi teatr tamaşalarının qoyulmasının başlanğıcı rəsmi olaraq 1791-ci ilə təsadüf edir. Əvvəlcə tamaşalar 400 yerlik xüsusi təchiz olunmuş salonu olan gimnaziya teatrında nümayiş olunurdu. Teatrın öz binası 1803-cü ildə (daş bünövrədə taxta teatr) indiki teatr binasının yerində tikilmişdir.

1842-ci ildə baş verən nəhəng yanğın demək olar ki, bütün şəhəri dağıtmışdır. Bu səbəbdən o illərdəki teatr binaları haqqında məlumatlar çətinliklə əldə edilir. Bu yangından sonra tamaşalar şəxsi evlərdə səhnəyə qoyulurdu.

1845-ci ildə teatrın ilk daşdan binasının təməli qoyuldu. Yeni qırmızı kərpicdən tikilmiş bina, o vaxt Teatr Meydanı hazırkı Azadlıq Meydanındakı mövcud meydanın yerində yerləşirdi. Yeni binada ilk tamaşalar 1851-ci ildən qoyulmağa başlandı. Kazanda operanın formalaşması dərin köklərə malikdir: opera həmişə dram və operetta ilə yanaşı olmuşdur. Şəhərə tez-tez qastrollara xeyli sayda opera truppaları gəlirdi. Bunlar da əsasən İtaliyanı təmsil edirdi.

Ancaq davamlı opera tamaşalarının göstərilməsi 1874-cü ildə P. M. Medvedevin teatrında başlanmışdı. 26 avqust 1874-cü ildə ilk dəfə tamamilə Kazan opera truppası sənətçiləri tərəfindən Mixail Qlinkanın "Çar üçün həyat" operası səhnəyə qoyuldu. Bu tarix Kazanda müntəzəm opera mövsümlərinin başlanğıc tarixi sayılır.

4 dekabr 1874-cü il gecəsi teatr binası yandı. 1874-cü ildə baş verən yanğından sonra 1875-ci ildə yenidən tikilən Kazan Teatrının stasionar binası, 1919-cu ildəki yanğına qədər indiki Azadlıq Meydanında yerləşirdi. Bu yanğından sonra teatr binası bərpa edilmədi.

Sovet dövründə

[redaktə | mənbəni redaktə et]

1934-cü ildə Tatarıstan Xalq Komissarları Sovetində Kazanda Tatar Dövlət Opera Teatrının (opera və balet deyil, opera teatrının) yaradılması barədə qərar qəbul etdi. 1939-cu il 17 iyun tarixində Nəcib Cihanovun "Qaçqın" operasının premyerası ilə rəsmi şəkildə teatr binasının açılışı oldu. Teatrın öz binası yox idi və digər teatrların səhnələrində tamaşalar qoyulurdu. Binanın inşasına 1936-cı ildə Moskva memarı Skvortsovun layihəsinə əsasən başlandı (digər mənbələrə görə baş memar 1937-ci ildə repressiyaya məruz qalan Nikolay Kruglov idi[1]). Daha sonra Kazan memarı İsmaqil Qaynutdinov layihəyə düzəlişlər etdi. Böyük Vətən müharibəsinin başlaması ilə əlaqədar olaraq, yeni bir böyük teatr binasının tikintisi 20 il təxirə salındı ​​və yalnız 1950-ci illərin ortalarında alman hərbi əsirlərinin əməyindən istifadə edərək tamamlandı. 28 sentyabr 1956-cı ildə Azadlıq Meydanında yeni teatr binası Nəcib Cihanovun "Altınçeç" operası ilə təntənəli şəkildə açıldı.[2] Elə həmin il teatra Sovet İttifaqı Qəhrəmanı Musa Cəlilin adı verildi. Müharibədən əvvəl nasist əsirliyində vəfat edən məşhur tatar şairi teatrın ədəbi hissəsinə rəhbərlik edirdi.

