Mehmandarovlar
Mehmandarlılar | |
---|---|
Titul | Bəy |
Əcdadı | Mirzə Əli bəy Qarabaği |
Mənşəyi | Şuşa, Qarabağ |
Təbəəliyi |
Qarabağ xanlığı, Rusiya imperiyası |
Mehmandarovlar — Azərbaycan xalqının qədim və tanınmış soylarından biri.
Soyun yaranması
[redaktə | mənbəni redaktə et]Qarabağ xanlığının idarə etmə aparatında bir çox hərbi və mülkü vəzifələr vardı. Bu vəzifələrdən biri də mehmandar idi. Mehmandarın vəzifə borcu xanlığa gələn fəxri qonaqları ölkənini sərhəddində qarşılayıb, müəyyən qonalqalarda istirahət etdirib, paytaxta, divan-dərbara gətirmək idi.
Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin (1762–1806) ağalıq dönəmində mehmandar Mirzə Əli bəy idi. Mirzə Əli bəyin törəməsi sonralar Mehmandarov soyadını qəbul etdilər. Bu soyadın yaranması haqqında fərqli fərziyələr də var. Təzkirəçi Məhəmməd ağa Müctəhidzadə Mirzə Əli bəyin səxavətli, süfrəçi, qonaqpərvər olduğundan dolayı bu soyadın yarandığını qeyd edir. O, yazır: "Mirzə Əli bəy məbrur isə sahibi-süfreyi-cud və mehmannəvaz bir vücud imiş ki, o səbəbə onun övladi-əmcadi Mehmandarov məşhurdurlar"
Mehmandarovların bir qolu Lənkəran şəhərinə köçmüşdür. Mirzə Sadıq bəy Mehmandarov Şuşa şəhərində doğulmuşdur. Təhsil almaq üçün Peterburqa gedib, hüquq fakültəsini bitirmişdi. O, Hacı Mir Abbas bəy Talışinski ilə tanış olur, Hacı Mir Abbas onu Lənkərana, öz mülkünə baş hüquqçu vəzifəsində işləməyə dəvət edir.
Mirzə Sadıq bəy Mehmandarov Lənkərana gəldiyi ilk vaxtlarda ev kirayə edib yaşayır. Bir neçə ildən sonra ona evlənmək təklif edirlər. Beləliklə o, Talışinskilərdən evlənir.
Soyun tanınmış nümayəndələri
[redaktə | mənbəni redaktə et]- Kərim bəy Mehmandarov — Sankt-Peterburq Tibb Cərrahlıq Akademiyasının məzunu, tanınmış həkim, "Difai" təşkilatının Şuşa şöbəsinin sədri.
- Nağı bəy Mehmandarov — Lənkəran şəhərinin qradonaçalniki — şəhər rəisi , Səməd bəy Mehmandarovun qardaşı.
- Səməd bəy Mehmandarov — Rusiya İmperator ordusunun tam artilleriya generalı , Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Müstəqillər fraksiyasının üzvü; Azərbaycan Xalq Cümhuriyyəti hərb naziri, Azərbaycan SSR hərb xadimi.
- Mixail Tuşinski — SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü.
- Məhbubə xanım Mahmudbəyova — tibb e. d. (1961), prof. (1963), əməkdar həkim (1960), professor, Kərim bəy Mehmandarovun qızı.
- Mustafa Mehmandarov — dirijor.
Qalereya
[redaktə | mənbəni redaktə et]-
Mirzə Mustafa bəy Mehmandarov- məmur, kollec katibi
-
Kərim bəy Mehmandarov-Sankt-Peterburq Tibb Cərrahlıq Akademiyasının məzunu, tanınmış həkim, "Difai" təşkilatının Şuşa şöbəsinin sədri.
-
Səməd bəy Mehmandarov-Rusiya İmperator ordusunun artilleriya generalı, Azərbaycan Xalq Cumhuriyyətinin görkəmli hərbi xadimi.
-
Səməd bəy Mehmandarov
-
Məhbubə xanım Mahmudbəyova—tibb e. doktoru, professor, əməkdar həkim, Kərim bəy Mehmandarovun qızı
-
Mixail Tuşinski-SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü, professor, Kərim bəy Mehmandarovun oğlu. Mixail Tuşinski bacıları ilə
-
Mehmandarovların evi, Şuşa, XIX əsr.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Ənvər Çingizoğlu. Mehmandarovlar. ATŞC-nin xəbərləri, Bakı: 2002.