Manvel Sarıbekyan hadisəsi
Manvel Sarıbekyan hadisəsi — 11 sentyabr 2010-cu ildə Ermənistanın sərhədyanı Qoturbulaq kəndinin sakini Manvel Sarıbekyanın Azərbaycan ordusu tərəfindən əsir götürülməsi. Hadisə Azərbaycanın sərhədyanı Zamanlı kəndi yaxınlığında baş vermişdi. Azərbaycanda Sarıbekyan casusluqda və terror aktına cəhddə ittiham olunmuşdu. Ermənistanda Sarıbekyanın qohumları iddia etmişdilər ki, o, 11 sentyabrda səhər saatlarında odun yığmağa getmişdi.[1].
Azərbaycan hakimiyyəti Sarıbekyanın Azərbaycan sərhədini keçərək Zamanlı kəndində məktəbi partlatmaq niyyətində olan təxribat qrupunun üzvü olduğunu etiraf etdiyi dindirmə videosunu yaymışdı. Ermənistan Müdafiə Nazirliyi iddia etmişdi ki, videoda Sarıbekyanın məruz qaldığı işgəncə izləri müşahidə olunur.[2]
5 oktyabr 2010-cu ildə Manvel Sarıbekyan Bakıda həbsxanada ölü tapılmışdır. Azərbaycan hakimiyyəti onun intihar etdiyini bildirmişdi. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Manvel Sarıbekyanın öldürüldüyünü irəli sürmüşdü.[3]
2020-ci ildə Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanın Manvel Sarıbekyana qarşı yaşamaq hüququnun pozulmasını və işgəncənin qadağan olunmasını tanımışdır. Məhkəmə Azərbaycan hakimiyyətini Manvel Sarıbekyanın qohumlarına 60 min avro ödəməyə və onun ölümü ilə bağlı istintaqı bərpa etməyə məcbur etmişdir.[4]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Отец Манвела Сарибекяна: министр обороны Армении не принимает меня
- ↑ [В Армении не верят в версию о самоубийстве Манвела Сарибекяна]
- ↑ "Убийство гражданина Армении Манвела Сарибекяна - очередной пример азербайджанского терроризма: Налбандян". 2021-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-11.
- ↑ "ЕСПЧ обязал Азербайджан выплатить 60 тысяч евро семье Сарибекяна". 2022-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-11.