Mərkəzi Aerohidrodinamika İnstitutu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mərkəzi Aerohidrodinamika İnstitutu
Ümumi məlumatlar
Ölkə
Yaradılıb 1 dekabr 1918
Digər məlumatlar
İşçi sayı
  • 4.490 nəf.
Sayt tsagi.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

N. Y. Jukovski adına Mərkəzi Aerohidrodinamika İnstitutu (MAHİ; rus. Центра́льный аэрогидродинами́ческий институ́т имени профессора Н. Е. Жуковского, ЦАГИ) — Rusiyanın paytaxtı Moskva şəhərində, aerodinamika və hidrodinamikanınn texnikanın müxtəlif sahələrində əməli istifadə məsələləri ilə məşğul olan institut.

Mərkəzi Aerohidrodinamika İnstitutu (MAHİ) 1 dekabr 1918-ci ildə SSRİ Ali Xalq Təsərrüfatı Şurasının qərarı ilə təsis edilmişdir. 1918-ci ildən MAHİ-nin ilk rəhbərliyi Nikolay Yeqoroviç Jukovski, 1921–1942-ci illərdə Sergey Alekseyeviç Çaplıgin olmuşdur. 1925–1929-cu illərdə MAHİ nəzdində o dövr üçün dünyada ən böyük aerodinamik borusu, hidravlika laboratoriyası, hidrokanalı və s. olan ilk eksperimental baza yaradılmışdır. İnstitut öz işləri ilə texniki aviasiya fəhlələrinini əsasını qoymuşdur. İnstititun sınaq zavodunda A. N. Tupolevin rəhbərliyi altında yaradılna təyyarələrdə 1926-cı ildən başıayaraq bir sıra mühümm uçuşlar olmuşdur. 1930–1932-ci illərdə MAHİ-nin elmi şöbələri əsasında aşağıdakı müstəqil elmi-tədqiqat institutları yaradılmışdır: Ümumittifaq Aviasiya Materilları İnstitutu, Ümumittifaq Hidromaşınqayırma İnstitutu, Mərkəzi Külək Energetikası İnstitutu. MAHİ-nin tərkibinə ixtisaslaşdırılmış aerodinamika, hidrodinamika, akustika, səaye aerodinamikası, helikopter, cihaz, hesablama texnikası laboratoriyaları, sınaq təsərrüfatı, möhkəmlik üzrə laboratoriyalar kompleksi, elmi informasiya bürosu, nəşriyyat şöbəsi, N. Y. Jukovskinin elmmi-xatirə muzeyi daxildir. MAHİ-nin məşğul olduğu əsas problemlər təyyarə və başqa uçuş aparatlarının aerodinamikası, dinamikası və möhkəmliyi məsələləridir. İnstitut sovet dövründə "Əsərlər", "Elmi xəbərlər" və s. nəşr etmişdir. İnstitutun nəzdində aspirantura var. İnstitut Lenin ordeni, "Qırmızı əmək bayrağı" və "Qırmızı bayraq" ordenləri ilə təltif olunmuşdur.[1]

  1. Аероһидродинамика Институту // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 130–131.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Хомяков А. Н., Авдеев А. В. ЦАГИ. Первые шаги (К 100-летию института) // Двигатель. — М., 2018. — № 8. — С. 24–29.
  • Бюшгенс, Георгий Сергеевич, Е. Л. Бедржицкий. На рубеже двух столетий. Moskva: ЦАГИ. 2008. ISBN 5-02-007017-3.
  • ЦАГИ в лицах, 2011
  • Наукоград Жуковский 1992–2014. — М.: Издатель Шукшина С. П., 2015. — 346 с.
  • В. В. Лазарев. ЦАГИ. Цаговцы. Время (1000 nüs.). Москва: Капитал-Пресс. 2021. ISBN 978-5-6045819-9-5.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]