Luis Brandis
Luis Brandis | |
---|---|
Doğum tarixi | 13 noyabr 1856[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 5 oktyabr 1941[1][2][…] (85 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Təhsili | |
Fəaliyyəti | hakim, vəkil |
Partiyası | |
Vikianbarda əlaqəli mediafayllar |
Luis Brandis (ing. Louis Dembitz Brandeis; 13 noyabr 1856[1][2][…], Luisvill, Kentukki – 5 oktyabr 1941[1][2][…], Vaşinqton) — Brandeys Universitetinin adını daşıyan amerikalı hüquqşünas.[3] 1916-1939-cu illərdə ABŞ Ali Məhkəməsinin üzvü.
Bioqrafiyası
[redaktə | mənbəni redaktə et]13 noyabr 1856-cı ildə Kentukki ştatının Louisville şəhərində Bohemiyadan olan yəhudi mühacir valideynlər — Adolph Brandeis və Frederika Dembitz ailəsində anadan olub. Amerika vətəndaş müharibəsi zamanı ailə müvəqqəti olaraq İndianaya sığınmağa məcbur oldu. Sonra Amerika iqtisadiyyatından narahat olan ata 1872-ci ildə ailəni Avropaya köçürdü və oradan 1875-ci ildə ABŞ-yə qayıtdılar.
Louis 14 yaşında Louisville Male High School bitirib. 1872-ci ildən Avropada olarkən Drezdendəki Annen-Realschule məktəbində təhsil alıb. 1875-ci ildə ABŞ-yə qayıdan o, Harvard Hüquq Məktəbində oxumuş, iyirmi yaşında oranı bitirmiş və buradakı Pow-Wow club-na qoşulmuşdur. Məzun olduqdan sonra o, daha bir il Harvardda qaldı və burada öz seçimi ilə hüquq təhsili almağa davam etdi, repetitorluq edərək çörək pulu qazandı. 1878-ci ildə o, Sent-Luisdə hüquq firmasına daxil olur və burada ilk məqaləsini hüquq jurnalında dərc etdirir. Yeddi aylıq gündəlik işdən sonra o, Harvarddakı sinif yoldaşı Samuel Vorenin (ing. Samuel Dennis Warren) Bostonda hüquq firması yaratmaq təklifini qəbul etdi. Onlar Harvardda yaxın dost idilər, Uorren zəngin Boston ailəsindən idi və alyans faydalı sinerji təklif edirdi. Gələcək müştəriləri qazanmaq üçün bir firma açmaq ərəfəsində Brandis Massaçusets Ali Məhkəməsinin Baş Hakimi Horasiya Qreydə (ing. Horace Gray) işləməyə başladı.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Louis Brandeis // Encyclopædia Britannica (ing.).
- ↑ Justice Louis D. Brandeis Arxivləşdirilib 2016-02-24 at the Wayback Machine (ing.)