Murtuzəli Rabadanov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Murtuzəli Rabadanov
avar. Мухlу Гьимбатил Гlалиев
Murtuzəli Xulatayeviç Rabadanov
bayraq
"Mahaçqala şəhəri" bələdiyyə quruluşu şəhər dairəsinin rəisi
bayraq2
6 fevral 2006 – 20 fevral 2010
ƏvvəlkiSəid Əmirov
SonrakıMaqomed Süleymanov
Dağıstan Dövlət Universitetinin rektoru
Vəzifədədir
6 mart 2008-ci ildən
ƏvvəlkiÖmər Ömərov
Şəxsi məlumatlar
Doğum tarixi 14 yanvar 1962(1962-01-14) (62 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti universitet müəllimi[d]
Hərbi xidmət
Mənsubiyyəti SSRİ SSRİ
Rusiya Rusiya
Elmi fəaliyyəti
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri doktoru

Murtazəli Xulatayeviç Rabadanov (14 yanvar 1962, Xasavyurd rayonu, Dağıstan MSSR) — 2008-ci ildən Dağıstan Dövlət Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru.

Rabadanov Murtazəli Xulataeviç 14 yanvar 1962-ci ildə Xasavyurd rayonunun Sulevkənd kəndində anadan olmuşdur. Onun valideynləri 1944-cü ildə sakinləri Çeçenistana köçürülən Daxadayevski rayonunun Sulevkənd kəndindəndir və 1957-ci ildə çeçenlərin Qazaxıstandan geri qayıtması ilə Dağıstana, Xasavyurt rayonu ərazisinə qayıtmışdılar.[1] Milliyətcə dargidir.[2]

Təhsili və elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • 1985-ci ildə Dağıstan Dövlət Universitetinin fizika fakültəsini fərqlənmə diplomu ilə bitirib.
  • 1989-cu ildə SSRİ Elmlər Akademiyasının Kristalloqrafiya İnstitutunda aspirantura təhsilini başa vurmuş, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almaq üçün dissertasiya işini müdafiə etmişdir.
  • 1989-cu ilin yanvarından 1993-cü ilin iyununa qədər Rusiya Elmlər Akademiyasının Dağıstan Elmi Mərkəzinin Fizika İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır.
  • 1993-1998-ci illərdə Dağıstan Dövlət Universitetində Fiziki Kimya kafedrasının dosenti vəzifəsində çalışmışdır.
  • 2000-ci ilin yanvarından Rusiya Elmlər Akademiyası A,V,Şubnikov adına Kristalloqrafiya İnstitutunun Struktur Analizi Laboratoriyasında baş elmi işçisi vəzifəsində çalışmışdır.
  • 2003-cü ilin fevralından 2007-ci ilin iyuluna qədər Rusiya Elmlər Akademiyasının Kristalloqrafiya İnstitutunda rentgen struktur analiz laboratoriyasının müdiri vəzifəsində çalışıb.
  • 2004-cü ildə Rusiya Elmlər Akademiyasının Kristalloqrafiya İnstitutunda fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi almaq üçün dissertasiyasını müdafiə etmişdir.
  • 2004-2007-ci illərdə Moskva Dövlət Pedaqoji Universitetinin Ümumi Kimya kafedrasında professor vəzifəsində çalışmışdır.
  • 2006-2007-ci illərdə Rusiya Elmlər Akademiyasının namizədləri və elmlər doktorları arasında keçirilən müsabiqədə görkəmli elm adamlarının qalibi kimi tanınıb.

Dağıstan Dövlət Universitetinin rektoru kimi

[redaktə | mənbəni redaktə et]

2007-ci ilin dekabr ayından Murtuzəli Rabadanov Dağıstan Dövlət Universitetinin rektoru vəzifəsini icra edir.

6 mart 2008-ci ildə universitet kollektivinin ümumi yığıncağında Murtazəli Rabadanov Dağıstan Dövlət Universitetinin rektoru seçildi. Bu Universitetə rəhbərlik etdiyi müddətdə Universitetin işində, xüsusən maddi sahədə,həmçinin elm sahəsində alimlərin fəallaşmasına, korrupsiyaya qarşı mübarizədə müsbət dəyişikliklərə nail ola bildi.

2012-ci ilin dekabrında Murtuzəli Rabadanov ikinci müddətə Dağıstan Dövlət Universitetinin rektoru seçildi.

Murtazəli Rabadanov 165 elmi nəşrin müəllifidir. Soros dosenti (1999), Görkəmli elm adamları mükafatı laureatıdır. 'Elm namizədi və elmlər doktoru (2006, 2007), Rusiya Milli Kristalloqrafiya Komitəsinin üzvüdür.[3]

İctimai və siyasi fəaliyəti

[redaktə | mənbəni redaktə et]

13 mart 2011-ci ildə "Vahid Rusiya" siyasi partiyasından 5-ci çağırış Dağıstan Respublikası Xalq Məclisinin deputatı seçilmişdir. O, həmçinin Təhsil, Elm və Mədəniyyət Komitəsinin üzvüdür.

12 may 2011-ci ildə Murtazəli Rabadanov bir müddətliyinə daha Dağıstan Respublikası Ziyalılar Konqresi Şurasının sədri seçildi. Açılış nitqində Murtuzəli Rabadanov Konqresin işini "bölgədəki ictimai-siyasi vəziyyəti sabitləşdirmək, çoxmillətli mədəniyyətin və elmin inkişafı, təhsil və səhiyyə sisteminin təkmilləşdirilməsi" proqramlarının hazırlanmasında gördüyünü bildirdi.

13 iyun 2013-cü ildə Murtuzəli Rabadanov Mahaçqala bələdiyyə başçısı vəzifəsini icra etməyə başladı.[4]

3 aprel 2014-cü ildə Murtuzəli Rabadanov Mahaçqala Bələdiyyə başçısı vəzifəsindən öz istəyi ilə istefa verdi.

Dağıstanın başçısı Ramazan Abdulatipov Mahaçqala Bələdiyyə başçısı vəzifəsindən istefa verən Murtuzəli Rabadanova şəhər üçün, şəhərin abadlaşdırılması və gözəlləşdirilməsi yolunda göstərdiyi xidmətlərinə görə onu Dağıstan Respublikasının Şərəf nişanı ilə mükafatlandırdı.[5]

  1. "Ректор самого крупного образовательного учреждения республики (ДГУ) Муртазали Рабаданов…". 2014-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-07.
  2. "Кавказский Узел | Рабаданов Муртазали Хулатаевич". 2019-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-07.
  3. "Ректор университета". 2016-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-07.
  4. "Ректор дагестанского университета Муртазали Рабаданов назначен и.о. мэра Махачкалы - Главные новости - ТАСС". 2016-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-07.
  5. "Кавказский Узел | Рабаданов Муртазали Хулатаевич". 2016-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-07.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]