Marie Kondo
Marie Kondo | |
---|---|
近藤 麻 理 恵 | |
Doğum tarixi | |
Doğum yeri | |
Həyat yoldaşı | Takumi Kavahara |
Anası | Kondo |
Təhsili |
|
Fəaliyyəti | yazıçı, məsləhətçi[d], yazıçı-dokumentalist[d], televiziya aparıcısı, icraçı prodüser[d], influenser |
Fəaliyyət illəri | 1997-ci ildən |
konmari.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Marie Kondo (yaponcaː 近藤 麻 理 恵, 9 oktyabr 1984[2], Tokio, Yaponiya[1]) — Yaponiyanın dünyaca məşhur dizayneri, təşkilatçı məsləhətçisi.
Haqqında
[redaktə | mənbəni redaktə et]Marie Kondo 1984-cü il, oktyabrın 9-da anadan olub. Yaponiyanın dünyaca məşhur dizayneri, təşkilatçı məsləhətçisi və bestsellerlərin müəllifidir.
O, koreya, çin, fransız, alman və ingilis, rus dilinə tərcümə olunaraq, kütləvi şəkildə milyonlarla nüsxəsi satılmış təşkilatçılıq haqqında 4 kitab yazıb. Xüsusilə, onun "Həyatı dəyişən "yığışdırma" (toplamaq) möcüzəsi": yaponların lazımsız əşyaları atma və təşkilatçılıq sənəti" (2011) adlı kitabı 30-dan çox ölkədə çap olunub.[3]Kitab Yaponiyada və Avropada bestseller olub və 2014-cü ildə ABŞ-də nəşr edilib. Marie Kondo 2015-ci ildə "Times"ın "100 ən nüfuzlu insanları" siyahısına daxil edilib.[4]
Kondo uşaqlıqdan təşkilatlandırma işlərinə maraq göstərirdi. Orta məktəbdə oxuyanda sinif yoldaşları bədən tərbiyəsi dərsində oynayarkən Kondo kitab rəflərini düzəltmək üçün sinifdə qalardı. Sinifdə müəyyən vəzifələri görmək üçün namizədliyi seçilərkən də o, nə sinif nümayəndəsi və ya ev heyvanlarını yemləyən şəxs olmaq və bu kimi öhdəlikləri götürmək istəmirdi. Bunun əvəzində, o, kitabları düzəltməyə davam etmək üçün kitab rəfi meneceri olmaq istəyərdi.
O, şinto ibadətgahında həyatının beş ilini xidmətçi qız kimi keçirib. 19 yaşında, Tokioda qadınların xristian universitetində sosiologiya tələbəsi olarkən öz konsaltinq biznesini qurub.
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]Kondo 2012-ci ildən Takumi Kavahara ilə evlidir.[5][6]Evliliyə qədər Kavahara Osakada satış və marketinq sahəsində işləyirdi. Kondonun işləri böyüyəndə o öz işindən imtina edib həyat yoldaşının meneceri olmuş və son nəticədə bu gün "Konmari Media LLC-nin baş direktorudur. Kondo ilə ailə qurduqdan sonra Kavahara Tokioda yaşamağa başlamış, daha sonra isə San-Fransiskoya getmişdir. 2019-cu ildən ailəsi ilə birlikdə Los-Ancelesdə yaşayır. Cütlüyün iki övladı var.[6]
KonMari metodu
[redaktə | mənbəni redaktə et]Kondonun təşkilatlandırma üsulu KonMari metodu (daha ətraflı videoda) olaraq bilinir. KonMari üsulu əşyaların hamısını kateqoriyalar üzrə, bir kateqoriyadan olan əşyaları bir dəfəyə bir yerə toplamaq və sonra yalnız "xoşbəxtik" (ときめく) gətirənləri saxlamağa əsaslanır. Yapon dilində bu söz tokimeku kimi ifadə olunur – ürəyi döyündürən mənasında işlənir.[7] Bu barədə öz çıxışında belə demişdirː[8][9]
Daim atmalı olduğum şeylər haqqında düşünürdüm. Bir gün mən sinir böhranı keçirdim və iki saat ərzində huşunu itirmişdim. Oyananda sanki sirli bir səs mənə əşyalarıma daha yaxından baxmağı məsləhət görürdü. Mən səhv etdiyimi başa düşdüm. Mən yalnız atmalı olduğum şeyləri axtarırdım. Lakin əslində saxlamaq istədiyim əşyaları düşünməli və görməli idim. Bizi xoşbəxt edən şeyləri: bu, tənzimləmə işidir. |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 https://profile.ameba.jp/ameba/konmari/.
- ↑ https://metro.co.uk/2019/01/08/marie-kondo-star-netflix-show-tidying-8318511/.
- ↑ "Tamara Kelly. John Lewis is selling 47% more of this thanks to the Marie Kondo effect. Ideal Home (18 january 2019)". 17 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 December 2019.
- ↑ "Green, Penelope. Kissing Your Socks Goodbye, The New York Times (22 october 2014)". 30 October 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 December 2019.
- ↑ "Marie Kondo and the Cult of Tidying Up". 2019-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-01.
- ↑ 1 2 "Should You Kondo Your Kids?". 2019-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-01.
- ↑ KonMari/ Marie Kondo/ Mariya Kondo/ 近藤 麻 理 恵 Arxivləşdirilib 2023-07-27 at the Wayback Machine — Youtube.com
- ↑ "KONMARİ ÜSULU NƏDİR?". 2021-01-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-05-26.
- ↑ "Arxivlənmiş surət". 2022-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-01.