51°30′47″ şm. e. 0°07′22″ q. u.HGYO

Kral Opera Teatrı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kral Opera Teatrı
ing. Royal Opera House
Kral Opera Teatrının fasad görüntüsü
Kral Opera Teatrının fasad görüntüsü
Xəritə
Ümumi məlumatlar
Əsası qoyulub 1732
Teatr binası
Açılıb 15 may 1858
Yerləşməsi
51°30′47″ şm. e. 0°07′22″ q. u.HGYO
Ölkə
Yerləşir Vestminster borosu[2][1], London
Ünvan London, Kovent Qarden,
Bou Strit
Kral Opera Teatrı xəritədə
Kral Opera Teatrı
Kral Opera Teatrı
Royal Opera House
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kral Opera Teatrı ya Kral Opera Teatrı, Kovent Qarden (ing. Theatre Royal, Covent Garden) — 1737 ci ildə əsası qoyulmuş, Böyük Britaniyanın paytaxtı Londonda yerləşən, səhnəsində opera və balet tamaşaları oynanılan teatr binası. Ona qısaca olaraq “Kral Operası” və ya “Kral Opera Evi” də deyilir. Teatrın binası Kovent-Qarden inzibati ərazisində yerləşdiyinə görə ona çox vaxt Kovent-Qarden teatrı da deyirlər. Teatr binası üç dəfə yeni bina ilə əvəzlənmişdir. Sonuncu bina 1858 ci ildə inşa edilmişdir. 1990 cı ildə isə bina tamamilə rekoctruksiya edilmişdir. Teatrın tamaşa zalı 2268 nəfərlikdir. Hündürlüyü 14,8 m, prosçeniumunun - səhnə önünün eni isə 12,2 m-dir.

Kral Opera Teatrı binası üçüncü dəfə 1857—1858 ci illərdə Eduard Midlton Barrinin layihəsi əsasında inşa edilir. 15 may 1858 ci ildə Mayerberin “Hugenotlar” operası ilə açılışını edir. Birinci dünya müharibəsi zamanı opera binası anbara, İkinci dünya müharibəsi zamanında isə rəqs zalına çevrilir. 1946 cı ildə Kovent-Qarden baletə qayıdaraq səhnəsində Pyotr Çaykovskinin “Yatmış gözəl” əsərini Oliver Messelanın ekstravaqant qurluşunda tamaşaya qoyur. Bununla yanaşı opera truppası yaranır. 14 yanvar 1947 ci ildə Kovent-Qardenin opera truppası Jorj Bizenin Karmenini təqdim edir.

ROH auditorium 001.jpg
ROH auditorium 003.jpg
Kral Opera Teatrının interyeri