Luson adası
Luzon adası | |
---|---|
taqal Luzon, ing. Luzon | |
Ümumi məlumatlar | |
Sahəsi | 109964,9 km² |
Hündür nöqtəsi | 2922 m |
Əhalisi | 52.990.000 nəfər (2015-ci il) |
Yerləşməsi | |
16°04′30″ şm. e. 121°00′11″ ş. u.HGYO | |
Ölkə | Filippin |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Luson adası (taqal Luzon, isp. Luzón) — Filippin adaları arasında ərazisinə görə ən böyük ada. Adaların dünyada sahəsinə görə sıralamasında 15-ci yerdə gedir. Adanın sahəsi 109 964,9 km²[1] təşkil edir. Burada 52 990 000 nəfər (2015) yaşayır. Adanın cənubunda Filippinin ən böyük iki şəhəri yerlışir: Manila və Keson. Manila ölkənin paytaxtıdır. Keson isə ölkədə ən çox əhalisi olan şəhərdir.
Qədim xəritələrdə adanın adı Lusoniya və ya Yeni Kastilya olmuşdur. Adada yaşıyanlara hər zaman Lusonlular deyilirdi.
Coğrafiya
[redaktə | mənbəni redaktə et]Coğrafi yerləşmə
[redaktə | mənbəni redaktə et]Luson adasının qərbi Cənubi Çin dənizi, şərqi isə Filippin dənizi ilə yuyulur. Şimaldan Luson boğazı ilə Tayvan vı Ryukyu adalarından ayrılır. Luson boğazı həm də iki hissəyə bölünür: Babuyan və Balintanq.
İqlimi
[redaktə | mənbəni redaktə et]İqlimi subekvatorial mussondur. Bəzən tayfunlar baş verir. Ərazisində əsasən daim yaşıl, enliyarpaq bitkilərlə örtülü meşəliklər vardır. Çay vadilərində savanna bitkiləri yayılmışdır.
Relyefi
[redaktə | mənbəni redaktə et]Luson dağlıq adadır. Relyefi orta dağlıqdır. Maksimal hündürlüyü 2934 metr təşkil edir (Puloq dağı).
Adada həm fəaliyyətini dayandırmış (Arayat), həmdı fəaliyyətdə olan vulkan (Mayon vulkanı və s) vardır. Pinatubo vulkanı sonuncu dəfə 1991-ci ildə püskürmüşdür.
Ən iri dağ sistemi Mərkəzi Kordelyerdir. Adanın şimal-qərb hissəsindən keçir. Cənubunda isə elədə hündür olmayan sanbales dağı yerləşir. Kaqayan çayı Filippinin ən böyük çay sisteminə sahibdir. Serra-Madre və Sambales arasında Mərkəzi Luson düzənliyi yerləşir. Düzənlik 11 000 km² ərazini əhatə edir. Bura düyü yetişdirilən əsas bölgədir. Düzənliyin ortasında Arayat dağı qaıxır.
Su mənbələri
[redaktə | mənbəni redaktə et]Ada olduqca ılverişli buxta və körfəzlərə sahibdir. Bnlar arasında Linqaen və Manila körfəzlərini göstərmək olar. Cənub və qərb sahilləri körfəzlərlə parçalanmışdır.
Ərazisində çoxlu sayda çay vardır. Onlar arasında Aqno çayı və Pampanqa çayı xüsusi ilə seçilir. Sahil və çay vadiləri səx məskunlaşılmışdır. Burada yerləşən Laquna-de-Bay gölü ümumən Cənub-şərqi Asiyanın ən iri daxili gölüdür 949 km² təşkil edir. Ondan axan yeganə çay Pasiq çayı Manila körfəzinə tökülür. Çayın elə də iri olmamasına baxmayaraq Filippin tarixində mühüm rol oynamışdır. Laquna-de-Bay cənub-qərbdə Taal gölü yerləşir. O dağılmış vulkanın kraterində yerləşir. Gölün ortasında elə də iri olmayan ada vardır.
