Kuba mere divane
Kuba mere divane | |
---|---|
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kuba mere divane (kürd. Quba Mêrê Dîwanê) — Ermənistanda yerləşən yezidi məbədi. Bu, dünyanın ən böyük yezidi məbədi hesab edilir. Yezidilərin ən böyük azlıq qrupunu təşkil etdiyi Armavir mərzinin Ayğırgöl kəndində yerləşir. Ayğırgöl kəndi Ermənistanın paytaxtı İrəvandan 35 kilometr qərbdə yerləşir.[1][2]
Zəmin
[redaktə | mənbəni redaktə et]Yezidlər Ermənistanın ən böyük etnik azlıqlarından biridir və günəşə ibadət elementləri ilə yanaşı xristianlıq, hinduizm, yəhudilik, sufizm və zərdüştilik ilə oxşarlıqları olan qədim, monoteist inancı tətbiq edirlər.[3] Ermənistanın rəsmi siyahıyaalınmasına görə, 2011-ci ildə Ermənistanda 35,000 yezidi yaşayırdı.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]Məbəd 2019-cu ilin sentyabrında açılmışdır. Açılış mərasimində Ermənistan baş nazirinin müavini və digər Ermənistan rəsmiləri iştirak etmişdilər.[1]
Məbədin hündürlüyü 25 metrdir və mərkəzi, tağlı damı əhatə edən yeddi günbəzdən ibarətdir. Məbəd seminariya və muzeyə malikdir. Kuba mere divane Mələk Tavus və yezidi ilahiyyatının yeddi mələyə həsr olunmuşdur. Ən hündür günbəz və onu əhatə edən digər yeddi günbəz mələkləri simvolizə edir və qızılı günəşlərlə bəzədilmişdir.[1][2] Məbədin dizaynı Şimali İraqda yerləşən, yezidilərin ən müqəddəs məbədi və ziyarətgahı olan Laliş məbədindən çox ilhamlanmışdır.[4] Məbədin yanında yezidi qəbiristanlığı yerləşir. Məbədin qarşısındakı heykəl parkında "Nobel" mükafatı laureatı Nadiyə Muradın heykəli, 1880-ci illərin sonunda Osmanlı hakimiyyətinə qarşı döyüşmüş erməni hərbi komandiri Andranik Ozanyanın şərəfinə qoyulmuş heykəl, dini harmoniyanı ifadə edən yezidi günəşi ilə iç-içə olan erməni həvari xaçı var.[2]
Rusiyada yaşayan erməni yezidi Mirzə Sloyan tərəfindən maliyyələşdirilən Kuba mere divane 2012-ci ildə Ermənistanın ilk yezidi məbədi olan Ziyaratdan bir neçə metr aralıda tikilmişdir.[1] Məbədin layihəsi Ermənistanın dini binaların ən məhsuldar memarlarından biri olan Artak Qulyan tərəfindən hazırlanmışdır.[4]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 "World's Largest Yezidi Temple Opens in Armenia". Massis Post. 30 September 2019. 9 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 March 2023.
- ↑ 1 2 3 Bardi, Ariel Sophia. "Inside the world's biggest Yazidi temple in Armenia". Al Jazeera. 11 November 2019. 27 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 March 2023.
- ↑ Cogan, Killian. "History repeating: Yazidis find haven once more in Caucasus". AlAraby. 12 September 2016. 21 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 March 2023.
- ↑ 1 2 Chapple, Amos. "Proud As A Peacock: Armenia's New Yazidi Temple Draws Attention And Awe". Radio Free Europe Radio Liberty. 3 October 2019. 5 March 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 November 2020.