Maskalanma (hərb)
Maskalanma hərbi işlərdə düşməni öz qoşunlarının (qüvvələr) mövcudluğu, dislokasiyası, tərkibi, hərəkətləri və niyyətləri ilə bağlı çaşdırmağa yönəlmiş tədbirlər (strategema) məcmusudur.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]Maskalanma hərbi strategiyanın mühüm vasitəsi və əməliyyat dəstəyinin əsas növlərindən biridir. XIX əsrin ikinci yarısında sürətli atəş açan bolt-hərəkətli tüfənglərin yayılması ilə müşahidənin asanlığı məqsədilə parlaq rəngli parçadan hazırlanmış forma geyinən qoşunların sıx qruplarla hərəkət etməsi təcrübəsi praktikadan çıxmışdı. Asanlıqla maskalana bilən və düşmənin irəliləməsini dayandıra bilən pulemyot və minaatanların yayılması ilə hücum qoşunları arasında itkilər o qədər yüksək olmuşdu ki, Birinci Dünya nüharibəsi illərində döyüşlər səngər döyüşü mərhələsinə keçmişdi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Монетчиков С. Искусство быть невидимым // Братишка : Ежемесячный журнал подразделений специального назначения. — М.: ООО «Витязь-Братишка», 2012. — № 11. — С. 30-35.