Mişel Yeo
Mişel Yeo | |
---|---|
楊紫瓊 | |
Doğum tarixi | |
Doğum yeri | Malayziya |
Vətəndaşlığı | |
Fəaliyyəti | Aktisa |
Fəaliyyət illəri | 1984-cü ildən |
Üzvlüyü | |
Mükafatları |
|
IMDb | ID0000409 |
Vikianbarda əlaqəli mediafayllar |
Mişel Yeo Çu-Ken (Michelle Yeoh Choo-Kheng və ya Michelle Khan, 6 avqust 1962) — əslən Çinli olan Malayziyada dünyaya gələn Honq Konq aktrisasıdır. Döyüş filmlərində çəkilməsinə baxmayaraq əslində döyüşü filmlərdə öyrənmişdir. Onun əsas sahəsi isə rəqs və modaçılıq olub. Döyüşdə rəqsdə öyrəndiyi hərəkətlərdən və ya özü tərəfindən hazırlanan hərəkətlərdən istifadə edib. Ceki Çan ona bütün aktrisalardan fərqli olaraq fənnlərindən istifadə etməyə icazə verib. 1997-ci ildə "People" jurnalı onu "Dünyanın ən gözəl 50 insanı" siyahısına daxil edib.
Həyatı
[redaktə | mənbəni redaktə et]Mişel Yeonun atası hüquqşünas, anası isə evdar xanım olmuşdur. Mişel uşaqlıq vaxtlarında balerina ilə məşğul olurdu. Lakin onurğa sütunundan zədə aldıqdan sonra moda ilə məşğul olmağa başlayır. 1983-cü ildə Malayziyanın "Gözəllik müsabiqəsi"nin qalibi olur. Həmin ildə Londonda keçirilən "Dünya gözəli" müsabiqəsində Malayziyanı təmsil etmişdir. 1984-cü ildən başlayaraq Çarlz Cordan tərəfindən hazırlanmış Honq Konq reklamlarında Ceki Çan və Çou Yun Fat ilə birgə çəkilir. Bu ildən başlayaraq epizodik rollarda filmlərdə çıxış etməyə başlayır. İlk filmi 1984-cü ildə "Bayquş və Bombo" filmi olub. Bu filmdə Xanım Yenq rolunda çıxış etmişdir. Filmdə Sammo Hun çəkilmişdir. 1992-ci ildə Mişel Yeo "Polis əhvalatı 3" filmində Ceki Çan ilə çəkilir. Filmin çəkilişi Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində keçirilmişdir. 1997-ci ildən etibarən bir çox Honq Konq aktyor və aktrisaları kimi məşhurluq qazanmaq üçün Hollivud filmlərində çəkilməyə başlayır və məşhur olur.
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]Mişel Yeo 1984-cü ildən başlayaraq Çarlz Cordan tərəfindən hazırlanmış Honq Konq reklamlarında çıxış etməyə başlayır. Bu reklamları istehsal etmək üçün yenicə filmlər istehsal etməyə başlayan "D&B Films" kinokompaniyası köməklik göstərirdi. Bu kompaniya Mişel Yeonu filmə gətirmişdir. Kompaniyanın "D&B" heyətlərini Dikson Pun idarə edirdi. Mişel Yeo onunla 1988-ci ildə ailə həyatı qurur və film karyerasını tərk edir.[1] Lakin Mişel Yeo Diksondan 1992-ci ildə boşanır və yenidən film karyerasına başlayır. Mişel Yeo ondan ayrılmasına baxmayaraq Diksonla və onun yeni həyat yoldaşı ilə yaxşı münasibətdədir. Mişel onun qızının ikinci xaç anasıdır. Hal-hazırda Mişel Yeo "Beynəlxalq avtomobil federasiyası"nın prezidenti Jan Todt ilə görüşür. Lakin müsahibələrin birində Mişel Yeo bunu təkzib etmişdir.
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]İl | Film |
---|---|
1984 | Bayquş Bamboya qarşı |
1985 | Hə, Madam |
1985 | Mənim xoşbəxt ulduzlarım 2 |
1992 | Polis əhvalatı 3 |
1994 | Vin Çun |
1997 | Səhər heç vaxt ölməyəcək |
2000 | Oturan pələng, gizlənən əjdaha |
2005 | Qeyşanın memuarları |
2007 | Günəş işığı |
2008 | Bizim eranın Babili |
2008 | Mumiya: Əjdaha İmperatorunun Qəbri |
2011 | Kunq-fu Panda 2 |
2011 | Ledi |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "No business like Yeoh business". The Sunday Times. 2007-03-25. 2011-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-04-08.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Michelle Yeoh Web Theatre — complete website on Michelle Yeoh
- Supercop as Woman Warrior (Salon magazine).
- Interview with Michelle Yeoh on the Tavis Smiley show Arxivləşdirilib 2010-06-12 at the Wayback Machine
- Sunday Times feature
- Mişel Yeo
- Yaşayan insanlar
- 6 avqustda doğulanlar
- 1962-ci ildə doğulanlar
- Amerika İncəsənət və Elmlər Akademiyasının üzvləri
- "Fəxri Legion" ordeninin komandorları
- "Fəxri Legion" ordeni zabitləri
- Fəxri Legion ordeninin kavalerləri
- Saturn mükafatı laureatları
- Ən yaxşı qadın roluna görə Oskar mükafatı qalibləri
- Əlifba sırasına görə film sənətçiləri
- Honkonq aktrisaları