10 fevral 1941-ci ildə Tatar Dövlət Opera Evində balet kollektivinin təşkili ilə əlaqədar olaraq Tatar ASSR Xalq Komissarları Soveti teatrın adının dəyişdirilməsi barədə qərar qəbul etdi. Teatr Opera və Balet Teatrı kimi tanınmağa başladı.

1957-ci ilin iyun ayında TMusa Cəlil adına Tatar Opera və Balet Teatrı Moskvada Tatar Sənəti və Ədəbiyyatı dekadasında iştirak etmişdir. Moskvaya növbəti səfər 1986-cı ilin iyul ayında baş verdi. Böyük alqışa layiq görülən teatrın böyük qastrol turu oldu.

1988-ci ildə teatr "Akademik" adına layiq görüldü.[3]

Teatr binasının müxtəlif tərəflərində Puşkinə (Puşkin küçəsi boyunca) və Tukaya (Teatralnaya küçəsi boyunca) abidələri qoyulub. Binanın ön hissəsi Azadlıq Meydanına baxır. Qarşı tərəfdə fəvvarə, çiçək və dekorativ kollardan ibarət olan kiçik meydança düzəldilmişdir.

Musa Cəlil adına Tatar Dövlət Akademik Opera və Balet Teatrı. Rusiya Bankını sikkəsi — Seriya: "Rusiyanın Memarlıq Abidələri", 3 rubl, gümüş, 2005-ci il

Teatrın repertuarı antologiya prinsipinə əsasən formalaşır. Dünya musiqi teatrının şah əsərlərinə, rus klassiklərinə, eləcə də Tatarıstan bəstəkarlarının görkəmli əsərlərinə əsaslanır.

2001-ci ildən bədii rəhbərlik, adi akademik üslubdan kökündən fərqli olan digər istiqamətlərdə aktiv yaradıcılıq axtarışları aparmağa başladı. Söhbət, teatrın müasir dünya musiqi teatrının ən son tendensiyaları ilə uyğunlaşmasına imkan verən bir sıra beynəlxalq layihələrdən gedir.

1994-cü ildən bəri teatr hər il Qərbi və Şərqi Avropa ölkələrinə (Böyük Britaniya, Almaniya, Avstriya, İsveç, İsveçrə, Lüksemburq, Hollandiya, Portuqaliya, Danimarka, Fransa və s.) beynəlxalq qastrol səfərləri təşkil edir. Bu müddət ərzində xarici tamaşaçılara teatrın bütün opera və balet premyeralarını — ildə 100-dən çox tamaşa təqdim etmişdir. Teatrın inzibati və bədii quruluşunun spesifik bir xüsusiyyəti, teatrın uzun illərdir yaradıcı ambisiyaları toqquşmalarından, intiriqalardan uzaq olmasıdır. Belə ki, teatr "böyüklər" (rejissor, xoreoqraf, rəssam) institutundan imtina etmişdir. Bu da öz növbəsində sağlam yaradıcılıq rəqabətinin qorunmasına imkan verir. Ölkədə birincilərdən olan teatr, operanın bədii rəhbəri və baletin bədii rəhbəri vəzifələrini təsis etmişdir ki, teatrın bədii və inzibati siyasətini rejissorlar deyil, onlar həyata keçirir.

Teatrda mövcud iş təşkili forması sayəsində onun bədii sərhədləri əhəmiyyətli dərəcədə genişlənir, bu da ilk növbədə tamaşaçıya fayda verir, çünki zamanla seçilən ən yaxşısını görmək və eşitmək imkanı əldə edir, yəni yeni opera və balet şedevrləri yaradılır. 1990-cı ildə şiddətli rəqabəti və qonaq ifaçıları dəvət etmə praktikasından, eyni zamanda tamaşadan sonrakı qonorardan (tək bir şəxs üçün fərdi qonorar və zəmanətli əmək haqqı) geniş istifadə bacarığı ilə müqavilə sisteminin tətbiqi sayəsində teatr yalnız orta səviyyəli bir tamaşa səviyyəsindən və buna görə də bir çox rus teatrının taleyindən qaçmaqla yanaşı həm də milli repertuar xaricində heç bir teatrın nail olmayan səviyyəyə çatdı. Bundan əlavə, eyni aktyor heyəti ilə tamaşa iki dəfə səhnəyə qoyulmur, bunun sayəsində bütün teatr əsərlərinin premyera səviyyəsini qoruyub saxlamaq və hadisələrə təsir etmək hallarından qaçmaq mümkündür.

