MF Hüseyn

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
MF Hüseyn
Maqbul Fida Hüseyn
ing. Maqbool Fida Husain
Doğum tarixi 17 sentyabr 1915(1915-09-17)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 9 iyun 2011(2011-06-09)[1][3][…] (95 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • Brukvud qəbiristanlığı[d]
Fəaliyyəti rəssam, kinorejissor, siyasətçi, incəsənət xadimi, ssenarist, film prodüseri, fotoqraf
Janr portret
Mükafatları Padma Vibhuşan Padma Bhuşan İncəsənətdə xidmətlərinə görə Padma Şri
www.mfhussain.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

MF Hüseyn və ya Maqbul Fida Hüseyn (ing. Maqbool Fida Husain; 17 sentyabr 1915[1][2][…], Pandharpur[d], Britaniya Hindistanı9 iyun 2011[1][3][…], London) — hind əsilli rəssam və rejissor. Onu "Hindistanın Pikassosu" adlandırırlar.

MF Hüseyn 17 sentyabr 1915-ci ildə Hindistanın Pandharpur şəhərində müsəlman ailəsində anadan olub[4].

1940-cı illərdə artıq Hindistan ərazisində kifayət qədər məşhurluq qazanmışdı. O, tezliklə Françiz Nyuton Souzanın Hindistan ərazisində yaratdığı "Müasir Rəssamlar Birliyi"nin üzvü olmuşdur[4].

Ömrünün son illərini Londonda keçirən dünya şöhrətli rəssam 9 iyun 2011-ci ildə 95 yaşında vəfat etmişdir[4].

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Rəssamlıq fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

MF Hüseynin rəssamlıq fəaliyyəti 60 ildən uzun çəkən bir tarixə söykənir. O, yaradıcı fəaliyyətə 40-cı illərdə dekorator olaraq başlayıb. Hüseynin 40-cı illərdəki fəaliyyəti Hindistan modernizminin yeni tarixçəsini yazıb[4].

MF Hüseyn öz əsərlərinin tərzinə, rənglərdən istifadəsinə və texnikasına görə rəsm kultu olan Pablo Pikassonu xatırladır. Məhz bu səbəbdən onu "Hindistanın Pikassosu" adlandırırlar[4].

Maqbul Fida Hüseyn də öz əsərlərində Pablo Pikasso kimi kubizmdən çox istifadə edib. XX əsrin əvvəllərində təsviri incəsənətdə, xüsusilə də rəssamlıqla yaranmış modernist cərəyan olan kubizm Fida Hüseyn yaradıcılığının əsas hissəsini təşkil edir[4].

Rəssamın ilk şəxsi sərgisi 1952-ci ildə İsveçrənin Sürix şəhərində baş tutub. Bu sərgidən sonra MF Hüseyn bütün dünyada maraq doğurub və tanınmağa başlayıb. Bir neçə ildən sonra Hüseyn artıq Hindistanın ən mötəbər mükafatı olan "Padma Shri Award"a layiq görülüb[4].

Rejissorluq fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Rəssam təkcə rəngkarlıqla məşğul deyil, həm də rejissor kimi fəaliyyət göstərib. O, "Rəssamın gözü ilə" adlanan filminə görə "Qızıl Ayı" film mükafatına da layiq görülüb. Kann festivalında səs-küyə səbəb olan və tezliklə dünya şöhrəti qazanan "Minaksi: üç şəhərin tarixçəsi" filminin rejissoru da məhz Maqbul Fida Hüseyndir[4].

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Maqbool Fida Husain (nid.).
  3. 1 2 Maqbool Fida Husain (ing.). OUP, 2006. ISBN 978-0-19-977378-7
  4. 1 2 3 4 5 6 7 8 Rəfiqə Əlisəfa. "İlahəni çılpaq təsvir edən RƏSSAM" (az.). kult.az. 30 Oktyabr [13:37]. 2014-11-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-12-02.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]