Mark de Kokerey-Valmenye
Mark de Kokerey-Valmenye | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1998 və ya 1997 |
Fəaliyyəti | siyasi fəal[d] |
Hərbi xidmət | |
Döyüşlər |
Mark de Kokerey-Valmenye[1] və ya Mark De Kakkere-Valmenir[2] (fr. Marc de Cacqueray-Valménier; 1998 və ya 1997) — Fransa neonasist fəalı, cinayətkarı və terrorçusu. O, 2018-ci ildə yaranandan 2022-ci ildə ləğv olunana qədər ifrat sağçı "Paris zuavları" qruplaşmasının qurucusu və lideri hesab olunur. Kokerey İkinci Qarabağ müharibəsində Ermənistan Silahlı Qüvvələri tərəfində vuruşmuş[3] və faktla bağlı Azərbaycanda onun haqqında cinayət işi başlanılmışdır.[2]
Həyatı
[redaktə | mənbəni redaktə et]Mark de Kokerey-Valmenye 1997-ci və ya 1998-ci ildə anadan olmuşdur.[4] O, Fransa zadəgan soyuna mənsub militant ənənəvi katolik Kokerey ailəsindəndir.[5] Kokerey keçmiş Fransa Hərəkatı fəalı və Miriam de Kakarey-Valmenyerin oğludur.[6] Onun əmisioğlu "Hamı üçün nümayiş"in üzvüdür və 2020-ci il bələdiyyə seçkilərində Le-Man üzrə "Milli mitinq" siyahısına rəhbərlik edir. O, həm də ənənəçi fundamentalist keşiş Rejis de Kokerey-Valmenyenin qardaşıoğludur.[4][7]
Gənclik illərində skaut hərəkatının üzvü idi. O, iki illik ədəbi hazırlıq siniflərini bitirmiş, sonra NEOMA Biznes Məktəbində təhsil almışdır. Kokerey 2021-ci ildə oradan idarəetmə və insan resursları ixtisası üzrə məzun olunmuşdur. Daha sonra müxtəlif sahələrdə bir neçə müvəqqəti iş tapşırığı ilə getmiş, lakin zorakı ifrat sağ hərəkata bağlılığına görə özünü işsiz qalmışdır.[6]
2020-ci ilin payızında Mark de Kokerey-Valmenye İkinci Qarabağ müharibəsində Ermənistan Silahlı Qüvvələri tərəfində Azərbaycana qarşı iştirak vuruşmuşdur.[8] Faktla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə cinayət işi başlanılmışdır.[2]
Mark de Kokerey-Valmenye 21 yanvar 2022-ci ildə antifaşist hərəkatının simvolu olan bir Paris barına 2020-ci ildə hücum etdiyinə görə bir il həbs cəzasına məhkum olunmuşdur.[9]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ https://editor.az/azerbaycana-oldurmeye-gelenlerin-sadece-14-neferi-cinayet-ve-ceza
- ↑ 1 2 3 "Dağlıq Qarabağ ərazisində Azərbaycan Ordusuna qarşı döyüş əməliyyatlarında iştirak edən "Zouaves Paris" qruplaşmasının lideri barəsində cinayət işi başlanmışdır". 2023-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-02.
- ↑ "Extrême droite : le patron des Zouaves Paris part combattre au Haut-Karabakh". 2023-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-02.
- ↑ 1 2 "Le profil inquiétant du leader d'ultra-droite Marc de Cacqueray-Valmenier, arrêté après France-Maroc". RMC (fransız). 2023-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-10.
- ↑ Bourdon, Sébastien; Turchi, Marine. "Violences au meeting de Zemmour : deux militants d'ultradroite mis en examen". Mediapart (fransız). 2021-12-15. 2023-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-12.
- ↑ 1 2 Sébastien Bourdon; Matthieu Suc; Marine Turchi. "Marc de Cacqueray-Valménier, l'étudiant en école de commerce devenu l'icône de l'ultradroite française". Mediapart (fransız). 4 mai 2023. 2023-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-08.
- ↑ "Violences au meeting de Zemmour: qui est Marc de Cacqueray-Valménier, leader des "Zouaves Paris" interpellé ce mardi?". BFMTV (fransız). 2023-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-10.
- ↑ "Extrême droite : le patron des Zouaves Paris part combattre au Haut-Karabakh". 2023-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-02.
- ↑ "Ultradroite : le chef présumé des Zouaves Paris condamné à un an de prison ferme". Le Figaro (fransız). 2022-01-21. 2023-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-21.