Məmməd bəy Qazıyev
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Məmməd bəy Qazıyev | |
---|---|
Məmməd bəy Lütfəli bəy Qazıyev | |
Doğum tarixi | |
Doğum yeri | İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Atası | Lütfəli bəy Qazıyev |
Təhsili | |
Fəaliyyəti | pedaqoq |
Məmməd bəy Lütfəli bəy Qazıyev (1867, İrəvan – 1909) — Azərbaycan müəllimi. Uluxanlı məktəbinin müdiri.
Həyatı
[redaktə | mənbəni redaktə et]1882–1886-cı illərdə İrəvan müəllimlər seminariyasında oxumuşdur.[1] Uluxanlı normal məktəbinə ikinci müəllim təyin olunmuşdur. Xəstəliyinə görə 1887-ci ildə vəzifəsindən azad edilmişdir. 1888-ci ildən Baş Noraşen ikisinifli məktəbinin müdiri kimi fəaliyyət göstərmişdir. Bu məktəbdə o, Cəlil Məmmədquluzadə ilə birlikdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Onların birgə səyi, Baş Noraşen məktəbində müəllimlərin və şagirdlərin iştirakı ilə tamaşa hazırlanıb göstərilmiş, əldə edilən 40 manat vəsait isə yoxsul şagirdlər üçün sərf edilmişdir. Bu nəcib işinə görə Qafqaz Təhsil Dairəsinin rəisi Qazıyevə yazılı təşəkkür vermişdir.
Məmməd bəy 1896-cı ildən ömrünün sonunadək Uluxanlı məktəbində nəzarətçi kimi çalışmışdır. Maarif sahəsindəki xidmətlərinə görə üçüncü dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif olunmuşdur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Fərrux Rüstəmov. İrəvan Müəllimlər Seminariyası və onun məzunları (PDF). Bakı: Elm və təhsil. 2022. səh. 163. ISBN 978-9952-5455-010.