"FORBES" jurnalının araşdırmasına görə (Oktyabr 2009), TM. Cəlil adına Tatar Akademik Dövlət Opera və Balet Teatrı tamaşalar zamanı dolma səviyyəsinə görə Rusiyada ikinci ən böyük salondur (93%). Yalnız Sankt-Peterburqdakı Mariinski Teatrı bu siyahıda birinci yerdədir.[4]

Festival və tədbirlər

[redaktə | mənbəni redaktə et]

Musa Cəlil adına Tatar Opera və Balet Teatrı böyük beynəlxalq festivallar məkanıdır. Bura da hər il F. İ. Şalyapin opera (1982-ci ildən), R. Nuriyev adına klassik balet (1987-ci ildən bəri mövcuddur, 1993-cü ildən Rudolf Nuriyevin adını daşıyır), habelə federal, respublika və şəhər səviyyəli bir sıra digər mədəni tədbirlər keçirilir.

Teatr açıq havada hər il ədəbi tədbirlər də keçirir. Belə ki, Abdulla Tuqayın abidəsi önündə şairin doğum günündə, Puşkin abidəsi qarşısında slavyan yazılı günündə ədəbi tədbirləri baş tutur.

Teatrın baş dirijorları

[redaktə | mənbəni redaktə et]
  • 1972–1979 — İlmar Lapinış
  • 1979–1983 — Vitali Kutsenko
  • 1996–2003 — İqor Laçaniç
  • 2003 — Renat Salavatov

Operanın solistləri

[redaktə | mənbəni redaktə et]
  • Almyev, Usman Qafiyatoviç (1938–1958)
  • Abbasov, Azat Zinnatoviç (1950–1990)
  • Astafyeva, Vera Leonidovna (1895–1896)
  • Bulatova, Munira Zakirovna (1939–1978)
  • Raxmankulova, Maryam Mannanovna (1939–1960)
  • Bigiçev, Haydar Abbyasoviç (1977–1998)
  • İşbulyakov, İdeal Dövlətoviç (1956–1988)
  • Nəsrətinov, Fəxri Husainoviç (1939–1986)
  • Hismətullina, Züleyxa Gataillovna (1945–1976)
  • Dautov, Niyazi Quramşeviç (1956–1960)
  • Şaripova, Venera Qaryevna (1950–1972)
  • Borisenko, Yuri Vladimiroviç (1973–2016)
  • Vasilyev, Vladimir Mixailoviç (2006–2019)
  • Kaybitskaya, Qalia Mutyqullovna (1938–1958)
  • Protasova, Venera Yusupovna (2013-cü ildən)
  • Sungatullina, Zilyə Dayanovna (1973–2009)
  • Şərifzanova İrina Hakimovna
  • Naqayev Ənvər Həsənoviç
  1. Е. Г. Малиновская. Театр эпохи строительства социализма. Н. А. Круглов (1883–1938) (PDF) // Academia. Архитектура и строительство. № 2. 2017. 25—35.
  2. "Официальный сайт Татарского государственного академического театра оперы и балета имени Мусы Джалиля". 2018-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-04.
  3. "Татарский государственный академический театр оперы и балета имени Мусы Джалиля на сайте Туристического портала Казани". 2013-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-11.
  4. "Журнал FORBES 10/2009". 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-04.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]