Lyudviq Çibirov
Lyudviq Çibirov | |
---|---|
oset. Цыбырты Алексейы фырт Людвиг | |
Şəxsi məlumatlar | |
Doğum adı | Цыбырты Людвиг |
Doğum tarixi | 19 noyabr 1932 (92 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, tarixçi |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
Vikianbarda əlaqəli mediafayllar |
Lyudviq Çibirov (oset. Цыбырты Алексейы фырт Людвиг; 19 noyabr 1932, Sxinval) — Sovet və Cənubi Osetiyalı siyasətçi, tarixçi, publisist, Cənubi Osetiya Respublikasının ilk prezidenti (1996–2001).
Bioqrafiyası
[redaktə | mənbəni redaktə et]19 noyabr 1932-ci ildə Gürcüstan SSR, Cənubi Osetiya Muxtar Vilayətinin Tsxinvali rayonunun Zar kəndində anadan olmuşdur. Tsxinvalidəki 2 nömrəli orta məktəbi bitirir. 1956-cı ildə Kosta Xetaqurova adına Şimali Osetiya Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini fərqlənmə diplomu ilə sonlandırır. Etnoqraf, tarix elmləri doktoru (1978-ci ildən), professor (1981-ci ildən), Cənubi Osetiya Dövlət Pedaqoji İnstitutunun rektoru olur.
Siyasi fəaliyyət
[redaktə | mənbəni redaktə et]1993-cü ilin oktyabrından Cənubi Osetiya Respublikası Ali Şurasının sədri, ölkənin başçısı olur. 16 may 1996-cı ildə Lyudviq Çibirov və Gürcüstan Respublikasının Prezidenti Eduard Şevardnadze Moskvada Gürcüstan-Osetiya münaqişəsinin Tərəfləri arasında Təhlükəsizliyin Təmin Edilməsi və Qarşılıqlı Etimadın Gücləndirilməsi Tədbirləri haqqında Memorandumu imzalayır. Bu sənəd tərəflərin məqsədlərinə çatmaq üçün güc tətbiq etməkdən imtina etmələrini təsdiqləyir.
10 noyabr 1996-cı ildə Cənubi Osetiyanın ilk Prezidenti seçilir. 2001-ci ildə prezident seçkilərində Eduard Kokoytıya məğlub olur.
Mükafatları
[redaktə | mənbəni redaktə et]2008 — Rusiya Federasiyasının əməkdar elm xadimi[1].
18 noyabr 2007 — Dostluq ordeni (Cənubi Osetiya).
21 noyabr 2012 — Cənubi Osetiya Respublikasının Əməkdar Elm Xadimi — tarixi Qafqazşünaslığın inkişafına verdiyi böyük töhfəyə, Osetiya xalqının etnologiyası, tarixi və mədəniyyəti sahəsində görkəmli elmi nailiyyətlərinə görə[2].
19 dekabr 2012 — Şərəf ordeni (Cənubi Osetiya) — Cənubi Osetiya Respublikasının dövlətçiliyinin formalaşmasına və möhkəmlənməsinə verdiyi böyük şəxsi töhfəsinə, fəal ictimai-siyasi və elmi-pedaqoji fəaliyyətinə və 80 illik yubileyi ilə əlaqədar[3].
Elmi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Osetinşunas. Osetin və rus dillərində 160-dan çox elmi əsərin müəllifidir. Əsərləri Osetin xalqının və Qafqazın digər xalqlarının etnoqrafiyası, tarixi və mədəniyyəti mövzusuna həsr olunmuşdur.
Əsas əsərlər:
- "Osetiya xalqı evi",
- "Osetin xalqının kənd təsərrüfatı təqvimi",
- "Osetinlərin mənəvi mədəniyyətinin ən qədim təbəqələri",
- "Vaso Abayev ilə görüşlər",
- "Osetiya və osetinlər haqqında Qafqazın dövri mətbuatı"
- "Osetin xalq bayramları" (Vladiqafqaz, 1998).
2003-cü ildən bəri Lüdviq Çibirovun rəhbərlik etdiyi müəlliflər qrupu olan Osetin xalqının Universal Folklor və Etnoqrafik Ensiklopediyası üçün materiallar toplayır və məqalələr yazır. 2013-cü ildə onun rəhbərliyi altında Osetiya Etnoqrafik Ensiklopediyasının təqdimatı olur. Lüdviq Çibirov layihənin müəllifi, baş redaktoru və işçi qrupunun rəhbəri olmuşdur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ ""Успех республики — это и ваш труд"". 2008-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-19.
- ↑ "Указ "0 присвоении почетного звания "Заслуженный деятель науки Республики Южная Осетия" Чибирову Л. А."". 2015-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-19.
- ↑ "" Указ "О награждении Орденом Почета Чибирова Л. А." Официальный сайт Президента Республики Южная Осетия". 2015-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-19.