39°46′13″ şm. e. 21°11′02″ ş. u.HGYO

Metsovon

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Metsovon
Μέτσοβο
39°46′13″ şm. e. 21°11′02″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.160 m
Əhalisi
Əhalisi
  • 2.337 nəf. (2021)
Rəqəmsal identifikatorlar
Telefon kodu +30 2656
Poçt indeksi 442 00
Xəritəni göstər/gizlə
Metsovon xəritədə
Metsovon
Metsovon
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Metsovon (yun. Μέτσοβον yun. ή Μέτσοβο, arom. Aminciu) — Yunanıstanda kiçik şəhər. Şəhər dəniz səviyyəsindən 1160 metr yüksəklikdə, Pind dağlıq ərazisində, Meteora bölgəsinin qərbində və Yanindən 31 kilometr şimal-şərqdə, Salonikidən 178 kilometr cənub-qərbdə və qərbdə, Afinadan 297 kilometr şimalda yerləşir. Epir periferiyasında Yanina nomunda eyniadlı icmanın (dima) inzibati mərkəzidir. 2011-ci il siyahıyaalınmasına əsasən əhalisi 2503 nəfərdir. Sahəsi 101.908 kvadrat kilometrdir.

Yunanıstandakı ən böyük arımun icması burada yerləşir[1].

15-ci əsrdən Metsovon bölgəsi Osmanlı hakimiyyəti altında idi və Canina sancağının bir hissəsi idi. Osmanlı hakimiyyəti dövrünün sonunda bölgənin yunan və arımun əhalisi albanların tez-tez basqınlarına məruz qalırdı. Birinci Balkan müharibəsi zamanı şəhər yandırılmışdır[2].

Özünəməxsus xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Şəhər öz pendirləri ilə məşhurdur - Metsovone və Metsovel (yun. μετσοβέλα), həmçinin şərab istehsalı ilə məşhurdur. Metsovon Averoff ailəsinə məxsus Katoqi şərab zavodunun (yun. Κατώγι Αβέρωφ) evidir. Şəhərdə Georgios Averoffa həsr olunmuş Averoff Qalereyası var. Metsovon qış turizmi üçün məşhur mərkəzdir. Metsovondan 2 kilometr aralıda Baron Mixail Tositsas Fondunun xizək mərkəzi yerləşir. (yun. Χιονοδροδρομιόό έβντρο δδρύματοςαήλ τοσίτσα), beş kilometr məsafədə "Anilion" xizək mərkəzi[3] (yun. Χιονοδρομικό Κέντρο Ανηλίου Μετσόβου) tikilir. 1980-ci ildə Metsovo ərazisində 2100 metr uzunluğunda Anilion Tuneli tikilir ki[4], bu da Yunanıstanın şərq və qərb hissələri arasında əlaqə vaxtını azaltmışdır. Üstəlik tunel güclü qar yağması səbəbindən qışda çox vaxt əlçatmaz olan dolama dağ yollarında artan yüklənmədən qurtulmağa imkan vermişdir.

Görkəmli şəxsiyyətləri

[redaktə | mənbəni redaktə et]

Nikolaos Sturnaras (yun. Νικόλαος Στουρνάρας, 1806-1853) mesenat və xeyriyyəçi.

Eleni Tositsas yun. (Ελένη Τοσίτσα, 1795–1866) messenat və xeyriyyəçi.

Mixail Tositsas (Μιχαήλ Τοσίτσας, 1789–1856) messenat və xeyriyyəçi.

Georgios Averoff (1815-1899), xeyriyyəçi və iş adamı.

Evangelos Averoff (Ευάγγελος Αβέρωφ, 1910–1990) siyasətçi və Yeni Demokratiyanın keçmiş lideri.

  1. "Πίνακας αποτελεσμάτων Μόνιμου Πληθυσμού-Απογραφής 2011" (yunan). Ελληνική Στατιστική Αρχή. 2014-03-20. 2015-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-22.
  2. The Times, November 1, 1912. Page 8.
  3. "Τουρισμός. Αθλητισμός" (yunan). Δήμος Μετσόβου. 2018-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-15.
  4. "Οι Μεγαλύτερες Σήραγγες της Εγνατίας Οδού" (yunan). ΕΓΝΑΤΙΑ ΟΔΟΣ Α.Ε. 2018-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-15.