Müzakirə:Mirzə Fətəli Axundov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Başlıq

[mənbəni redaktə et]

Təklif edirəm ki, səhifənin adı "Mirzə Fətəli Axundov" yox, "Mirzə Fətəli Axundzadə" olsun. --Babək Akifoğlu 13:25, 24 oktyabr 2011 (UTC)Cavabla

Niyə? --►Safir yüzüklü Ceklimesaj 13:27, 24 oktyabr 2011 (UTC)Cavabla

Yəni belədə daha milli səciyyə daşıyacaq? --N KOzi FORUM 13:27, 24 oktyabr 2011 (UTC)Cavabla

Son illər müəllifin soyadı hər yerdə "Axundzadə" gedir. Bütün dərsliklərdə və özünün də yeni nəşr olunan (latın qrafikalı) kitablarında - hamısında "Axundzadə" yazılıb. --Babək Akifoğlu 13:29, 24 oktyabr 2011 (UTC)Cavabla

Azərbaycan Milli Kitabxanasının adı nə vaxt dəyişilsə, elə o vaxt biz də dəyişərik. --►Safir yüzüklü Ceklimesaj 13:32, 24 oktyabr 2011 (UTC)Cavabla

Amma kitabların hamısında doğrudan da elə gedir. --Babək Akifoğlu 13:36, 24 oktyabr 2011 (UTC)Cavabla

Mənə maraqlıdır, görəsən müəllifin adı sonralar, dövrün tələbinə uyğunlaşdırılaraq Axundsoy və ya Axundoğlu olmayacaq? --N KOzi FORUM 13:39, 24 oktyabr 2011 (UTC)Cavabla
Bütün rəsmi sənədlərdə Mirzə Fətəli Axundov yazılıb: [1][2][3][4][5] və s. --►Safir yüzüklü Ceklimesaj 13:42, 24 oktyabr 2011 (UTC)Cavabla
Şəxsən mən də, əksər kitab və sənədlərdə soyadının "Axundov" kimi yazılmasına rast gəlmişəm. Babək də düz qeyd edir, son bir neçə kitabında "Axundzadə" yazılıb. Amma soyadı dövrün tələblərinə elə ola bilər ki, sovet vaxtı uyğunlaşdırılıb və "Axundov" kimi yazılıb. Bunu dəqiqləşdirmək lazımdır. Bununla belə, lap elə olubsa da "Axundov" kimi daha çox tanınır, ona görə biz də ən işlək variantı əsas götürməliyik, o biri variantı isə bu varianta istiqamətləndirməliyik. --Sortilegus 13:48, 24 oktyabr 2011 (UTC)Cavabla

Doğrudan da elə şeylər olur ki, qərar vermək çətindir. Elə mən də Axundov soyadına öyrəşmişəm. Amma dediyim kimi hər yerdə son vaxtlar zadə sonluğunu görəndə fikirləşdim ki, yəqin belə olmalıdır. Əgər saxlayırsınızsa, saxlayın. Yeri gəlmişkən, eyni fakt Üzeyir Hacıbəyovla da baş verir. Onun da yeni kitablarında Hacıbəyli yazılıb. --Babək Akifoğlu 14:01, 24 oktyabr 2011 (UTC)Cavabla

Bəli. Həmin məsələ artıq Müzakirə:Üzeyir Hacıbəyov səhifəsində müzakirə olunub. --►Safir yüzüklü Ceklimesaj 04:08, 25 oktyabr 2011 (UTC)Cavabla

Bütün mənbələrdə həm Axundov, həm də Axundzadə işlənir. Məncə bu məqalənin daxilində qeyd olunsa yaxşı olar.

Haqqında olan ədəbiyyat hissəsində həm nöqtəli həm də nömrəli siyahıdan istifadə olunmuşdur. Bunlardan biri saxlansa doğru olar. Məqalədəki məlumatların əsl mənbəyi ASE-dır. Mən bunu mənbə hissəsinə əlavə etdim. Buna görə məncə ilk iki mənbə adını çıxarmaq olar. Delphinus1997 19:27, 22 mart 2012


1. Mirzə Fətəlinin soyadı Axundzadə kimi yazılmalıdır. Bunun heç müzakirəyə ehtiyacı belə yoxdur. Ən azından onun ozünə və ruhuna hörmət xatirinə. Çünki o özü özünü Axunzadə kimi təqdim etmişdir (Bakıdakı heykəlindıki yazılışdakı kimi). Sonralar rus-sovet ruslaşma təbliğatına uyğun olaraq Axundov kimi yazılmışdır (Ü.Hacıbəyli-Hacıbəyov, Topçubaşi-Topçubaşov və b. kimi). İndi hansısa kitabxananın adı yaddan çıxıb sovetdənqalma Axundov kimi qalıbsa soyad dəyişməməlidir? Məsələ kiminsə onu Axundov kimi öyrəşməsi və ya xoşuna gəlməsində yox tarixi həqiqətin, ədalətin bərpasındadır. Ona qalsa azərbaycanlıları da ən azı 100 il tatar, müsəlman kimi tanıyıblar-adlandırıblar, demək indi biz elə tatar, müsəlman kimi adlanmalıyıq? Bu nə qəribə məntiqdir? Ən yaxşı halda məntiqsız, ən pis halda ermənilərin dəyirmanına su tökməkdir. Çünki, onlar hər yerdə bağırırlar ki, köksüz, 20-ci əsrdə yaranmış millətik. Sübut-soyadların sonluğu. Bir də ki, lap elə tutalım ki, 70 il Axundov kimi oxuyub, bilib öyrəşmişik. Tarix üçün 70 il nədir ki? 70 il Axundov kimi yaddaşlarda qalıbsa 1000 illər Axundzadə kimi qalacaq. Aydındır ki, məqalə bir adam, bir nəsil üçün yox, milyonlar, bütün dövrlər üçün yazılır. 2. İstənilən insanın soyadı 1 cür yazılmalıdır. iki cür soyad yazılarsa bu artıq çaşqınlıq, şübhə yaradar. Ya Axundov ya Axunzadə. Bir məqalədə bir yerdə Axundov digər yerdə Axunzadə yazılmaq qeyri-ciddi, məntiqsiz, yersiz şübhələrə, söz-söhbətlərə yol açır. Yəni doğurdan biz öz tarixi şəxsiyyətlərimizi tanımırıq ya sahib olmaq istəmədiyimiz üçün araşdırıb öyrənmirik? NR SHENER (müzakirə) 00:54, 9 fevral 2021 (UTC)Cavabla

Axundzadənin Azərbaycan millətçiliyinin əsasını qoyması barədə

[mənbəni redaktə et]

Səhifənin hələ əvvəllərində Axundzadənin müasir Azərbaycan millətçiliyinin əsasını qoyması ilə bağlı yazılıb. Maraqlısı budur ki, hətta istinad olaraq göstərilən mənbədə belə Axundzadənin "Müasir İran millətçiliyinin" əsasını qoyduğu deyilir. Fikrimcə bu çox böyük bir səhvdir və ən azından istinad olunan mənbəyə uyğun olaraq dəyişdirilməlidir. Əks-halda məqalədə səhv məlumat verilib. 5.178.10.122 15:11, 4 avqust 2024 (UTC)Cavabla

Təşəkkürlər. Düzəldildi. Yousiphh (müzakirə) 14:27, 7 avqust 2024 (UTC)Cavabla