Laos coğrafiyası
Laos coğrafiyası — Cənub-Şərqi Asiyada yerləşən Laos Xalq Demokratik Respublikasının ərazi kompleksləri və komponentləri.
Laos, əsasən, dağlıq ölkədir. Şimalında Trannin yaylası (hündürlüyü 2,820 metrə qədər), şərqində Annam dağları, cənubunda Boloven platosu, qərbində Korat platosunun bir hissəsi yerləşir. Cənubunda və qərbində Mekonq çayı boyunca dar ovalıq uzanır. Faydalı qazıntıları: qalay, dəmir filizi, mis, sink, qurğuşun, boksit, qızıl və s. İqlimi subekvatorial, mussondur. Orta tempraturu yanvarda 18–27 °C, iyulda 26–30 °C-dir. İllik yağıntı düzənliklərdə 1,300–1,700 millimetr, dağlarda 3,000 millimetrə qədərdir. Ən böyük çayı Mekonqdur. Əsasən, dağ laterit torpaqları yayılmındır. Ərazisinin təqribən 2/3-si tropik meyvələrlə örtülüdür. Laosda fil, pələng, bəbir, vəhşi öküz, hibbon, makaka, ilan, timsah, müxtəlif quşlar və s. var.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Лаос. Тәбиәт // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: Куба—Мисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 154.