Mimulus
Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Mimulus | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: ???: Mimulus |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Mimulus - latıncadan "təlxək, fokusçu" kimi tərcümə olunur.Bitki ona görə bu cür adlandırılmışdır ki,gülləri müxtəlif xallı rənglərə malikdir.Hibrid mimulus (M.x.hybrids) xallı mimulusun və sarı mimulyusun çarpazlaşdırılması nəticəsində alınmışdır.Bitkinin hündürlüyü 25 sm-dək çatır,çiçəklərin rəngi qırmızı-qəhvəyi,xallı,ağ-qırmızı ya da çəhrayı xallı,çəhrayı-qırmızı xallı olur.Hibrid mimulyusdan əlavə,gülçülükdə onun digər növlərindən: uzun çiçək saplağında qırmızı güllü mimulus (M.cardinalis),salxımlara yığılmış sarı güllü mimulusdan (M.lutens) istifadə olunur.Mimulus toxumla çoxaldılır.Toxumları 15x25 sm sxemi üzrə cərgə ilə əkilir.Mimulus tək əkilməyə yararsızdır.Bu bitki eyvanlarda,ofis interyerlərinin qarşısında qablarda əkilir və dibçək bitkisi kimi istifadə olunur.
Məlumat mənbəsi
[redaktə | mənbəni redaktə et]- Tofiq Məmmədov (botanik) "Gülçülük ensiklopediyası": Bakı: "Azərbaycan"-2016. http://dendrologiya.az/?page_id=112 Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine
- ↑ Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 283. doi:10.5962/BHL.TITLE.746
- ↑ Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 634.