36°47′28″ şm. e. 31°26′29″ ş. u.HGYO

Manavqat

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Manavqat
Manavgat
36°47′28″ şm. e. 31°26′29″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1329
Sahəsi
  • 2,283 km²
Mərkəzin hündürlüyü 6 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 252.941 nəf. (2022)
Rəqəmsal identifikatorlar
Nəqliyyat kodu 07
Digər
manavgat.bel.tr
Xəritəni göstər/gizlə
Manavqat xəritədə
Manavqat
Manavqat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

ManavqatTürkiyənin Antalya iilində, Antalya şəhərindən 75 kilometr (47 mil) məsafədə yerləşən ilçə və şəhər. Şəhərin yaxınlığında Manavqat çayının üzərində yerləşən eyniadlı şəlalə var. İlçənin əhalisi 2020-ci il siyahıyaalmasında 242 490 nəfər olmuşdur.

Şimalda Tavr dağları ilə Aralıq dənizi sahilindəki qumlu çimərliklər arasında yerləşən ilçənin çox hissəsi düzənlik ilə əhatə olunmuşdur. Ərazi məhsuldar təsərrüfat sahəsidir və odur ki, Manavqatda əkinçilik yaxşı inkişaf etmişdir. Əhali taxıl, susam və bir çox meyvə-tərəvəzin yetişdirilməsi və heyvandarlıqla məşğuldur. Son illərdə ilçə ərazisində zeytun da əkilməyə başlamışdır. İlçədə inkişaf etmiş tək sənaye yeyinti sənayesidir. Buna görə də yerli iqtisadiyyat sadəcə kənd təsərrüfatı və turizmə bağlıdır.

Dağlar meşələrlə və tipik Aralıq dənizi kolluqları ilə örtülmüşdür. Daha yüksək dağlarda kiçik ovalar var və buralar ənənəvi yörük köçəriləri tərəfindən yaylaq olaraq istifadə olunur. Manavqat Aralıq dənizi iqlimi üçün tipik olan isti, quru yaz və isti, nəmli qışa malikdir. Temperatur nadir hallarda donmağa düşür.

İlçə Manavqat çayı ilə suvarılır və ərazidə hidroelektrik enerjisi üçün iki bənd var. 2001-ci ildə bu su anbarlarından İsrail, MaltaKipr də daxil olmaqla digər Aralıq dənizi ölkələrinə su ixrac etmək planları irəli sürülsə də, bu layihə 2006-cı ildən bəri dayandırılmışdır.[1]

Ərazidə eramızdan əvvəl VI əsrə aid SideSelqe antik şəhərlərinin qalıqları mövcuddur. Manavqat 1220-ci ildə Səlcuqilər, 1472 -ci ildə isə Osmanlı imperiyası tərəfindən tutulmuşdur. Şəhər də "Zindan kalesi" adlı qəsr var.

64 kilometr (40 mil) uzunluğundakı isti, günəşli sahil zolağı, qumlu çimərliklər, uzun çay və şəlalə, dağlar və meşələr də daxil olmaqla bir çox xüsusiyyəti özündə birləşdirən Manavqat əhəmiyyətli turizm sənayesinə malikdir. İlçənin mətbəxinə Aralıq dənizindən tutulmuş balıqlar daxildir.

Maraqlı yerlər

[redaktə | mənbəni redaktə et]