Mehmet Əli Ağca

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mehmet Əli Ağca
türk. Mehmet Ali Ağca
Doğum tarixi 9 yanvar 1958(1958-01-09)[1][2] (66 yaş)
Üzvlüyü

Mehmet Ali Ağca (9 yanvar 1958[1][2]) — türk cinayətkar.

9 yanvar 1958-ci ildə Türkiyənin Malatya vilayətində anadan olub.

1 fevral 1979-cu ildə "Milliyyət" qəzetinin baş redaktoru Abdi İpəkçini öldürüb. 25 iyun 1979-cu ildə yaxalanaraq 16 gün fasiləsiz sorğu-suala çəkilib. 11 iyul 1979-da həbs edilərək İstanbuldakı Maltəpə hərbi həbsxanasına göndərilib. 5 noyabr 1979-cu ildə xəstəxanadan qaçırılmaq istənilib, ancaq buna müvəffəq olunmayıb. 24 noyabr 1979-da Maltəpə hərbi həbsxanasından hərbi libasda qaçırılıb. 30 aprel 1980 – həbsxanadan qaçırılandan sonra İrana gedən Ağca, daha sonra Türkiyəyə qayıdaraq, Ankara Məbusevlərində (millət vəkili evləri) gizlənib. 30 avqust 1980-ci ildə Faruk Özgünün adına çıxarılmış pasportla Bolqarıstana gedib. 13 may 1981-ci ildə Vatikanda Papa II İoann Paveli tapança ilə vurub. Papa bu sui-qəsddən yaralı xilas olub. İtaliyada ömür boyu həbsə məhkum edilən Ağca, Papanın əfvindən sonra 15 iyun 2000-ci ildə Türkiyəyə gətirilərək, İstanbulun Kartal səmtindəki həbsxanaya yerləşdirilib. 12 yanvar 2006-cı ildə şərtlə həbsxanadan buraxılsa da, İpəkçi ailəsinin etirazından sonra 20 yanvarda yenidən həbsxanaya salınıb. 18 yanvar 2010-cu ildə təxminən 30 il həbsxanada yatandan sonra 52 yaşında həbsxanadan çıxıb.

Onun həbsxanada xristianlığı qəbul etdiyi barədə xəbərlər yayılıb.

  1. 1 2 Deutsche Nationalbibliothek Record #119097591 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. 1 2 Mehmet Ali Ağca // SNAC (ing.). 2010.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]