Mədəniyyət imperializmi
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Mədəniyyət imperializmi imperyalizmin mədəni aspektlərini əhatə edir. Imperializm burada fərqli sivilizasiyalar arasında qeyri-bərabər münasibətlərin yaranması və davam etməsini, eyni zamanda daha güclü sivilizasiyanın üstün olduğunu izah edir. Beləliklə, mədəni imperializm, siyasi və ya iqtisadi cəhətdən güclü bir millətin zəif cəmiyyətlərin üzərində öz mədəniyyət dəyərlərini tətbiq etmək prinsipi və ya mədəni hegemoniyasıdır. Bu termin daha çox tarix, mədəniyyət tədqiqatları və müstəmləkəçilik-sonrası nəzəriyyələri sahələrində tətbiq olunur. Mədəniyyət imperializmi mədəni hegemoniyanı möhkəmləndirdiyinə görə münasibət, formal siyasət və ya hərbi əməliyyatlar kimi müxtəlif formaları ola bilər.
Tarixi
[redaktə | mənbəni redaktə et]Con Tomlinson "Mədəniyyət imperializmi" adlı kitabında bu terminin 1960-cı illərdə ortaya çıxdığını[1] və 1970-ci illərdən başlayaraq tədqiqat başlığı kimi gündəmə gəldiyini iddia etmişdir[2]. Bundan əvvəl isə "media imperializmi", "struktur imperializmi", "mədəni asılılıq və hökmranlıq", "mədəni sinkronizasiya", "elektron müstəmləkəçilik", "ideoloji imperializm" və "iqtisadi imperializm" kimi terminlər eyni əsas anlayışı təsvir etmək üçün istifadə olunmuşdur. Müxtəlif alimlər bu terminə fərqli izahatlar verirlər. Amerika mətbuatının tənqidçisi Herbert Şiller yazırdı: "Bu gün mədəni imperializmin konsepsiyası (1975) bir cəmiyyətin müasir dünya sisteminə gətirildiyi proseslərin cəmini və bu proses nəzdində öz dəyərləri və quruluşunu ictimai qurumlara cəlb etməklə, təzyiqlə məcburi və ya manipulasiya ilə yaymasını bildirir. Yayma prosesində ictimai mediyanın rolu çox böyükdür və demək olar ki ən təsirli alətlərdən biridir Buna görə də, bu təsiri idarə etmək üçün çox vaxt hakim qüvvələr yayımları kommersiyalaşdırıllar.[3] Ümumiliklə, imperializm bir ölkənin daha güclu bir ölkə tərəfindən işğalı və idarə edilməsidir. Mədəni imperializm prosesin iqtisadi istismardan və hərbi gücdən daha fərqli tərəflərini ifadə edir. Müstəmləkəçilik tarixində III dünya ölkələrin çoxunda təhsil və medya sistemləri Britaniyada, Fransada və ya ABŞ-da olan sistemlərin replikasıyaları şəklində qurulmuşdu və o ölkələrin dəyərlərini daşıyırdılar. Qərb marketinqi müxtəlif memarlıq və moda stilləri formalaşdırır və tez-tez Qərb mədəniyyəti digər mədəniyyətlərdən daha üstün olduğu mesajı verilirdi. Demək olar ki, bütün yazarlar mədəni imperializmin imperial güclərin daxilində müəyyən qrupların maraqlarını təbliğ etdiyini və hədəf cəmiyyətlərə ziyan verir.
Nəzəri əsaslar
[redaktə | mənbəni redaktə et]Eduard Səid, Noam çomski, Maykl Fokault, və Antonio Gramşi bu sahədə aparıcı nəzəriyyəçilərdəndir. Eduard Səid "Şərqşünaslıq" adlı kitabında "Şərq" nədir nə deyildir haqqında Qərbin- əsasən ingilis və fransız konstruksiyalarını tənqid edir. Səid iddia edir ki, İkinci Dünya Müharibəsi bitdikdən sonra "Imperiya Çağı" sonlanmasına baxmayaq, müstəmləkəçilik öz mədəni irsini müstəmləkə edilmiş xalqlara qoyub hansı ki hələ də davam edir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Tomlinson (1991) Arxivləşdirilib 2022-01-14 at the Wayback Machine, p. 2
- ↑ Hamm, (2005), p. 4
- ↑ Schiller, Herbert I. Communication and cultural domination. International Arts and Sciences Press, 901 North Broadway, White Plains, New York 10603. 1976. 9–10. ISBN 978-0-87332-079-5.