Leoqanq dağları
Leoqanq dağları | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 2.634 m |
Yerləşməsi | |
47°28′04″ şm. e. 12°44′04″ ş. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Leoqanq (alm. Leoganger Steinberge) ― Avstriyanın Salzburq torpağında şərqi Alp dağlarının bir hissəsini təşkil edən dağ silsiləsi. Dağlar Lofer vadisi, Zalfelden şəhəri və Leoqanq bələdiyəsi arasında yerləşir və Lofer dağları ilə birlikdə şimal-qərbdə iki dağ massivi meydana gətirir. Lakin şərqi Alp dağlarının təsnifatına əsasən Leoqanq və Lofer vahid alt qrup olaraq təyin edilmişdir. Leoqanq dağları cənubda Kitzbühel dağlarında, şərqdə isə Staynernes-Mir platosundan dərin kəsikli vadilərlə ayrılmşdır. Dağlar üçün tipik xüsusiyyət dik tərəfləri və kəskin konturlu hündür sirkləri olan yüksək yaylalardır.
Tipik karst dağlarında olduğu kimi Leoqanq dağlarında da çoxsaylı mağaralar mövcuddur. Bunlardan ən məşhuru 50 kilometrdən çox uzunluğu olan Lamprextsofen mağarasıdır. Mağara Lofer və Zalfelden arasındakı federal yolun dərhal kənarında yerləşir. Ərazidəki əhəmiyyətli süxur formalaşması Birnhorn zirvəsinin cənub yamacındakı Melkerloçdur.
Dağın ən hündür nöqtəsi 2 634 metr hündürlüyündəki Birnhorndur. Dağın qərbində Avstriya Silahlı Qüvvələrinə məxsus Hoçfilzen hərbi təlim zonası yerləşir.
Qonşu silsilələr
[redaktə | mənbəni redaktə et]- Şimal-qərbdə Lofer dağları;
- Şərqdə Berxhtesqaden Alpları;
- Cənub-şərqdə Salzburq-Sleyt Alpları;
- Cənubda Kitzbühel Alpları;
- Qərbdə Kayzerov dağları;
Zirvələr
[redaktə | mənbəni redaktə et]- Birnhorn: dəniz səviyyəsindən 2 634 m yuxarı;
- Kuçelhorn: 2 500 m yuxarı;
- Passauerkopf: 2 465 m yuxarı;
- Griesener Hochbrett: 2 467 m yuxarı;
- Siqnalkopf: 2 462 m yuxarı;
- Qrosses Rothorn: 2 442 m yuxarı;
- Dürrkarhorn: 2 280 m yuxarı;
- Hoçzint: 2 243 m yuxarı;
- Mitterhorn: 2 206 m yuxarı;
- Fahnenköpfl: 2 142 m yuxarı;
- Brandhorn: 2 099 m yuxarı;
Dağ sığınacaqları
[redaktə | mənbəni redaktə et]Alpinizm klublarına aid sığınacaqlar
[redaktə | mənbəni redaktə et]Leoqanq dağlarında yalnız iki dağ sığınacağı var. Bunlardan biri olan DAV alman alpinist klubu olsa da, yerli avstriyalılar tərəfindən idarə olunur.
Lampreçtsofen-Höhlenqaststatte
[redaktə | mənbəni redaktə et]Lampreçtsofen-Höhlenqaststatte dəniz səviyyəsindən 664 m yuxarıdadır və yayda və qışda yalnız gündüz vaxtı açıqdır. 6 çarpayısı var və Loferdən Zalfeldenə gedən yolun kənarında yerləşir.
Passauer
[redaktə | mənbəni redaktə et]2 033 m yüksəklikdə yerləşən Passauer 1891-1892-ci illərdə tikilmişdir. 1946-cı ildə baş verən yanğında ziyan görən sığınacaq 1954–1956-cı illərdə indiki şəklində yenidən qurulmuşdur. 2002-ci ildə sığınacağa yeni günəş terası verilmiş və 2012-ci ildə yeni bir elektrik stansiyası da daxil olmaqla bəzi əlavələr edilərək modernləşdirilmişdir.[1] Sığınacaq yayda iyun ayının ortalarından sentyabr ayının sonuna qədər açıqdır və 45 nəfərlik 6 yataq otağı olan qış zalına sahibdir.
Dağ sığınacağı
[redaktə | mənbəni redaktə et]Lettlkaser
[redaktə | mənbəni redaktə et]Lettlkaser dəniz səviyyəsindən 1 441 m yüksəklikdə yerləşir. Yayda açıq olsa da, qışda yaşayış olmur. Yataq otağı yoxdur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Eine Hütte geht in den Winterschlaf…". 2 noyabr 2016 tarixində arxivləşdirilib.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Adi Stocker: Loferer und Leoganger Steinberge. Panico Alpinverlag, Köngen 2016, ISBN 978-3-95611-057-3.