Qonşu adalar
[redaktə | mənbəni redaktə et]Adadan cənub-şərqdə Mindoro. Adalar bir-birindən Verde boğazı ilə ayrılır. Boğaz Cənubi Çin dənizi ilə Tayabas körfəzlərini birləşdirir. Körfəzin cənubunda Marinduke adası yerləşir. Adada yerləşən Bikol yarımadası uzun və ensiz formaya malikdir. O Tayabas bərzəxi ilə adaya birləşir. Lamon buxtasında Alabat adası Polilo adaları yerləşir. Bikol yarımadasının cənubunda Samar adası yerləşir. Bir-birindən San-Bernardino boğazı ilə ayrılır.
Tarixi
[redaktə | mənbəni redaktə et]Adanın şimal-şərqində Kalyao mağarasında Homo sapiens aid çənə sümüyü aşkarlanmışdır, Tapıntının yaşı 66,7 ± 1 min il olaraq qiymətləndirilir[2][3]. Bölgənin əhalisi əsasən mövcud olmuş quru yolları ilə bölgəyə gəlmişlər. İspanlar adaya XVI əsrdə gəlmişlər. İspanların başında Migel Lopes de Leqaspi, Xuan de Salsedo və Martin de Qoiti dururdu. Onlar adanın sahilinə 1570—1571-ci illərdə gəlmişlər. İspanlar adanı 300 il müddətində idarət etmişlər. Ada Filippin milli-azadlıq inqilabının mərkızi olmuşdur. Sonradan isə ispan ağalığını Amerikan istilası əvəz etmişdir.
8 dekabr 1941-ci ildə yapon aviasiyası Lusonda olan amerikan bazasına hücuma keçmişdir. Yaponlar adanı işğal edərək Linqaen körfəzində öz bazalarını inşa etmişdilər. Uzun sürən müharibədən sonra Filippin və Amerikan qüvvələri nəhayət 5 iyul 1945-ci ildə yaponlar üzərindı son qələbəni çalırlar bununla da Luson adan Filippinin bir parçası olur.
İnzibati bölgü
[redaktə | mənbəni redaktə et]Ada 8 regiona, onalarda öz növbəsində bir necə vilayətı bölübür. Regionlar:
- İlokos — region I
- Kaqayan vadisi — region II
- Mərkəzi Luzon — region III
- KALABORSON — region IV-A
- MİMAROPA — region IV-B
- Bikol — region V
- Kordilyer inzibati regionu
- Paytaxt regionu
Əhalisi
[redaktə | mənbəni redaktə et]Adada müxtəlif xalqlar yaşayır: aetalar, bikollar, ibanaqilər, iqorotilər, ilokilər, Pampanqanlar, Panqasinanlar, taqallar. Hər bir xalq adanın müəyyən hissəsində kompakt şəkildə yaşayır. İri şəhərlərdə Avropa, ABŞ, Yaponiya, Koreyadan gələnlər və metuslər yaşayır. Hər xalqın öz dili vardır. Ölkədə isə taqal dili dövlət filidir. İngilis dilidə işlənir. Ancaq hələ 1899-cu ilə qədər ispan dili dövlət dili idi. Sənədlərdə bu dildən istifadə edilirdi. Əhalisinin böyük qismi katolikdir. Az miqdarda protestantlara rast gəlinir. Müstəqillik illərində Müstəqil Filippin kilsəsi formalaşmışdır (Iglesia ni Cristo).
İqtisadiyyat
[redaktə | mənbəni redaktə et]Adada düyü, kokos palması, tütün, qarğıdalı yetişdirilir.
Adada qızıl, xromit, mis və dəmir yataqları vardır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2019-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-14.
- ↑ "Filippində tapılan sümük". 2016-12-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-14.
- ↑ "New evidence for a 67000-year-old human presence at Callao Cave, Luzon, Philippines". 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-14.